Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

30 Oktyabr 2009 - ¹42

 

Milli təhsilin inkişafına həsr olunmuş alim ömrü

 

Oktyabrın 23-də Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunda professor Ş.Mikayılovun anadan olmasının 80 illik yubileyinə həsr olunmuş tədbir keçirildi. Yubiley tədbirinin iştirakçıları əvvəlcə alimin əsərlərindən ibarət sərgi ilə tanış oldular.

Azərbaycan Respublikasının təhsil naziri, professor Misir Mərdanov geniş iclas zalına toplaşanları salamlayaraq, ölkədə pedaqoji, psixoloji elmlərin inkişafında xidmətləri olanların əməyini yüksək dəyərləndirdi. Nazir ədəbiyyat tədrisi metodikası sahəsində tədqiqatları ilə seçilən professor Ş.Mikayılovun fəaliyyətini təqdir etdi, onu insanpərvər, nurlu bir insan-alim kimi səciyyələndirdi. Professor Misir Mərdanov onu da vurğuladı ki, Ş.Mikayılov məhz xidmətlərinə görə təhsil sahəsində ölkə Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə fərdi təqaüdə layiq görülən alimlərdəndir. Giriş sözünün sonunda Misir Mərdanov Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri fərmanını yubilyara təqdim etdi.

Professor Şəmistan Mikayılov 62 ildir elmi-pedaqoji fəaliyyət göstərir. Qədim Borçalının böyük kəndlərindən olan Faxralıda dünyaya göz açmış Ş.Abdu oğlu Sarvanda Pedaqoji Texnikumda oxuyub, Azərbaycan Dövlət Universitetinin məntiq-psixologiya şöbəsində ali təhsil alıb. O, doğma kənddə müəllim və məktəb direktoru vəzifələrində çalışıb, həmkəndlilərinin təhsil almalarında əməyini əsirgəməyib.

Sonralar Bakıya gələn Ş.Mikayılov Azərbaycan Elmi-Tədqiqat Pedaqogika İnstitutunda aspiranturaya qəbul olunub, aşağı siniflərdə ədəbiyyat nəzəriyyəsi anlayışlarının öyrədilməsi mövzusunda namizədlik dissertasiyası müdafiə edib.

1974-cü ildə orta məktəbdə ədəbiyyat nəzəriyyəsi tədrisinin nəzəri əsasları mövzusunda doktorluq dissertasiyası müdafiə edən alim araşdırmalarını davam etdirib.

Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunun direktor müavini, pedaqoji elmlər doktoru, professor Yəhya Kərimov professor Ş.Mikayılovun elmi-pedaqoji fəaliyyəti" mövzusunda məruzəsində həmkarının "Orta məktəbdə ədəbiyyat tədrisi" adlı ikicildlik tədris vəsaitinin hər iki nəşrinin hazırlanmasında müəllif və elmi redaktor kimi fəaliyyətindən, aspirant və dissertantların elmi əsərlərinin hazırlanmasında elmi rəhbər kimi rolundan, opponent kimi obyektiv çıxışlarından, bir müddət institutun direktoru kimi çalışmasından, Orta Asiya respublikalarında elmi-pedaqoji kadr hazırlanmasında opponent və şura üzvü kimi əməyindən söhbət açdı.

Məruzəsinin sonunda professor Y.Kərimov yubilyarı institut əməkdaşları, yetirmələri və çoxsaylı ədəbiyyat müəllimləri adından təbrik edib cansağlığı arzuladı.

Tədbir iştirakçılarından psixologiya elmləri doktoru, professor Əbdül Əlizadə professor Ş.Mikayılovu diqqətli, səmimi və mehriban qonşu, əsl ata kimi səciyyələndirərək, bir alim olaraq elmi-metodik yaradıcılığındakı psixoloji təhlil elementlərindən danışdı.

