Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

6 Noyabr 2009 - ¹43

 

Malayziya universitetlərinin növbəti sərgisi keçirildi

 

Oktyabrın 31-də "Hyatt-Regency"otelində Bakı Təhsil Məlumat Mərkəzinin təşkilatçılığı ilə Malayziya ali təhsil ocaqlarının növbəti sərgisi keçirildi. Sərgidə Təhsil Nazirliyinin və Malayziyanın 5 universitetinin nümayəndələri, ali məktəb müəllimləri, elm adamları, tələbələr və KİV nümayəndələri iştirak edirdilər.

Sərgidə çıxış edən təhsil naziri Misir Mərdanov Malayziyadan gələn qonaqları salamladı və bu tədbirin  əsas təşkilatçısı olan  Bakı Təhsil Məlumat  Mərkəzinin rəhbərliyinə təşəkkürünü bildirdi. Qeyd etdi ki, Bakı Təhsil  Məlumat Mərkəzi Təhsil Nazirliyi ilə uzun illərdir sıx əməkdaşlıq edir. Xüsusən azərbaycanlı gənclərin xaricdə təhsili ilə bağlı ciddi iş görürlər və bu gün də  onların təşkilatçılığı  ilə  Malayziyadan böyük bir qrup təhsil işçisi Azərbaycana gəlib.Onlar artıq iki gündür Bakıdadır, Təhsil Nazirliyində görüşlər keçiriblər. Azərbaycana gəlmiş Malayziya universitetlərinin nümayəndələri də  öz  universitetlərinin tanıtmaq  məqsədi ilə  bu sərgini keçirirlər.

Təhsil naziri Misir Mərdanov bildirdi ki, Malayziya ilə Azərbaycan arasında çox sıx əlaqələr mövcuddur. Təhsil sahəsindəki əlaqələrin genişləndirilməsi və Azərbaycandan Malayziya universitetlərinə təhsil almağa gənclərin göndərilməsinə toxunan Misir Mərdanov onu dedi ki,biz Malayziyada olarkən iki nəfər azərbaycanlı gəncin bu ölkənin universitetlərində təhsilin doktorantura pilləsini bitirdiyinin də şahidi olduq.

  Azərbaycanın paytaxtı Bakı şəhərində keçirilən ikinci sərginin bu istiqamətdə irəliyə doğru bir addım olacağını vurğulayan nazir Misir Mərdanov çıxışının sonunda sərginin işinə  uğurlar arzuladı.

Sonra tədbirdə Malayziya  Təhsil Nazirliyinin nümayəndələri çıxış etdilər və onlar tədbir iştirakçılarını maraqlandıran suallara cavab   verdilər.  

Şakir CƏFƏROV

 
  Nömrənin müdəricatına dön

 

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
6 Noyabr 2009 - ¹43
V.M.Məmmədəliyevin "Şərəf" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
F.F.Qasımzadənin "İstiqlal" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Bakı Dövlət Universitetinin əməkdaşlarının "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Bakı Dövlət Universitetinin əməkdaşlarına fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Bakı Dövlət Universitetinin əməkdaşlarının "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Bakı Dövlət Universitetinin 90 illik yubileyi keçirildi
 
Heydər Əliyev Fondunun təşəbbüsü ilə Ağsuda inşa olunacaq Uşaq-Gənclər Bədii Yaradıcılıq Məktəbinin təməli qoyulub
 
Malayziya universitetlərinin növbəti sərgisi keçirildi
 
"Qaynar xətt" xidmətinə sentyabr-oktyabr aylarında 62 müraciət daxil olub
 
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 
Azərbaycan-Almaniya təhsil əlaqələri genişlənir
 
2008-2009-cu dərs ilində mərkəzləşdirilmiş qaydada keçirilmiş buraxılış imtahanlarının nəticələri barədə
 
Təhsil ocağının 15 illik yubileyi qeyd olundu
 
Bölgələrdə peşə təhsilinə diqqət artır
 
Donuz qripindən necə qorunmalı?
 
Şahmat ənənələrini layiqincə davam etdirən məktəb
 
"Mənəviyyat və narkomaniya" mövzusunda tədbir keçirilib
 
Çikaqo Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov