Süni intellektin yazdığı mətn ilk dəfə müəllif hüquqları ilə qorunur

Çinin Şençjen şəhərindəki məhkəmə süni intellekt ilə yazılmış məqalələrin müəllif hüquqları ilə qorunmasına qərar verib. Bu “süni intellektin müstəqil yaradıcılıq vahidi kimi ilk tanınmasıdır”. 

 

Məhkəmə qərarı son beş ildə “Dreamwriter” adlı proqram təminatını yayımlayan “Tencent” şirkətinin mətnlərinə aiddir. Bunlar adətən biznes və maliyyə ilə əlaqəli materiallardır. 2018-ci ildə “Yingxun Technology Company” şirkətinin onlayn platforması öz veb-saytında süni intellekt əsasında yaradılmış “Tencent” mətnini təkrar yayımlayıb. Mətn avtomatik və müəlliflərin iştirakı olmadan yazıldığını bildirən nəşr üçün məsuliyyətdən imtina ərizəsini özündə saxlayıb.

 

www.hightech.fm saytının məlumatına əsasən, məhkəmə materialın mətninin və ifadəsinin orijinal olduğunu müəyyən edib. Buna görə xəbəri yazılı əsər kimi təsnif edib və onun müəllif hüquqları ilə qorunduğunu bildirib. Qeyd edək ki, “Tencent” alqoritmlərdən istifadə edərək jurnalistməzmunlu yazıları yayımlayan yeganə şirkət deyil. “Associated Press” agentliyi də idman xəbərləri və bəzi biznes materialları dərc etmək üçün süni intellektdən istifadə edir. Çikaqo şirkəti “Narrative Science” biznes-analitika mövzuları üzrə materialların yaradılması üçün süni intellektdən yararlanır.

 

Süni intellekt alqoritmləri artıq insan kimi olduqca inandırıcı mətn yaratmaq imkanına malikdir. Elm adamları bunun saxta xəbərlər yaymaq üçün yeni üsul olacağından narahatdırlar. Hazırda süni intellekt hətta, özünün yazdığı mətnləri aşkar edə bilir.

 



26.01.2020 | 09:27