Respublika Təhsil Şurasının sədri, pedaqoji elmlər doktoru, professor Əjdər Ağayev Ş.Mikayılovun elmi-pedaqoji yaradıcılığının əsasında duran əməksevərliyin qaynaqlandığı ailə mühitindən, alimin vətənində qazandığı nüfuz və hörmətdən yaddaqalan epizodlar şəklində söhbət açdı.

Pedaqoji elmlər doktoru, professor Rəfiqə Mustafayeva Şəmistan Mikayılovun həm də nüfuzlu ədəbiyyatşünas olduğunu təsdiq edən bir hadisədən - Türkiyədə şahidi və iştirakçısı olduğu bir ədəbi mübahisədən bəhs edərək, professor Mikayılovun təxmiş, müxəmməs, beşlik ədəbi anlayışlarına aydınlıq gətirən qələm məhsulunun elmi-nəzəri cəhətdən düzgünlüyündən məlumat verdi.

Azərbaycan Müəllimlər İnstitutunun kafedra müdiri, professor Mircəfər Həsənov professor Ş.Mikayılovun elmi-pedaqoji araşdırmalarında dini dəyərlərə bələdliyi faktlarını vurğuladı.

"Azərbaycan məktəbi" jurnalının baş redaktoru, filologiya elmləri namizədi, dosent Nəcəf Nəcəfov professor Ş.Mikayılovun ədəbiyyat proqramının tərtibi, dördüncü sinif üçün "Ədəbiyyat" dərsliyi hazırlanması sahəsində fəaliyyətindən maraqlı faktlar danışmaqla, yubilyarın yaradıcı-şəxsi keyfiyyətlərinə, elmi cəsarətinə aydınlıq gətirdi. SDU-nun kafedra müdiri, dosent Yusif Aslanov yubilyarın axtarışlarından bəhs etdi.

Yubiley tədbirini Azərbaycan TPİ-nin direktoru, professor, Rusiya Təhsil Akademiyasının həqiqi üzvü Abdulla Mehrabov ümumiləşdirərək yekunlaşdırdı. O, professor Ş.Mikayılovun 62 illik elmi-pedaqoji fəaliyyəti boyunca Azərbaycan təhsilinə öz elmi-metodik kitab və məqalələri ilə, ixtisasartırma kurslarında mühazirələri, metodist alim kadrları hazırlığında elmi rəhbər kimi fəaliyyəti ilə fayda verdiyini yüksək dəyərləndirdi. 80 yaşlı alimə cansağlığı və uğurlar arzulayan institut direktoru yubilyara müəssisənin Fəxri fərmanını və hədiyyələrini təqdim etdi. 

Şamxəlil MƏMMƏDOV

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
30 Oktyabr 2009 - ¹42
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 
Azərbaycanın Rusiyadakı səfirliyi Moskvanın üç məktəbinə kompüterlər bağışlayıb
 
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin yeni inzibati binası istifadəyə verilib
 
"Pedaqoji kadrların ixtisasartırma təhsili: mövcud vəziyyət, problemlər və təklif edilən yeni model"
 
Ötən dərs ilində mərkəzləşdirilmiş qaydada keçirilmiş imtahanların yekunları müzakirə olundu
 
Milli təhsilin inkişafına həsr olunmuş alim ömrü
 
Azərbaycan Müəllimlər İnstitutunda elmi-praktik konfrans
 
"Müasir şəraitdə orta ümumtəhsil məktəblərində tədrisin keyfiyyətini yüksəltmək yolları" mövzusunda konfrans
 
Şagird nailiyyətlərinin qiymətləndirilməsi məsələlərinə dair "dəyirmi masa"
 
Bakı məktəblərinə işə qəbul üzrə ikinci müsabiqənin nəticələri məlum oldu
 
"Ümumtəhsil məktəblərində məktəbdaxili qiymətləndirmənin aparılması Qaydaları" barədə
 
Beynəlxalq kulinariya günü qeyd olunub
 
Maarif cəfakeşi, qayğıkeş insan
 
Con Hopkins Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov