“Müəllimlər arasında ixtisas olimpiadası”-nın Bakı mərhələsi başa çatıb

Təhsildə Araşdırma və İnkişaf Mərkəzinin təşkilatçılığı,  Gənclər və İdman Nazirliyi, Yeni Azərbaycan Partiyası Gənclər Birliyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının dəstəyi, “Libra” kitab nəşriyyatının baş sponsorluğu ilə keçirilən “Müəllimlər arasında ixtisas olimpiadası”-nın Bakı mərhələsi başa çatıb. Azərbaycan Dövlət Pedaqoji Universitetində təşkil olunan mərhələdə 1000-dən çox tələbə və müəllim iştirak edib. Səhər saatlarında III və IV kurs tələbələri, günün ikinci yarısında isə hazırda daimi və müqavilə ilə fəaliyyət göstərən gənc müəllimlər öz ixtisas biliklərini yoxlayıblar.

 

Olimpiadanın  ilk mərhələsi yanvar ayının 11-də Lənkəran və Gəncə şəhərlərində region müəllimləri üçün təşkil olunacaq mərhələ ilə sonlanır. Finalçıların adı ilə yanvar ayının 15-dən sonra taim.az saytından tanışlıq mümkün olacaq.

 

Son mərhələdə 9 ixtisasdan, ümumilikdə 500 nəfər hər ixtisas üzrə ən güclü müəyyən ediləcək. İlk yerləri tutan şəxslər “Baku Elektroniks”-dən  qiymətli hədiyyələr, “ACER”-dən noutbuklar, ən yaxşı nəticə göstərən şəxs isə “ES Travel” tərəfindən İstanbula iki nəfərlik bilet əldə edəcək. İlk sıralarda yer tutanlar "İydə Perfumeriya”-dan brend ətirlər, “Saat Store”-dan saatlar, Nizami Kino Mərkəzindən 20 nəfərə kino bileti, Boranı Restoranlar şəbəkəsindən 20 nəfərə iki nəfərlik şam yeməyi, Şərq – Qərb nəşriyyatından isə dəyərli kitablarla mükafatlandırılacaqlar. 

 

Qeyd edək ki, “Müəllimlər arasında ixtisas olimpiadası”nın ilk mərhələsinə Lənkəran və Gəncə şəhərlərində yekun vurulacaq. İştirak etmək istəyən şəxslər yanvar ayının 10-dək  https://taim.az/olimpiada linkindən qeydiyyatdan keçə bilərlər.

 

Qeydiyyatdan keçdikdən sonra mərhələli olaraq məkan və vaxt barədə mobil nömrələrə mesaj göndəriləcək.  



25.12.2019 | 16:36