Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

27 Noyabr 2009 - ¹46

 

"Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı" İctimai Birliyinin təsis qurultayına

 

Hörmətli qurultay nümayəndələri!

Sizi Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının birinci qurultayının keçirilməsi münasibətilə təbrik edirəm, hər birinizə cansağlığı, təhsilinizdə və ictimai fəaliyyətinizdə uğurlar arzulayıram.

Xalqımızın ümummilli lideri Heydər Əliyev Azərbaycan gəncliyini milli inkişafın tükənməz mənbəyi hesab edir, müasir dünyada məhz gənc nəslin yaradıcı gücündən səmərəli istifadə etməyi bacaran ölkələrin strateji üstünlüyə malik olacağına və biliklərə əsaslanan iqtisadiyyatı uğurla quracağına inanırdı. Ulu öndər cəmiyyətin bu təbəqəsinin dövlət quruculuğuna yaxından cəlb edilməsi və ictimai-siyasi fəallığının təmin olunması üçün çox mühüm işlər görmüşdür. Onun təşəbbüsü ilə müvafiq nazirlik yaradılmış, dövlət gənclər siyasətinin əsas istiqamətləri müəyyənləşdirilmiş, qanun və proqramlar qəbul edilmiş, gənclərin ictimai-siyasi həyatda fəal iştirakı təmin olunmuşdur. Hazırda gənclərimiz dövlət idarəçiliyi, iqtisadiyyat, mədəniyyət, idman və başqa sahələrdə müvəffəqiyyətlə çalışır, Azərbaycanı beynəlxalq aləmdə layiqincə təmsil edirlər.

Siz gənclər müstəqil Azərbaycanda həyata göz açmış nəslə mənsub insanlar olaraq azad ölkənin azad vətəndaşları kimi böyüyüb başa çatmağınızla fəxr etməlisiniz, müstəqilliyin qazanılmasında xidmətlər göstərmiş insanların müasirləri olmaqdan qürur hissi keçirməlisiniz. Eyni zamanda, sizin qarşınızda böyük vəzifələr dayanır. Bu isə ölkəmizin qüdrətinin daha da artırılması, xalqımızın rifah halının yaxşılaşdırılması naminə günün tələblərinə cavab verən bilik və bacarıqlara yiyələnmək tələbini irəli sürür.

Qloballaşan və sürətlə dəyişən dünyanın reallıqları ən yeni texnologiyaların sirlərini mənimsəməyi, onlardan çevik faydalanmağı olduqca aktual edir. İnformasiya cəmiyyətinin qurulması yolunda uğurlu addımlar atan Azərbaycan sizin simanızda milli mənəvi dəyərlərimizi, ana dilimizi, adət-ənənələrimizi qoruyub yaşadan və ümumbəşəri ideyaları mənimsəyərək dünyanın qabaqcıl gəncliyi ilə inteqrasiya proseslərinə töhfələr verməyə hazır olan nəslin nümayəndələrini görür. Sizin ahəngdar surətdə hərtərəfli şəxsiyyət kimi yetişməyiniz üçün ölkəmizdə hər cür şərait vardır.

Bu gün Azərbaycan qüdrətli dövlətdir. Onun iqtisadiyyatı, mədəniyyəti, təhsili dinamik inkişaf edir. Azərbaycanın gələcəyi məsuliyyətli qərarlar qəbul etməyə, milli mənafeləri qorumağa və zamanın çağırışlarına cavab verməyə qadir mütəxəssislərdən asılı olacaqdır. Biz bu kadrların hazırlanması məqsədi ilə ölkəmizdə təhsilin səviyyəsini yüksəltməklə yanaşı, gənclərin xaricdə ən vacib ixtisaslar üzrə ali təhsil almasını nəzərdə tutan Dövlət Proqramını həyata keçiririk.

ümidvaram ki, qurultay zamanı aparacağınız müzakirələr və qəbul edəcəyiniz qərarlar bu istiqamətdə gələcək fəaliyyətinizdə sizə dəstək olacaqdır. Əminəm ki, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı ölkəmizdə vətəndaş cəmiyyətinin nüfuzlu bir qurumuna çevriləcəkdir.

Dərin hörmətlə,  

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti  
Bakı şəhəri, 18 noyabr 2009-cu il

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
27 Noyabr 2009 - ¹46
Qurban bayramı münasibətilə Azərbaycan xalqına təbrik
 
"Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı" İctimai Birliyinin təsis qurultayına
 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Goranboy rayonunda məcburi köçkünlər üçün salınan yeni qəsəbədə məktəb binasının açılışında iştirak edib
 
"Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı"  İctimai Birliyinin təsis qurultayı keçirilib
 
Azərbaycanda humanitar və ictimai elmlər sahəsində yaranmış vəziyyətə həsr olunmuş müşavirə keçirilib
 
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 
Təhsil naziri Gürcüstanda səfərdə olub
 
Təhsil naziri Açıq Cəmiyyət İnstitutu Akademik Təqaüdçülər Proqramının təmsilçiləri ilə görüşüb
 
Laçın təhsilində dönüş
 
"Metallar fizikasının müasir problemləri"nə dair elmi-praktik konfrans
 
Futbol üzrə I respublika turnirinin final mərhələsinin açılış mərasimi keçirildi
 
Alimin yubileyinə həsr olunmuş konfrans
 
Con Hopkins Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov