Məktəblərarası dostluq və qarşılıqlı əməkdaşlıq görüşü

Lənkəran şəhər 1 nömrəli uşaq musiqi məktəbinin kollektivi  Abşeron rayon Xırdalan şəhər 11 illik musiqi məktəbində maraqlı konsert proqramı ilə çıxış ediblər.

 

Qeyd edək ki, belə tədbirlər regionlararası dostluq və qarşılıqlı əməkdaşlıq əlaqələrinə xidmət məqsədi daşıyır.

 

Konsertdən öncə hər iki məktəbin direktoru Camal Həsənov və Əməkdar müəllim İkram Manafov çıxış edib, bu kimi tədbirlərin keçirilməsinin böyük əhəmiyyət daşıdığını söyləyiblər.

 

Tədbirdə qonaq qismində iştirak edən məktəbin xor kollektivi, fortepiano, xanəndəlik sinfi şagirdləri, skripka, kamança, nağara və qarmonçalanlar ansambllarının ifaları iştirakçılarda  xoş ovqat yaradıb.

 

Sonda  uşaqlara  hədiyyələr verilib.

         

Sifai SƏFƏROVA



15.01.2020 | 17:24