· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə


B.e ç.a ç. C.a C. Ş. B.
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31

 

Heydər Hüseynovun 100 illik yubileyinin keçirilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı 

2008-ci ildə Azərbaycanın görkəmli filosof alimi, SSRİ Dövlət mükafatı laureatı, akademik Heydər Nəcəf oğlu Hüseynovun anadan olmasının 100 ili tamam olur.

Azərbaycan Elmlər Akademiyasının ilk akademiklərindən biri kimi Heydər Hüseynovun ölkəmizdə ictimai və humanitar elmlərin, xüsusilə fəlsəfənin inkişafında müstəsna rolu vardır. Milli mədəniyyətimizin böyük nümayəndələrinin fəlsəfi irsini sistemli araşdıran alim xalqımızın fəlsəfi fikir tarixinin başlıca təkamül mərhələlərini müəyyənləşdirmişdir. O, özünün zəngin fəaliyyəti ilə ictimai-siyasi fikrin öyrənilməsinə istiqamət verərək bu sahədə yeni tədqiqatların vüsət almasına əlverişli zəmin hazırlamışdır. 

"TƏHSİLƏ QOYULAN VƏSAİT öLKƏMİZİN GƏLƏCƏYİNƏ 

QOYULAN VƏSAİTDİR"

İndi biz faktiki olaraq, Azərbaycanda bütün məktəb infrastrukturunu yeniləşdiririk. İndiyədək 800-ə yaxın məktəbin tikilməsi və gələcək illərdə yüzlərlə məktəbin tikintisi - bu, məktəb sahəsinin maddi-texniki bazasının yeniləşdirilməsini, təhsilin keyfiyyətini də, avadanlıqla təchizatı da təmin edir. Eyni zamanda, hesab edirəm ki, indi vaxt gəlib ki, biz mövcud məktəblərin təmirinə də daha çox vəsait ayıraq. çünki buna da böyük ehtiyac var, xüsusilə, Bakı şəhərində. Yəqin ki, bu il, gələn il Bakı şəhərində yerləşən bütün məktəblərin istilik təchizatı problemləri həll olunmalıdır. Bu, həll ediləcəkdir. Ondan sonra bütün başqa şəhər və rayonlarda da biz bunu həll etməliyik və mövcud məktəbləri də çox gözəl səviyyəyə gətirib çıxarmalıyıq.

Bu sahədə vəsaitə qənaət etməməliyik. çünki təhsilə qoyulan vəsait ölkəmizin gələcəyinə qoyulan vəsaitdir. Bütün inkişaf etmiş ölkələrin uğurlarının səbəbi də məhz ziyalı təbəqəsidir, elmi-texniki tərəqqidir, texnoloji yeniliklərdir. Biz də bu yolu seçmişik. İstəyirik ki, bizim insanlarımız, gənc nəsil bilikli, savadlı olsun və ölkəmizin inkişafında çox böyük rol oynasınlar.

 Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin ilin birinci rübünün yekunlarına həsr edilmiş iclasındakı nitqindən.

 

Tahir Salahovun 80 illik yubileyinin keçirilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

2008-ci ilin noyabr ayında görkəmli Azərbaycan rəssamı, Sosialist Əməyi Qəhrəmanı, SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı, SSRİ xalq rəssamı Tahir Teymur oğlu Salahovun anadan olmasının 80 ili tamam olur.

Tahir Salahov parlaq ənənələrə malik müasir Azərbaycan rəssamlıq məktəbinin görkəmli nümayəndələrindəndir. Onun mövzu və janr zənginliyi, bədii forma əlvanlığı və estetik kamilliyi ilə seçilən rəsm əsərləri milli sənət xəzinəmizin qızıl fonduna daxil olmuşdur. Yaratdığı tablolardan ibarət sərgilər rəssama ölkəmizin hüdudlarından uzaqlarda da şöhrət qazandırmışdır. Sənətkarın dünyanın mötəbər muzeylərində və qalereyalarında, şəxsi kolleksiyalarda saxlanılan əsərləri Azərbaycan mədəniyyətinin geniş təbliğində mühüm əhəmiyyət kəsb edir. Tahir Salahov öz pedaqoji fəaliyyəti və təşkilatçılıq bacarığı ilə gənc rəssamlar nəslinin yetişdirilməsinə və milli rəssamlığın inkişafına sanballı töhfələr vermişdir.

