İntellektual bilik yarışının Masallı rayon birinciliyinin qalibləri

Masallı şəhərindəki ASAN İntellektual İnkişaf Mərkəzində rayon gənclər və idman idarəsinin, təhsil şöbəsinin birgə təşkilatçılığı ilə “Könüllülər ili” çərçivəsində gənclər arasında keçirilən “Breyn-rinq” intellektual bilik yarışı üzrə rayon birinciliyinin qalibləri məlum olub.

 

Bilik yarışının yekun nəticələrinə əsasən, birinci yerin sahibi Bala Kolatan kənd tam orta məktəbinin “Big Bang” komandasıdır.  İkinci yeri  Musaküçə kənd tam orta məktəbinin “Birlik” komandası tutub. Üçüncü yerə isə  Masallı şəhər 2 nömrəli tam orta məktəbin “Elm” komandası layiq görülüb.

 

Bədəlan kənd tam orta məktəbinin “Bədəlan” komandası bu yarışlarda diplomla mükafatlandırılıb.



27.01.2020 | 10:04