AzTU ilə Sumqayıt Texnologiyalar Data Mərkəzi arasında əməkdaşlıq müqaviləsi

Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev Sumqayıt Texnologiyalar Data Mərkəzinin (STDM) direktoru Elvin Aslanovla görüşüb.

 

Görüşdə elmi-texniki, innovasiya, texnoloji yeniliklərin tətbiqi və  müasir əmək bazarının tələblərinə uyğun yaradıcı, müasir texnologiyaların tətbiqini mənimsəyən gənc kadrların hazırlanması ilə bağlı fikir mübadiləsi aparılıb.

 

STDM-in əməkdaşlarının tələbələr üçün təqaüdlü ustad təcrübə proqramları, magistr, doktorant və universitet işçiləri üçün  fərdi inkişaf mövzularında seminar və təlimlərin keçirilməsi də müzakirə olunub.

 

Görüşün sonunda AzTU ilə  Sumqayıt Texnologiyalar Data Mərkəzi  arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb.



23.02.2020 | 11:30