Təlim-seminar keçmiş müəllimlərə sertifikatlar verildi

İyulun 11-də "Park İNN - Azərbaycan" otelində Təhsil Nazirliyi ilə "British Council" təşkilatının  birgə həyata keçirdikləri "İngilis dilinin intensiv tədrisi layihəsi" üzrə təlim-seminar keçmiş bir qrup müəllimə sertifikatların təqdim olunması mərasimi oldu.

 Tədbirdə təhsil naziri Misir Mərdanov, "British Council"ın Azərbaycandakı direktoru xanım Nikol lə Os de Lalüvye, Təhsil Nazirliyinin Strateji təhlil, planlaşdırma və kadrların idarəolunması şöbəsinin müdiri Fərzəli Qədirov, paytaxtın bir sıra ümumtəhsil məktəblərinin direktorları, təlim-seminar keçmiş müəllimlər    başqaları iştirak edirdilər.

Məlumat üçün bildirək ki, ingilis dili dərslərini daha maraqlı və müasir etmək üçün "British Council"  Təhsil Nazirliyi ilə birgə Azərbaycan müəllimləri üçün yeni və dinamik ingilis dili təlim kursu hazırlayıb.   Yeni olan bu təşəbbüs müasir təlim metodlarını təqdim etməklə paytaxtın ən aparıcı 60-a yaxın  ingilis dili müəlliminin səviyyəsinin  təkmilləşdirilməsini nəzərdə tutur.

Xaricdə təhsil üzrə Dövlət Proqramının icra vəziyyəti müzakirə olundu

İyulun 12-də Təhsil Nazirliyində "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın icrası ilə bağlı təqdimat keçirilib. Təhsil Nazirliyinin şöbə müdirlərinin, bir sıra ölkələrin tərəfdaş qurumlarının nümayəndələrinin və KİV əməkdaşlarının iştirak etdikləri tədbirdə təhsil naziri Misir Mərdanov təqdimatın sözügedən Dövlət Proqramının bu günlərdə işə düşmüş icra mexanizmi haqqında KİV-ə və ölkə  ictimaiyyətinə məlumat vermək məqsədi daşıdığını bildirdi.

 Nazir qeyd etdi ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti bu il iyunun 3-də Dövlət Proqramının icrasını təmin etmək məqsədi ilə "Xarici ölkələrdə təhsil alacaq Azərbaycan gənclərinin seçim qaydaları"nı təsdiq edib.

Təhsil naziri İordaniya Krallığının ölkəmizdəki səfiri ilə görüşüb

İyulun 16-da təhsil naziri Misir Mərdanov İordaniya Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Adel Adailehlə görüşüb.

Qonağı Təhsil Nazirliyində görməkdən məmnunluq duyduğunu ifadə edən Misir Mərdanov öncə Azərbaycanla İordaniya arasında mövcud olan əlaqələrin son illər daha da inkişaf etdiyini qeyd edib. Nazir İordaniya ilə təhsil əlaqələrinin genişləndirilməsində ölkəmizin maraqlı olduğunu açıqlayıb, habelə cari ilin əvvəlində Bakıda səfərdə olan iordaniyalı qonaqlarla keçirilən səmərəli görüş barədə məlumat verib.   Görüşdə həmçinin İordaniyanın orta məktəblərində İKT-nin tətbiqi üzrə təcrübənin öyrənilməsi, iki ölkə arasında "Qardaşlaşmış məktəblər" layihəsinin reallaşdırılması, müəllim, tələbə və şagird mübadiləsinin, birgə elmi-tədqiqatların aparılması, ali və peşə təhsili sahəsi üzrə əlaqələrin genişləndirilməsi, Bakının bir orta məktəbində ərəb dilinin tədrisi və digər məsələlər müzakirə edilib.