· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

Olimpiada qalibinin ikiqat sevinci

Respublikada keçirilən müxtəlif bilik yarışlarının, o cümlədən fənn olimpiadalarının əhəmiyyətini nəzərə alaraq, yekun turunda fəxri yerlərə layiq görülmüş məktəblilərin təqdimatı davam edir. T.İsmayılov adına "İntellekt" liseyinin XI sinif şagirdi Onk Ahu Müjgan Yavuz qızı olimpiadanın respublika turunda biologiya fənni üzrə suallara layiqincə cavab verərək I yerə layiq görülüb.

 Təcrübəli müəllim Emma Kazımovanın yetirməsi olan Ahu Müjgan bütün fənlərə eyni səviyyədə maraq göstərsə də, biologiyanı daha çox sevir. Müxtəlif fənlərlə bağlı bilik yarışlarında, "açıq dərs"lərdə və ictimai tədbirlərdə fəal iştirak edir. Olimpiadanın qalibi kimi attestat balı üzrə keçirilən imtahanlardan azad olunan Ahu Müjgan bütün dərslərdə və sınaq imtahanlarında dərin biliyi ilə seçilir.

"İntellekt" liseyinin ən fəal şagirdlərindən hesab olunan Ahu Müjgan özünü həm də ona görə xoşbəxt sayır ki, dövlət başçısı İlham Əliyevin müəllimi olmuş Emma Kazımova bu gün ona biologiyanın incəliklərini öyrədir.

Fazil İDRİSOĞLU,

foto müəllifindir