Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

23 Oktyabr 2009 - ¹41

 

Misirin Qalubiyyə vilayətində Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın adını daşıyan məktəbin açılışı olub

 

Misirin Qalubiyyə vilayətində Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın adını daşıyan məktəbin açılışı olmuşdur.

Xatırladaq ki, ilk dəfədir Misir Ərəb Respublikasında xarici vətəndaşın adını daşıyan təhsil ocağı açılmışdır. Açılışda Abşeron Rayon İcra Hakimiyyətinin nümayəndə heyəti iştirak etmişdir.

İki il əvvəl Azərbaycan Prezidenti İlham Əliyevin Misirə səfəri zamanı imzalanan sənədlər sırasında Misirin Qalubiyyə vilayəti və Azərbaycanın Abşeron rayonu arasında dostluq və əməkdaşlığa dair anlaşma memorandumu da xüsusi yer tutur. Elə həmin ildən başlayaraq iki qardaşlaşmış şəhər arasında yüksək səviyyəli səfərlər və görüşlər həyata keçirilir.

Növbəti belə görüşlərdən biri də Abşeron rayonu nümayəndə heyətinin Misirə səfəri olmuşdur. Rayon icra hakimiyyətinin başçısı Zakir Fərəcovun rəhbərlik etdiyi nümayəndə heyəti 15 milyon əhalisi olan Qalubiyyə vilayətindəki yeddi hektar ərazidə salınan Azərbaycan-Misir dostluq parkına gələrək, ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etmişdir. Sonra qonaqlar Qalubiyyə vilayətində Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın adını daşıyacaq və yeni istifadəyə verilən məktəbin açılışında iştirak etmişlər.

Dördmərtəbəli, 1600 şagird yerlik məktəb binası Misirdə bu tipli yeganə müasir təhsil ocağıdır. Məktəb şagirdlərinin təlim-tərbiyəsi ilə 100-ə yaxın müəllim məşğul olacaqdır. Təhsil ocağında üç şöbə fəaliyyət göstərəcəkdir. Bunlar hazırlıq, əlil uşaqlar və ümumi təhsil şöbələridir.

Məktəbin foyesində Azərbaycan-Misir dostluğunu, Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın elmə, təhsilə, mədəniyyətə, səhiyyəyə göstərdikləri diqqət və qayğını əks etdirən fotoşəkillər nümayiş etdirilir. Məktəbdə sinif otaqları, laboratoriyalar, kitabxana, kompüter otağı, futbol və voleybol meydançaları vardır. Azərbaycan nümayəndə heyəti və Qalubiyyə vilayətinin qubernatoru Əbdül Hüseyn məktəbdə yaradılan şəraitlə yaxından tanış olmuşlar.

Sonda Qalubiyyə vilayətinin qubernatoru Ə.Hüseyn təhsil ocağına Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın adının verilməsi haqqında sərəncamı Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Zakir Fərəcova təqdim etmişdir.  

AzərTAc

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
23 Oktyabr 2009 - ¹41
Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
E.S.Babayevin Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru təyin edilməsi  haqqında 
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Misirin Qalubiyyə vilayətində Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın adını daşıyan məktəbin açılışı olub
 
Azərbaycanda uşaqların müdafiəsi islahatı üzrə milli konfrans işə başlayıb
 
Təhsil Nazirliyində görüş
 
Yeni kurikulumların və dərsliklərin tətbiqi ilə bağlı sorğunun nəticələri təqdim olundu
 
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 
İdman Mərkəzinin futbol meydançası istifadəyə verildi
 
Bakı Dövlət Universiteti qədim və zəngin tariximizə yeni parlaq səhifələr yazacaq
 
Bakı Slavyan Universitetində "Fransa həftəsi" keçirilir
 
Millilik və ziyalılıq rəmzi
 
İlin nüfuzlu ziyalısı
 
Ümumtəhsil məktəblərində məktəbdaxili qiymətləndirmənin aparılması qaydaları
 
2009-2010-cu dərs ilində ümumtəhsil məktəblərinin əsas və orta təhsil pillələri üzrə mərkəzləşdirilmiş  qaydada aparılacaq buraxılış imtahanları barədə
 
Ali təhsil müəssisələrinin mətbuat xidmətlərinin birgə "dəyirmi masa"sı
 
Paytaxt məktəblilərinin XXII spartakiadasına start verildi
 
Dünya universitetləri: Stenford Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov