|
|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə
|
700 bal toplamış məzun Telefonun
dəstəyini qaldırdım. Zəng edən Bakıdakı
39 nömrəli məktəbin direktoru Qaçay Tamoyev idi. O,
sonsuz fərəh hissi ilə bildirdi ki, məktəbin bir
məzunu ali məktəbə qəbul imtahanında ən
yüksək nəticə göstərərək 700 bal toplayıb.
Qaçay müəllimin bu sözlərinə biz də ürəkdən
sevindik. Elə həmin gün məktəbdə görüşdük.
Direktor təhsil ocağının uğurlarından qısaca
bəhs edərək dedi: - Bu il məktəbi 114 gənc bitirib.
Onlardan 88-i ali məktəblərə qəbul olunmaq üçün
sənəd vermişdi. Məzunlardan 56 nəfəri artıq
müxtəlif ali məktəblərə qəbul olunub.
İki yetirməmiz 600-dən yuxarı bal toplayıb.1
məzunumuz - Mirzəyev Rəşad Rəfail oğlu
isə ən yüksək nəticə göstərib. 700 bal
toplayaraq ali məktəbə qəbul olunub. Bu, şagirdlərin
və müəllim kollektivinin sevincinə səbəb olub. Söhbətin bu məqamında Rəşad
atası Rəfail kişi ilə məktəbə
gəldi. Onu uğuru münasibəti ilə təbrik etdik.
Rəşadın dediklərindən: - Mən 1991-ci ildə Bakı şəhərində
anadan olmuşam. 2008-ci ildə Bakıdakı 39 nömrəli
məktəbin XI sinfini əla qiymətlərlə
bitirdim. Sənədlərimi III qrupa verdim. Bu qrup üzrə
iyunun 29-da keçirilmiş
imtahanda iştirak edərək nəzərdə tutulmuş
125 sualın hamısına cavab yazdım.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının
apardığı yoxlamanın nəticələrinə görə
suallara verdiyim düzgün cavablar 700 balla qiymətləndirildi.
Beləliklə, arzum həyata keçdi. Azərbaycan Prezidenti
Yanında Dövlət İdarəçilik Akademiyasının
beynəlxalq münasibətlər fakültəsinə qəbul
olundum. Buranı yüksək qiymətlərlə
bitirdikdən sonra məqsədim təhsilimi xaricdə - Böyük
Britaniyanın Oksford Universitetində davam etdirməkdir.
Arzum gələcəkdə səfir olmaqdır. Doğma
Azərbaycanımı xaricdə təmsil edərək ona
yalnız və yalnız uğurlar gətirməkdir. Qazandığım
bu yüksək uğura görə, ilk növbədə,
valideynlərimə, məktəbimizin direktoru Qaçay müəllimə,
tarix müəllimim Gülüş Səlimovaya, Azərbaycan
dili və ədəbiyyat müəllimim Nüşabə
Vəliyevaya, riyaziyyat müəllimim Kifayət
Məmmədovaya, ingilis dili müəllimlərim Svetlana
Ləzgiyeva və Suğra Mahmudovaya, eyni zamanda bu
qələbəmə ən çox sevinən müəllimlərim
Səidə Nadirova və Gözəl Qarayevaya minnətdarlığımı
bildirirəm. Onların etimadını doğrultduğum
üçün özümü dünyanın ən xoşbəxti sanıram… Biz də Rəşad Mirzəyevi qazandığı
bu yüksək uğura görə təbrik edir, ona: "Arzuların
çin olsun", - deyirik! Ədalət DAŞDƏMİRLİ
|