· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 


B.e ç.a ç. C.a C. Ş. B.
  1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31    

 

 

Azərbaycan Respublikası adından

 

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarı

2008-ci il oktyabrın 15-də keçirilmiş Azərbaycan Respublikası Prezidenti seçkilərinin nəticələrinin təsdiq və rəsmən elan edilməsinə dair

 

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu F.Abdullayev (sədrlik edən), S.Salmanova (məruzəçi-hakim), F.Babayev, S.Həsənova, B.Qəribov, R.Qvaladze (məruzəçi-hakim), E.Məmmədov, İ.Nəcəfov və Ə.Sultanovdan ibarət tərkibdə,

məhkəmə katibi İ.İsmayılovun,

maraqlı subyekt Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri M.Pənahovun, sədr müavini S.Qasımovanın, katibi N.Məmmədovun, üzvləri R.İbrahimovun, V.Kazımovanın, Q.Orucovun, T.Həsənovun, İ.Məmmədovun, N.Nadirovun, A.Tağıyevin, T.Cəfərovanın, R.İsmayılovun, A.Qurbanovun, A.Qəhramanlının, O.Hümbətlinin,

ekspertlər Bakı Dövlət Universiteti hüquq fakültəsinin konstitusiya hüququ kafedrasının baş müəllimi E.Nəsirovun və həmin kafedranın müəllimi F.Məhərrəmovun, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin əməkdaşları U.Həmidovanın və N.Quliyevanın iştirakı ilə

Azərbaycan Respublikası Konstitusiyasının 102-ci maddəsinə və 130-cu maddəsinin VIII hissəsinə müvafiq olaraq Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasından daxil olmuş materiallar üzrə 2008-ci il oktyabrın 15-də keçirilmiş Azərbaycan Respublikası Prezidenti seçkilərinin nəticələrinə dair xüsusi konstitusiya icraatı qaydasında konstitusiya işinə baxdı.

 

Azərbaycan Prezidentinin saytında məktəblilər üçün bölmə açılmışdır 

Azərbaycan Prezidenti İlham Əliyevin saytında məktəblilər üçün nəzərdə tutulan mektebli.president.az bölməsi açılmışdır. Bu səhifə öz formatına görə hətta kiçikyaşlı məktəblilərin də asan istifadə edə bilməsi nəzərə alınmaqla hazırlanmışdır. Bölmənin baş səhifəsində çəkilmış üç balaca adam fiquru sayta daxil olanlara bu bölmənin xəritəsini nümayiş etdirir.

 Burada məktəblilər üçün anlaşıqlı formada Azərbaycanın tarixi, coğrafiyası, mədəniyyəti, xalqımızın görkəmli mütəfəkkirləri, yazıçıları, şairləri və bəstəkarları haqqında Azərbaycan dilində informasiya təklif edilir. Həmçinin Azərbaycanın dövlət rəmzləri - bayrağı, gerbi və himni barədə məlumat verilir. Yeri gəlmişkən, himni dinləmək də mümkündür.

Səhifənin ayrıca bir bölməsi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edilmişdir. Ulu öndər haqqında ətraflı məqalədə hər bir gəncin bilməli olduğu əlamətdar tarixlər xüsusi vurğulanır. Məktəblilərə Azərbaycan Respublikasının Konstitusiyası haqqında da informasiya təklif edilir. Bu hissədə Azərbaycan vətəndaşlarının əsas hüquq və azadlıqları, eləcə də Vətən qarşısında məsuliyyəti barədə məlumatlar toplanmışdır. "Mənim Qarabağım" adlı yarımbölmədə Qarabağın xəritəsi fonunda çəkilmiş balaca insan fiqurları Azərbaycanın bu dilbər guşəsinin gözəllikləri barədə söhbət açır. Burada Qarabağın tarixi, onun mədəniyyəti, ərazisi, Ermənistan silahlı qüvvələri tərəfindən Qarabağın işğal edilməsi və bu təcavüz nəticəsində dəymiş zərər haqqında ətraflı bəhs olunur.

