Bakı Ali Neft Məktəbinin tələbəsi ölkə birincisi oldu

Dövlət İmtahan Mərkəzi tərəfindən ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına fevralın 23-də keçirilən qəbul imtahanının nəticələrinə görə Bakı Ali Neft Məktəbinin tələbəsi ölkə birincisi olub.

 

Bakı Ali Neft Məktəbinin Neft-Qaz mühəndisliyi ixtisasının V kurs tələbəsi Seymur Rəhimov qəbul imtahanında ən yüksək nəticə (95 bal) toplayıb.  

 

Qeyd edək ki, o,  Bakı Ali Neft Məktəbinin bakalavr pilləsinə 2015-ci ildə 678 balla qəbul olunub.



26.02.2020 | 16:45