· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 


B.e з.a з. C.a C. Ş. B.
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31

 

 

Böyük əhəmiyyət kəsb edən kompüterləşmə proqramı həyata keçirilir. Hər bir məktəbdə kompüter sinfi yaradılacaq və İnternetə çıxış təmin olunacaqdır. çünki bizim gənclərimiz, şagirdlərimiz, kursantlarımız dünyada baş verən bütün hadisələri bilməlidirlər, yeni müasir informasiya texnologiyalarına yiyələnməlidirlər. Onlar dünyada gedən prosesləri təhlil etmək üçün imkanlar əldə etməlidirlər.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Heydər Əliyev Fondunun Ağsu məktəblilərinə daha bir hədiyyəsi

Azərbaycanda ümumtəhsil məktəblərinin maddi-texniki bazasının möhkəmləndirilməsində mühüm işlər görən Heydər Əliyev Fondunun "Yeniləşən Azərbaycana yeni məktəb" proqramı çərçivəsində təkcə son iki il yarımda Ağsu rayonunun Ərəbmehdibəy, Padar və çiyni kəndlərində orta məktəblər üçün yeni binalar inşa edilmişdir. Bu günlərdə Fondun təşəbbüsü ilə rayonun ən böyük kəndlərindən olan Qaraqoyunluda orta məktəb ücün yeni əlavə korpusun tikintisinə başlanmışdır. İkimərtəbəli bina gələn dərs ilinədək istifadəyə veriləcəkdir.

 

 

 

 

Təhsil müəssisələri üçün yeni binaların inşası nəzərdə tutulub

Təhsil Nazirliyindən bildirmişlər ki, 2008-2012-ci illəri əhatə edən müvafiq proqrama əsasən ölkəmizdə daha 450 təhsil müəssisəsi üçün yeni binanın inşa edilməsi, 600-dən çox məktəb üçün əlavə korpusların tikintisi nəzərdə tutulmuşdur.

ümumiyyətlə, son illərdə 1600-dək məktəb binası tikilmiş və əsaslı təmir olunmuşdur.

  

 

Nazirlər Kabineti Novruz, Ramazan, Qurban bayramları günləri və bu bayramlarla əlaqədar istirahət günləri haqqında qərar qəbul edib

 AzərTAc xəbər verir ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti "2009-cu ildə Novruz, Ramazan, Qurban bayramları və bayram günləri ilə əlaqədar iş günləri hesab olunmayan istirahət günləri haqqında" qərar qəbul etmişdir.

Qərarda deyilir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 105-ci maddəsinə və Qafqaz Müsəlmanları İdarəsinin məlumatına əsasən, 2009-cu ildə  20, 21, 22, 23, 24 mart Novruz bayramı, 20, 21 sentyabr Ramazan bayramı, 27, 28 noyabr isə Qurban bayramıdır.

Nazirlər Kabinetinin mətbuat xidmətinin məlumatında  bildirilir ki, mövcud qanunvericiliyə uyğun olaraq, həmin günlər iş günü hesab edilmir. 

Misir Mərdanov: "Müəllim təhsildə əsas sima, ən nüfuzlu şəxsdir"

ölkənin təhsil nazirinin təhsil sahəsində yeniliklər və görülən işlər barədə "Exo" qəzetinə müsahibəsi

 

- Son illərdə dövlət büdcəsindən təhsilə ayrılan xərclərin artması tendensiyası müşahidə olunur. Bu artım təhsilin inkişafında nə dərəcədə öz əksini tapır?

- ölkəmizdə təhsilə dövlət qayğısının nəticəsidir ki, son beş ildə təhsil sektoruna ayrılan büdcə 5 dəfədən çox artaraq cari ildə 1,1 milyard təşkil etmiş, 2009-cu ildə isə 1,3 milyard manat proqnozlaşdırılmışdır, investisiya qoyuluşları isə 5,8 milyondan 220 milyon manata çatmışdır. ölkəmizin təhsil tarixində ilk dəfə olaraq 14 inkişafyönümlü dövlət proqramı təsdiq olunmuş və uğurla həyata keçirilməkdədir.  

Bakı Dövlət Universitetində Azərbaycan-Koreya İnformasiya Təminatı Mərkəzinin açılışı oldu

Dekabrın 17-də BDU- da KADO-nun (Rəqəmsal imkanların yayılması üzrə Koreya agentliyi) birbaşa yardımı ilə yaradılmış Azərbaycan-Koreya İnformasiya Təminatı Mərkəzinin açılış mərasimi keçirildi.

Yığıncağı giriş sözü ilə açan BDU-nun rektoru, akademik Abel Məhərrəmov qonaqları və toplantı iştirakçılarını salamladıqdan sonra bu Mərkəzin 2008-2009-cu tədris ilində BDU-nun istifadəyə verilmiş təzə korpusunda yaradılmasından məmnun olduğunu bildirdi, təhsil naziri Misir Mərdanova, koreyalı qonaqlara və mərkəzin yaradılmasında əməyi olan bütün insanlara təşəkkür etdi.

Təhsil nazirinin müavini Fransada səfərdə olub

 

"2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində Təhsil Nazirliyi ilə əməkdaşlıq edən Fransanın CNOUS təşkilatının dəvəti ilə təhsil nazirinin müavini Elmar Qasımov və nazirliyin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Qulu Novruzov dekabrın 9-14-də Fransada səfərdə olmuşlar.

Səfərin əsas məqsədi xaricdə təhsil üzrə Dövlət Proqramının icrası çərçivəsində Azərbaycan gənclərinin Fransa ali məktəblərində təhsili ilə bağlı CNOUS və bir sıra fransız universitetlərinin rəhbərliklərilə danışıqlar aparmaq, hazırda Fransada təhsil alan tələbələrimizin təhsili və yaşayışı ilə yerində tanış olmaq idi.