“Judo Club 2012” nin uğuru

“Judo Club 2012” idman klubunun yetirmələri Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman-Sağlamlıq Mərkəzində yeniyetmələr arasında (U-18) cüdo üzrə keçirilən respublika birinciliyində uğur  əldə ediblər. Onlar  2 gümüş, 1 bürünc medal qazanıblar.  

 

Gümüş medalların sahibi  Məmmədrza Hacızadə (60 kq),  Zeynəb Məmmədova (52 kq), bürünc medalın sahibi isə Fidan Rəhimovadır (70 kq).

 

Klubu bu oyunlarda təmsil edən Rəşad Paşazadə (81 kq) və Əli Mahmudov (90 kq) beşinci yerdə qərar tutub.

 

Məlumat üçün bildirək ki, budəfəki respublika birinciliyində 68 klubdan 565 cüdoçu doqquz çəki dərəcəsində  mübarizə aparıb. Onlardan 488-i oğlan, 77-si isə qız olub.

 



21.01.2020 | 10:37