Tökülən qanın hər damlasında milli azadlıq arzusu...

Bakı Dövlət Universitetinin  Qazax filialında milli hüzn və milli qürur günümüz olan 20 Yanvar faciəsinə həsr edilən tədbir keçirilib.

 

Filialın direktoru Arif Rüstəmov şəhidlərimizin xatirəsinin ehtiramla yad edilməsinin dövlətin daim diqqətində olduğunu bildirib, 20 Yanvar faciəsində həlak olanları xalq qəhrəmanları adlandırıb:“Onların tökülən qanının hər damlasında xalqımızın milli azadlıq, müstəqillik arzuları vardır”.

 

Faciənin canlı şahidi olan filialın müəllimi Hamlet İlyasov həmin gecə xalqın mübarizə əzmini, ölümün gözünə dik baxan oğul və qızlarımızın rəşadətini iftixarla qeyd edib.

 

Müəllimlərdən Türkan Məmmədova, Mustafa Rasimoğlu, Mübariz Süleymanov və başqaları 20 Yanvardan  xalqımızın hüzn və milli qürür günü kimi bəhs ediblər.

 

Sonda tələbələrin ifasında şəhidlərə həsr olunan şeirlər dinlənilib.

 

 



20.01.2020 | 14:42