IX sinif şagirdinin layihəsi Moskvadakı yoxlamadan uğurla keçib

Məlum olduğu kimi, AMEA-nın Naxçıvan Bölməsi və Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə “Sabahın tədqiqatçıları” layihəsi çərçivəsində elmə marağı olan 50 şagird bölmə alimləri tərəfindən hamiliyə götürülərək, fərdi və kollektiv şəkildə tədqiqatlara cəlb ediliblər.

 

Bölmənin Təbii Ehtiyatlar İnstitutunun Hidrogeologiya və mineral sular laboratoriyasının rəhbəri, dosent Fizzə Məmmədovanın rəhbərliyi altında Naxçıvan Qızlar Liseyinin IX-cu sinif şagirdi Nuray Məmmədovanın “Naxçıvan Muxtar Respublikasının bəzi yeraltı sularının minerallığının təyini” adlı layihəsi Moskvada keçirilən Məktəblilərin VIII Beynəlxalq Elmi-tədqiqat və yaradıcılıq “Elmə start” müsabiqəsində yoxlamadan uğurla keçib. Layihənin “Mənim elmi işim” adlı 3 səhifəlik xülasəsi “Elmə start” müsabiqəsinin elektron ünvanına yerləşdirilib. (https://school-science.ru/8/20/42623)

 

Qeyd edək ki, müsabiqənin yekun tədbiri mart ayının 1-dən 3-dək Moskva şəhərində müsabiqə iştirakçıları və layihə rəhbərlərinin iştirakı ilə keçiriləcək, qaliblər diplomlarla mükafatlandırılacaq.

 



16.01.2020 | 14:41