· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

Nəzarətçilər və imtahan rəhbərləri üçün treninqlər

Azərbaycan Respublikası təhsil nazirinin "Orta təhsil kursu üzrə buraxılış imtahanlarının aparılması barədə" 27.09.2007-ci il tarixli, 1020 nömrəli  əmrinin icrasını təmin etmək məqsədilə nazirliyin əməkdaşları İlyar Vahabov, Nəbi Mahmudov,  Nadir Məmmədov və milli məsləhətçi Həbib Kərimov 5 və 12 aprel 2008-ci il tarixlərdə Bakı şəhərində imtahan mərkəzlərində nəzarətçi qismində işə cəlb olunacaq orta məktəb müəllimləri ilə treninqlər keçiriblər. Treninqlərdə aprelin 27-də keçirilməsi nəzərdə tutulan III yoxlama imtahanında nəzarətçi olacaq 5 minə qədər müəllim iştirak edib. Paytaxtın 53, 70, 276 və 278 nömrəli məktəblərində keçirilən tədbirlərdə mərkəzləşdirilmiş qaydada buraxılış imtahanlarının aparılmasına dair nəzarətçilərin vəzifələri haqqında 27 slayddan ibarət təqdimat  nümayiş etdirilib.  Ayrı-ayrı slaydlarda nəzarətçilərin vəzifələri  və onların imtahanın sonunda yazacaqları hesabat forması haqqında ətraflı məlumat verilib. Eyni zamanda  üçüncü yoxlama imtahanında tətbiq olunması nəzərdə tutulmuş yeniliklər, o cümlədən, əvvəlki imtahanlardan fərqli olaraq, bu dəfə mərkəzlərdəki hər sinif otağında 18 nəfər şagirdin imtahan verəcəyi, cavab kartları üzərində şagirdin variant, bölmə və kodunun əvvəlcədən hazır yazılmış şəkildə olacağı və s. barədə təqdimatlar olub və treninq iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Treninqlərin sonunda Almaniyanın Data Win şirkəti tərəfindən informasiyaların toplanması və qiymətləndirilməsinin cavab kartı ilə yerinə yetirilməsini əks etdirən  5 dəqiqəlik film nümayiş etdirilib.

Eyni məzmunlu treninqlər aprelin 16-dan başlayaraq Gəncə, Mingəçevir, Əli Bayramlı, Sumqayıt şəhərlərində, İmişli, İsmayıllı və Ucar rayonlarında da keçirilir.

19 aprel 2008-ci il tarixdə isə Bakı şəhərinin üzürlü səbəblərdən təlimati yığıncaqlarda iştirak etməyən nəzarətçi müəllimləri,  bina rəhbərləri və Abşeron rayonunun imtahan nəzarətçiləri üçün treninqlərin keçirilməsi nəzərdə tutulub.

27 aprel 2008-ci il tarixində keçiriləcək üçüncü yoxlama imtahanında fəaliyyət göstərəcək imtahan rəhbərləri ilə təlimati tədbirlər 21 aprel tarixindən başlamaqla imtahan gününə qədər təşkil olunacaq.

Şagird nailiyyətlərinin qiymətləndirilməsi şöbəsi