Türkiyə və Azərbaycan alimləri birgə tədqiqat imkanlarını araşdırır

Türkiyə və Azərbaycan alimlərinin elmi əməkdaşlığı çərçivəsində faydalı görüşlər və elmi müzakirələr davamlı xarakter alıb. 

 

Türkiyənin Uludağ Universitetinin Aqronomluq fakültəsinin əməkdaşları – professor Əhməd İpək və Sevin Teoman Duran bu məqsədlə AMEA-nın Genetik Ehtiyatlar İnstitutunda qonaq olublar.

 

İnstitutun rəhbəri, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov qonaqları elmi müəssisədə aparılan elmi tədqiqat işləri ilə tanış edib, onlara institutun fəaliyyəti haqqında geniş məlumat verib.

 

Türkiyəli alimlər elmi nailiyyətlərindən söhbər açaraq,  müasir seleksiya metodlarının tətbiqi ilə tərəvəz bitkilərində yeni sort və hibrid toxumları əldə etdiklərini söyləyiblər.

 

İki tərəf arasında birgə tədqiqatların aparılması imkanları da müzakirə predmeti olub və razılıq əldə edilib.

 

Daha sonra türkiyəli alimlər Genetik Ehtiyatlar İnstitutunun laboratoriyalarına baxıblar.

 



23.01.2020 | 14:47