Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

4 Dekabr 2009 - ¹47

 

Heydər Əliyev Fondu İvanovka kənd orta məktəbinə "Hyunday" markalı avtobus hədiyyə edib

 

 Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 29-da İsmayıllı rayonuna səfəri çərçivəsində İvanovka kəndində sakinlərlə görüşü zamanı kənd məktəbinin direktoru Nadejda Jabina məktəbə mikroavtobus verilməsini xahiş etmişdi. Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva bu məsələnin həllini öz üzərinə götürmüşdü.

Artıq Nadejda Jabinanın arzusu reallaşmış, Heydər Əliyev Fondu tərəfindən İvanovka kənd orta məktəbinə "Hyunday" markalı 28 yerlik avtobus hədiyyə edilmişdir. Avtobusun açarları məktəb direktoruna təntənəli surətdə təqdim olunmuşdur.

Bu münasibətlə keçirilən mərasimdə rayon icra hakimiyyətinin başçısı Nizami Ələkbərov, Milli Məclisin deputatı Novruzəli Aslanov çıxış edərək Prezident İlham Əliyevin bölgələrə göstərdiyi diqqət və qayğıdan, insanların istək və arzusuna göstərdiyi həssaslıqdan danışmışlar. Natiqlər Mehriban xanım Əliyevanın bu hədiyyəsini onun Azərbaycan məktəblərinin hamisi olduğuna bariz nümunə kimi dəyərləndirmişlər.

Kənd məktəbinin direktoru Nadejda Jabina çıxış edərək hədiyyə üçün Mehriban xanım Əliyevaya kollektiv adından minnətdarlığını bildirmişdir.

Sonra icra başçısı Nizami Ələkbərov avtobusun açarlarını N.Jabinaya təqdim etmişdir.

 
  Nömrənin müdəricatına dön

 

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
4 Dekabr 2009 - ¹47
Şamaxıda şahmat məktəbi yenidən qurulub
 
Heydər Əliyev Fondu İvanovka kənd orta məktəbinə "Hyunday" markalı avtobus hədiyyə edib
 
VI Beynəlxalq Elm Olimpiadasının təntənəli açılış mərasimi keçirilib
 
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 
Təhsil naziri Gürcüstanda səfərdə olub
 
Lənkəran Dövlət Humanitar Kollecinin 85 illik yubileyi qeyd edildi
 
Azərbaycan Respublikasının ümumtəhsil məktəbləri üçün  xarici  dil fənni kurikulumu (V-XI siniflər)
 
Dünya universitetləri:  Dyuk Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov