Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

27 Noyabr 2009 - ¹46

 

Təhsil naziri Gürcüstanda səfərdə olub

 

Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Gürcüstanın Təhsil və Elm Nazirliyi arasındakı qarşılıqlı razılaşmaya əsasən, 24-25 noyabr tarixlərində təhsil naziri Misir Mərdanovun rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstanda səfərdə olub.

Gürcüstanın Təhsil və Elm Nazirliyində keçirilən görüşdə nazir Nika Qvaramiya nümayəndə heyətini salamlayaraq ölkəsinin təhsil sistemi, burada gedən islahatlar barədə ətraflı məlumat verib, Azərbaycan Respublikası Prezidentinin Gürcüstana daim diqqətlə yanaşması, Gürcüstandakı təlim Azərbaycan dilində olan məktəblərin dərslik, dərs vəsaiti və digər tədris ləvazimatları ilə təminatına köməyi barədə söz açıb.

Azərbaycanın Respublikasının təhsil naziri Misir Mərdanov Azərbaycanda təhsil sahəsində aparılan islahatların nəticələrindən bəhs edib. Gürcüstanın təhsil sistemində aparılan ciddi dəyişiklikləri müsbət qiymətləndirən nazir buradakı Azərbaycan məktəblərinin problemləri barədə danışıb.

Noyabrın 25-də Azərbaycanın təhsil naziri Misir Mərdanov və Gürcüstanın təhsil və elm naziri Nika Qvaramiya ulu öndər Heydər Əliyevin Tbilisi şəhərində ucaldılmış büstü önünə gül dəstələri qoyublar. Sonra Tbilisi şəhərindəki 74 nömrəli Azərbaycan və qonşuluqdakı gürcü məktəblərinin müəllim və şagirdləri ilə görüşərək onların arzu və təkliflərini öyrənən qonaqlar həmin tədris ocaqları ilə yaxından tanış olub, məktəblərin maddi-texniki təchizatı ilə maraqlanıblar.

Daha sonra qonaqlar Marneuli rayonundakı 3 nömrəli məktəbin Resurs Mərkəzində görüşdə iştirak edib, ötən il orta və əsas məktəbləri yüksək nailiyyətlərlə bitirmiş şagirdlərin təltif olunması mərasiminə qatılıblar. Sevindirici haldır ki, həmin məzunlardan qızıl medala layiq görülən iki şagird azərbaycanlıdır. Mərasimdə Azərbaycan Respublikasının təhsil naziri çıxış edib, soydaşlarımızın uğurlarından məmnun olduğunu bildirib.

Həmin gün Marneuli şəhərində yerləşən Heydər Əliyev adına Gürcüstan - Azərbaycan Humanitar Universitetində müəllim və tələbələrlə, Dmanisi rayonu Donisi kənd Azərbaycan məktəbində, Dmanisi şəhərində Heydər Əliyev Fondunun köməkliyi ilə ərsəyə gələn kompüter mərkəzində, gürcü dilinin intensiv tədrisi üzrə Resurs Mərkəzində görüşlər davam etdirilib. 

(Səfərlə bağlı geniş material qəzetimizin növbəti nömrəsində dərc olunacaq).

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
27 Noyabr 2009 - ¹46
Qurban bayramı münasibətilə Azərbaycan xalqına təbrik
 
"Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı" İctimai Birliyinin təsis qurultayına
 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Goranboy rayonunda məcburi köçkünlər üçün salınan yeni qəsəbədə məktəb binasının açılışında iştirak edib
 
"Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı"  İctimai Birliyinin təsis qurultayı keçirilib
 
Azərbaycanda humanitar və ictimai elmlər sahəsində yaranmış vəziyyətə həsr olunmuş müşavirə keçirilib
 
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 
Təhsil naziri Gürcüstanda səfərdə olub
 
Təhsil naziri Açıq Cəmiyyət İnstitutu Akademik Təqaüdçülər Proqramının təmsilçiləri ilə görüşüb
 
Laçın təhsilində dönüş
 
"Metallar fizikasının müasir problemləri"nə dair elmi-praktik konfrans
 
Futbol üzrə I respublika turnirinin final mərhələsinin açılış mərasimi keçirildi
 
Alimin yubileyinə həsr olunmuş konfrans
 
Con Hopkins Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov