· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə


B.e ç.a ç. C.a C. Ş. B.
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31

 

Azərbaycan Respublikasının təhsil işçilərinə "Azərbaycan Respublikasının əməkdar müəllimi" fəxri adının verilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan təhsilinin inkişafındakı xidmətlərinə görə aşağıdakı təhsil işçilərinə "Azərbaycan Respublikasının əməkdar müəllimi" fəxri adı verilsin:

 

Kanevskaya Lyudmila Borisovna

Məmmədova Məhbubə Ərzuman qızı

Rəsulov Şəfaqət Həbib oğlu

Zeyniyeva Sara Camal qızı

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 7 iyul 2008-ci il

"TƏHSİLƏ QOYULAN VƏSAİT öLKƏMİZİN GƏLƏCƏYİNƏ 

QOYULAN VƏSAİTDİR"

İndi biz faktiki olaraq, Azərbaycanda bütün məktəb infrastrukturunu yeniləşdiririk. İndiyədək 800-ə yaxın məktəbin tikilməsi və gələcək illərdə yüzlərlə məktəbin tikintisi - bu, məktəb sahəsinin maddi-texniki bazasının yeniləşdirilməsini, təhsilin keyfiyyətini də, avadanlıqla təchizatı da təmin edir. Eyni zamanda, hesab edirəm ki, indi vaxt gəlib ki, biz mövcud məktəblərin təmirinə də daha çox vəsait ayıraq. çünki buna da böyük ehtiyac var, xüsusilə, Bakı şəhərində. Yəqin ki, bu il, gələn il Bakı şəhərində yerləşən bütün məktəblərin istilik təchizatı problemləri həll olunmalıdır. Bu, həll ediləcəkdir. Ondan sonra bütün başqa şəhər və rayonlarda da biz bunu həll etməliyik və mövcud məktəbləri də çox gözəl səviyyəyə gətirib çıxarmalıyıq.

Bu sahədə vəsaitə qənaət etməməliyik. çünki təhsilə qoyulan vəsait ölkəmizin gələcəyinə qoyulan vəsaitdir. Bütün inkişaf etmiş ölkələrin uğurlarının səbəbi də məhz ziyalı təbəqəsidir, elmi-texniki tərəqqidir, texnoloji yeniliklərdir. Biz də bu yolu seçmişik. İstəyirik ki, bizim insanlarımız, gənc nəsil bilikli, savadlı olsun və ölkəmizin inkişafında çox böyük rol oynasınlar.

 Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin ilin birinci rübünün yekunlarına həsr edilmiş iclasındakı nitqindən.

 

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Macarıstan Baş nazirinin xanımı ilə görüşüb

AzərTAc xəbər verir ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva ölkəmizdə səfərdə olan Macarıstanın Baş naziri Ferents Dyurçanın xanımı Klara Dobrev ilə görüşmüşdür.

Dövlət Proqramının həyata keçirilməsi istiqamətində mühüm tədbirlər görülür

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2008-ci il 10 iyun tarixli Sərəncamı ilə "2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı" təsdiq olunub.

Əsas məqsədi müasir informasiya və kommunikasiya texnologiyalarının səmərəli tətbiqi və istifadəsi ilə vahid ümummilli təhsil mühitinin formalaşdırılması və bu zəmində əhalinin bütün təbəqələri üçün keyfiyyətli təhsil almaq imkanlarının təmin edilməsi olan bu mühüm sənədin qəbulundan bir ay ötür. Təhsil Nazirliyindən aldığımız məlumata görə, artıq Proqramın həyata keçirilməsi istiqamətində bir sıra addımlar atılıb. Belə ki, təsdiq edilmiş Proqramın yüksək keyfiyyətlə həyata keçirilməsi məqsədi ilə Prezidentin sözügedən Sərəncamından 9 gün sonra - iyunun 19-da Nazirlər Kabineti Azərbaycan Respublikası Təhsil Nazirliyinin nəzdində təsərrüfathesablı Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin yaradılması haqqında qərar qəbul edib. Qərarın icrası ilə bağlı Təhsil Nazirliyinin də əmri olub və idarə yaradılıb. Yeni idarə üçün artıq yer də ayrılıb və onun rəhbərliyinə qurumun strukturunu, nizamnaməsini hazırlamaq tapşırılıb.

Texniki peşə təhsilinə dair müşavirə

İyulun 9-da Təhsil Nazirliyində "Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramı (2007-2012-ci illər)"nın yerinə yetirilməsi vəziyyətinin müzakirəsinə həsr olunmuş müşavirə keçirildi. Müşavirəni təhsil naziri Misir Mərdanov açaraq sosial-iqtisadi inkişafın təmin olunmasında aparıcı rol oynayan texniki peşə təhsilinə son illər ölkəmizdə diqqətin artdığını, onun təhsil sisteminin prioritet istiqamətinə çevrildiyini bildirdi. ölkə Prezidenti İlham Əliyevin 3 iyul 2007-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramı (2007-2012-ci illər)"nı bu baxımdan yüksək dəyərləndirən nazir texniki peşə təhsilinin mövcud vəziyyəti, bu sahədəki problemlər və görüləcək işlərin əsas istiqamətləri barədə öz fikir və qənaətlərini tədbir iştirakçılarına çatdırdı.

ADU-da unudulmaz bir gün yaşandı

İyulun 4-də Azərbaycan Dillər Universitetində məzunların buraxılış gecəsi keçirildi. Tədbirin aparıcıları hamımıza əziz olan tələbəlik illəri ilə bağlı şirin xatirələri, o gözəl günləri bir daha yada saldılar. Onlar yüksək təhsil almalarında  əməyi olan professor-müəllim heyətinə  minnətdarlıq etdilər.

 Sonra ali təhsil ocağının tədris işləri üzrə prorektoru, dosent Natiq Yusifov bütün məzunları  təbrik edərək onlara universitet rəhbərliyinin ən xoş arzularını çatdırdı. Bildirdi  ki, bu il universitetin bakalavr pilləsini 984, magistratura pilləsini 134 gənc başa vurub. Son illər ölkəmizin ali təhsil sahəsində mühüm dəyişiklikərin getdiyini qeyd edən Natiq  müəllim konkret olaraq Azərbaycan Dillər Universitetində tətbiq olunan yeniliklərdən, həyata keçirilən tədbirlərdən söz açdı.