· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

Milli Mətbuat Günü münasibətilə jurnalistlər mükafatlandırıldı

Qəzetimizin əməkdaşı da mükafat alanlar sırasındadır

 

Təhsil Nazirliyi iyulun 18-də 22 iyul - Milli Mətbuat Gününə həsr olunmuş mərasim keçirdi. Mərasimə ölkənin tanınmış jurnalistləri və media qurumlarının nümayəndələri dəvət edilmişdilər.

Təhsil naziri Misir Mərdanov mərasimi giriş sözü ilə açaraq media mənsublarını  peşə bayramları münasibətilə təbrik etdi, onlara yaradıcılıq uğurları arzuladı. Nazir hazırda  təhsil sahəsində aparılan islahatların, Təhsil Nazirliyinin həyata keçirdiyi  tədbirlərin ölkə ictimaiyyəti tərəfindən müsbət qarşılandığını bildirdi. Qeyd etdi ki, görülən işlər haqqında  ictimaiyyətin operativ olaraq məlumatlandırılmasında KİV nümayəndələri mühüm rol oynayır. Təhsil Nazirliyi həyata keçirdiyi tədbirlərdə media işçilərinin iştirakına böyük önəm verərək onlarla sıx əməkdaşlıq edir.

Son illər Azərbaycan təhsilinin uğurla inkişaf etdiyini  deyən  nazir  Misir Mərdanov bu inkişafın miqyasları haqqında təsəvvür yaradan bəzi faktlar  və rəqəmləri diqqətə çatdırdı. Təhsil naziri dövlət başçısı cənab İlham Əliyev tərəfindən təhsilə göstərilən diqqət və qayğını yüksək qiymətləndirdi.  Təhsilin inkişafı  istiqamətində görülən işlərdən, təhsilimizin yeniləşməsinə, müasirləşməsinə xidmət edən irimiqyaslı tədbirlərdən  danışdı.

Azərbaycan mətbuatının, jurnalistikasının inkişaf etdiyini, təkmilləşdiyini deyən nazir, milli  mətbuatımızın tarixində özünəməxsus rolu və yeri olan tanınmış yazıçı və pedaqoqlarımızdan, dövrünün görkəmli ziyalılarından bəhs etdi, vaxtilə onların xalqımızın maariflənməsi, təhsil  alması naminə gördüyü işləri xatırlatdı.

Cəmiyyətimizin  prioritet sahəsi  sayılan təhsilə hər zaman marağın yüksək olduğunu qeyd edən nazir Misir Mərdanov   təhsildə baş verən  yeniliklərin, həyata keçirilən tədbirlərin KİV nümayəndələrinin daim diqqətdə saxlamasını təqdirəlayiq hal kimi dəyərləndirdi. Təhsil Nazirliyi ilə  media işçiləri arasındakı səmərəli əməkdaşlığın bundan sonra da davam etdiriləcəyinə ümidvar olduğunu söylədi.

çıxışının sonunda bir daha bütün jurnalistləri peşə bayramı münasibətilə təbrik edən təhsil naziri  onlara ən xoş arzularını çatdırdı.

Sonra nazir Misir  Mərdanov tərəfindən təhsil sahəsində görülən işləri obyektiv və peşəkarlıqla işıqlandıran bir qrup  kütləvi informasiya vasitələri  nümayəndəsinə Təhsil Nazirliyinin Fəxri fərmanı və mükafatları  təqdim olundu. Qeyd edək ki, mükafatlandırılanlar sırasında "Azərbaycan müəllimi" qəzetinin müxbiri Samirə Kərimova da vardır.

Mərasimdə Mətbuat Şurasının sədri Əflatun Amaşov, Respublika Təhsil Şurasının sədri, professor  Əjdər Ağayev, AMEA-nın müxbir üzvü, professor Vaqif Abbasov, BDU-nun kafedra müdiri,  professor Cahangir Məmmədli, BSU-nun rektoru, professor Kamal Abdullayev çıxış edərək  Təhsil  Nazirliyi tərəfindən hər il Milli Mətbuat  Günündə  bu qurumla yaxından əməkdaşlıq edən  media işçilərini bir araya gətirərək mükafatlandırılmasını müsbət hal kimi qiymətləndirdilər. Bu  tədbirin artıq bir ənənəyə çevrildiyini bildirdilər. Qeyd etdilər ki, son illər Azərbaycan təhsili uğurla inkişaf edir, bu sahədə müsbət nəticələr əldə olunmaqdadır.  çıxışlarda həmçinin  nazir  Misir Mərdanov tərəfindən  hər zaman media işçilərinə səmimi münasibət bəsləndiyi xüsusi vurğulandı. Bildirildi  ki, Təhsil  Nazirliyi  jurnalistləri maraqlandıran istənilən informasiya ilə təmin olunmasına imkan yaradan qurumlardan biridir. Jurnalistlər adından bunun üçün təhsil naziri Misir Mərdanova təşəkkür edildi.

 

"Azərbaycan müəllimi"