"Xocalısız 28 il"

Goranboy rayonu Kəhrizli kənd tam orta məktəbində Xocalı faciəsinin 28- ci ildönümünə həsr olunan "Xocalısız 28 il"adlı anım tədbiri keçirilib.

 

Tədbirdə məktəbin direktoru Ceyhun Paşayev çıxış edərək Xocalı faciəsi ilə bağlı geniş məlumat verib.

 

Məktəbin tarix müəllimi Aygül İsmayılova xalqımıza qarşı törədilən soyqırımların tarixən mərhələlərlə baş verdiyini,  bunlardan ən dəhşətli və amansızının isə Xocalı soyqırımı olduğunu söyləyib.

 

Şagirdlərdən Fidan Cəfərova, Amalya Əliyeva, Fazilə Paşayeva, Sabir Paşazadə, Aysel Cəfərova  Xocalı şəhidlərinə həsr olunan  şeirlər söyləyib, kompozisiyalar təqdim ediblər.

 

Sonda şəhidlərə həsr olunan sənədli filmə baxılıb.

 



24.02.2020 | 18:18