Şəki şəhəri 12 nömrəli tam orta məktəb

Təhsil Nazirliyinin “Məktəbimizdə” fotorubrikası davam edir. Budəfəki görüntülər Şəki şəhəri 12 nömrəli tam orta məktəbdəndir.

 

Ümumtəhsil məktəbi 1924-cü ildən fəaliyyət göstərir. 2013-cü ildə ölkə Prezidenti İlham Əliyevin müvafiq sərəncamına əsasən, məktəbin müasir tələblərə cavab verən 680 şagird yerlik yeni binası tikilib. Ümumi təhsil müəssisəsində  30 sinif otağı, akt zalı, İKT mərkəzi, geniş idman zalı,  kitabxana, emalatxana, linqafon kabineti və yeməkxana yerləşir. Məktəbdə 429 şagird təhsil alır, onların təlim-tərbiyəsi ilə 40 müəllim məşğul olur.

 

2018-2019-cu tədris ilində məktəbi bitirən 20 məzundan 14-ü tələbə adını qazanıb.

 

Məktəb 2016-cı ildə “ Sağlam və təhlükəsiz əmək “ şəraitinin yaradılması üzrə keçirilən “İlin ən yaxşı müəssisəsi” respublika baxış müsabiqəsinin qalibi olub.

 

Qeyd edək ki, "Məktəbimizdə" rubrikasının məqsədi ümumi təhsil müəssisələrində tədris prosesinin bir gününü diqqətə çatdırmaqdır      



21.01.2020 | 12:21