AzTU-nun tələbəsi Avrasiya çempionu oldu

Azərbaycan Texniki Universitetinin (AzTU ) rektoru  Vilayət Vəliyev ali məktəbin  Avrasiya çempionu adını qazanan 3-cü kurs tələbəsi Əli  Hacıyev və məşqçisi Hikmət Mahmudovla görüşüb.  V.Vəliyev qələbə münasibətilə təbriklərini çatdırıb və  qarşıdakı yarışlarda AzTU tələbəsinə uğurlar arzulayıb.  

 

Qeyd edək ki, Ə.Hacıyev Bakıda Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunan juboksinq citsu üzrə Avrasiya çempionatında ölkəmizi təmsil edib.

 

Çempionatda Azərbaycan, Türkiyə, Pakistan, Qazaxıstan, Rusiya və İranı təmsil edən idmançılar iştirak edib.  Ə.Hacıyev 55 kq çəki dərəcəsində  bütün rəqiblərinə qalib gələrək çempionatın qızıl medalı və kəməri ilə mükafatlandırılıb, beləliklə  Avrasiya çempionu adını qazanıb.  



25.02.2020 | 13:32