"Mənim Prezidentim" bölməsində Azərbaycan Respublikası Prezidentinin fəaliyyəti haqqında geniş informasiya hazırlanmışdır. Məsələn, sayta müraciət edən gənclər dövlətimizin başçısı İlham Əliyevin bioqrafiyası ilə tanış ola bilərlər. Burada Prezidentin necə seçilməsi, hansı səlahiyyətləri həyata keçirməsi barədə söhbət açılır, Prezidentin gündəlik fəaliyyəti əks etdirilir. "Fotoalbom" yarımbölməsində isə məktəblilər dövlətimizin başçısının xarici ölkələrə və Azərbaycanın regionlarına səfərləri, yerli sakinlərlə görüşləri zamanı çəkilmiş maraqlı fotoşəkillərə, eləcə də ölkə rəhbərinin uşaqlarla birgə çəkdirdiyi fotoşəkillərə tamaşa edə bilərlər.

  

Azərbaycanın birinci xanımının kitabı ABŞ Konqresinin kitabxanasına təqdim edilmişdir

ABŞ Konqresi kitabxanasının Azərbaycan bölməsinə daha bir nəşr əlavə olunmuşdur. Dünya şöhrətli musiqiçi və ictimai xadim, 20 il ABŞ Milli Simfonik Orkestrinə başçılıq etmiş Mstislav Rostropoviçin xatirəsinə həsr olunmuş silsilə tədbirlər çərçivəsində maestronun Bakı həyatından bəhs olunan "Rostropoviç" kitabı Konqres kitabxanasına təqdim edilmişdir. Kitabın müəllifi Azərbaycanın birinci xanımı, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevadır.

Təqdimat mərasimində Rostropoviçın Bakıdakı ev-muzeyi tərəfindən təşkil olunan və Azərbaycan hökuməti tərəfindən Konqres kitabxanasına hədiyyə edilmiş fotosərgi də boyük maraqla qarşılanmışdır.

Təhsil işçilərinə fəxri ad və medalların təqdimat mərasimi oldu

İnsan psixologiyasının özəlliklərindən biri də budur: hər bir şəxs, istənilən peşə sahəsində çalışan hər bir fədakar mütəxəssis öz əməyinin maddi və ya mənəvi yöndən stimullaşdırılmasını istəyir. Xalqa xidmət, vəzifədə ləyaqətlə çalışma dəyərləndiriləndə, bu qiymətləndirmə həmin şəxsin daha səmərəli fəaliyyətində faktora çevrilir.

XX əsrin 60-cı illərindən bu yana, XXI əsrin ilk 8 ili Azərbaycan təhsilinin inkişafı, təhsilin maddi-texniki bazasının zənginləşdirilməsi, pedaqoji ictimaiyyətin əmək və nailiyyətlərinin dövlət və hökumət səviyyələrində müxtəlif səviyyələrdə dəyərləndirilib qiymətləndirilməsi baxımından seçilən bir mərhələdir. Əslində bu, müdrik və uzaqgörən ümummilli lider Heydər Əliyevin hakimiyyəti dövrlərində daxili siyasətin başlıca tərkib hissəsidir.

Təhsil Nazirliyində müşavirə

Oktyabrın 17-də təhsil naziri Misir Mərdanovun iştirakı ilə 2008-2009-cu dərs ilində orta təhsil kursu üzrə mərkəzləşdirilmiş qaydada yoxlama və buraxılış imtahanlarının aparılması işinin təkmilləşdirilməsi və daha səmərəli təşkili məqsədilə bölgələrə ezam olunan koordinatorlarla müşavirə keçirildi. Tədbirdə təhsil nazirinin müavinləri, müvafiq şöbə və struktur bölmələrinin rəhbərləri, respublikanın bir sıra şəhər, rayon təhsil şöbələrinin müdirləri və başqaları iştirak edirdilər.

Bilik yarışında ən istedadlı tələbələr fərqlənəcək

Oktyabrın 21-də Azərbaycan Dövlət Pedaqoji Universitetində ali məktəb tələbələrinin XIII respublika fənn olimpiadasının açılış mərasimi keçirildi.

Tanınmış alimlərin, ayrı-ayrı fənlər üzrə münsiflər heyətinin, tələbələrin və KİV nümayəndələrinin iştirak etdiyi mərasimi açan Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov ali peşə təhsili sistemində mütəxəssis hazırlanmasının keyfiyyətinin yüksəldilməsi məqsədi daşıyan bu olimpiadanın Təhsil Nazirliyi tərəfindən ənənəvi olaraq hər il keçirildiyini bildirdi.