Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

4 Dekabr 2009 - ¹47

 

Şamaxıda şahmat məktəbi yenidən qurulub

 

Noyabrın 26-da Prezident İlham Əliyev Şamaxıdakı şahmat məktəbində olmuşdur.

Məktəbin fəaliyyəti ilə tanış olan dövlətimizin başçısına məlumat verilmişdir ki, 1986-cı ildə tikilmiş məktəbdə ötən müddətdə təmir və bərpa işləri aparılmamışdı. Məktəbin yenidən qurulmasına Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə bu ilin mayında başlanmışdır. Artıq əsaslı bərpa işləri başa çatdırılmışdır. İkimərtəbəli binanın ümumi sahəsi 2116 kvadratmetrdir. Burada 7 şahmat otağı, yarış zalı və digər yardımçı otaqlar vardır. Şahmat məktəbi yenidənqurmadan sonra müasir inventar və avadanlıqla, kompüter dəstləri ilə təchiz olunmuşdur.

Dövlətimizin başçısı uşaqların məşq prosesini izlədi.

Şahmatçı uşaq: Hörmətli cənab Prezident, gözəl Şamaxımıza xoş gəlmisiniz. Bizim üçün belə şərait yaratdığınıza görə Sizə dərin minnətdarlığımızı və təşəkkürümüzü bildiririk. çalışacağıq ki, Sizin etimadınızı doğruldaq, bu qayğıya layiq olduğumuzu sübut edək. Səsimizin Avropa və dünya birinciliklərindən gələcəyinə daim səy göstərəcəyik. Bunu şahmatçı dostlarım adından əminliklə söyləyirəm.

Prezident İlham ƏLİYEV: Artıq 10 yaşında iki medalın vardır - biri gümüş, biri bürünc. On bir yaşında gərək birini də əlavə edəsən - qızıl.

Artıq ənənə bərpa olundu. Vaxtilə ulu öndər tərəfindən bütün rayonlarda şahmat məktəbləri tikildi. O, Azərbaycandan gedəndən sonra onların bəziləri bağlandı, bəziləri satıldı, özəlləşdirildi, dağıdıldı. İndi biz bunların hamısını bərpa edirik. Nəticəni də görürük, Azərbaycan şahmatçıları Avropada birinci oldu. Bu, tarixi qələbədir. Siz də gərək bu yolu gedəsiniz.

Şahmatçı qız respublika çempionatında birinci yer qazandığını bildirərək medalını göstərdi.

Prezident İlham ƏLİYEV: Səndə artıq birinci yer vardır.

Avropa çempionu adını qazanan uşaqların hamısı gəncdir. Onların hamısı müstəqillik dövründə böyüyüblər. çoxları müstəqillik dövründə anadan olub, böyüyüb. Yəni, bu onu göstərir ki, Azərbaycan belə gözəl övladlar yetişdirir. Şərait də vardır. Bir də ki, intellektual potensial çox yüksək səviyyədədir. Əgər belə olmasaydı, - lap sən ən gözəl şəraiti yarat, - əgər intellektual potensial, güclü məktəb olmasa, nəticə mümkün deyildir. Avropa qitəsində birinci olmaq zarafat deyildir. İndi dünya şahmatı Avropada cəmləşib. Bütün komandaları geridə qoyduq və bu, artıq bir zirvədir. Uşaqlar da əlbəttə, çalışmalıdırlar ki, o zirvəyə yaxınlaşsınlar. Ancaq bununla bərabər, əsas odur ki, onlar şahmatla məşğul olmaqla öz intellektual potensiallarını artırır, genişləndirirlər. Müəllimlərin, məşqçilərin də burada böyük rolu vardır. Ona görə biz sizdən yaxşı nəticələr gözləyəcəyik.

Məşqçi: Cənab Prezident, Siz Şamaxıya bayram ərəfəsində qədəm qoymusunuz. Bayramımızı bir gün də artırmısınız. Ona görə məktəbimizin kollektivi adından, bax bu istedadlı şahmatçılar adından Sizin bayramınızı təbrik edirəm. Arzu edirik ki, Siz uzun ömür yaşayıb Azərbaycanda bu xarüqələrin davam etdirilməsinə on illərlə rəhbərlik edə biləsiniz. Xoş gəlmisiniz. Allah Sizə yar olsun.

Prezident İlham ƏLİYEV: Sağ olun. Sizi bir daha bayram münasibətilə təbrik edirəm. 

AzərTAct

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
4 Dekabr 2009 - ¹47
Şamaxıda şahmat məktəbi yenidən qurulub
 
Heydər Əliyev Fondu İvanovka kənd orta məktəbinə "Hyunday" markalı avtobus hədiyyə edib
 
VI Beynəlxalq Elm Olimpiadasının təntənəli açılış mərasimi keçirilib
 
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 
Təhsil naziri Gürcüstanda səfərdə olub
 
Lənkəran Dövlət Humanitar Kollecinin 85 illik yubileyi qeyd edildi
 
Azərbaycan Respublikasının ümumtəhsil məktəbləri üçün  xarici  dil fənni kurikulumu (V-XI siniflər)
 
Dünya universitetləri:  Dyuk Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov