Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

11 Dekabr 2009 - ¹48

 

Təhsil Nazirliyi ilə "Microsoft" şirkəti arasında Anlaşma Memorandumu imzalandı

 

Dekabrın 10-da Təhsil Nazirliyində Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə "Microsoft" şirkəti arasında "Təhsildə əməkdaşlıq" proqramı üzrə Anlaşma Memorandumu imzalandı. İmzalanma mərasimində "Microsoft" şirkətinin Orta və Qərbi Avropa üzrə "Təhsildə əməkdaşlıq" proqramının rəhbəri Teodor Milev, "Microsoft Azərbaycan" şirkətinin baş direktoru Teymur Axundov, həmin şirkətin təhsil proqramları rəhbəri Emin Axundov, nazirliyin rəhbərliyi və əməkdaşları, bu sahədə nazirliklə əməkdaşlıq edən şirkətlərin rəhbərləri, İKT ilə bağlı layihənin həyata keçirilməsində xüsusi yeri olan məktəblərin rəhbərləri, müəllimlər və KİV nümayəndələri iştirak edirdilər.

Mərasimi açan təhsil naziri Misir Mərdanov zala toplaşanları salamlıyıb Təhsil Nazirliyi ilə "Microsoft" şirkəti arasında əməkdaşlıq və bu əməkdaşlıq əsasında görülmüş birgə iş haqqında qısa məlumat verdi. Nazir qeyd etdi ki, hələ üç il öncə "Microsoft" şirkəti ilə "Təhsildə əməkdaşlıq" proqramı çərçivəsində 2006-2009-cu illəri əhatə edən Memorandum imzalanmışdır. Onun vaxtı qurtardığı üçün növbəti belə bir sənədin imzalanması zərurətə çevrilmişdir. Yeni memorandum 2010-2013-cu illəri əhatə edir.

Misir Mərdanov bildirdi ki, proqram üzrə birgə əməkdaşlıqda əsas məqsəd təhsildə İKT-nin tətbiqidir. "Təhsildə əməkdaşlıq" proqramı "İnnovativ məktəblər", "İnnovativ müəllimlər", "İnnovativ şagirdlər" kimi 3 istiqaməti əhatə edir.

"İnnovativ müəllimlər" istiqaməti çərçivəsində indiyədək "Uşaqların İnternetdə təhlükəsizliyi" mövzusunda müvafiq tədris vəsaiti hazırlanaraq dərc olunub və bu mövzuya həsr olunmuş tədbirlər reallaşdırılıb.

"İnnovativ şagirdlər" istiqaməti üzrə bir sıra ölkəmiqyaslı şagird informasiya texnologiyaları müsabiqələrinə ("Gənc Kompüter İstedadları", "Gənc İnformatik", "Skilis Vork") dəstək göstərilib.

Dünya üzrə həyata keçirilən "İnnovativ məktəblər" proqramında ilk Azərbaycan məktəbinin iştirakına imkan yaradılıb. Bu proqramda iştirak üçün 110-dan artıq ölkədən ərizə göndərilsə də, onların arasından 31 məktəb seçilib və Bakının 7 nömrəli orta məktəbi Braziliyanın Salvador şəhərində keçirilən "İnnovativ məktəblər" Forumunda iştirak edib.

Nazir onu da vurğuladı ki, Təhsil Nazirliyi ilə "Microsoft" şirkəti arasında imzalanmış "Məktəb sazişi" çərçivəsində məktəblərə paylanan kompüterlər güzəştli qiymətlə lisenziyalı "Microsoft Vindovs" əməliyyat sistemi və "Microsoft Office" proqram dəsti ilə təchiz olunub. Nazir bütün bunların Azərbaycan hökumətinin, ölkə Prezidentinin diqqət mərkəzində duran məsələlər olduğunu və onlara xüsusi əhəmiyyət verildiyini diqqətə çatdırdı. Bildirdi ki, son bir neçə ildə bu istiqamətdə çox böyük addımlar atılıb, DATA mərkəzi yaradılaraq 500-dən çox məktəb İnternet şəbəkəsinə qoşulub. Gələn il bu işin başa çatdırılması nəzərdə tutulur.

"Microsoft" şirkətinin Orta və Qərbi Avropa üzrə "Təhsildə əməkdaşlıq" proqramının rəhbəri Teodor Milev mərasimdə söz alaraq birgə əməkdaşlığa və onun davam etdirilməsinə göstərdiyi marağa görə Təhsil Nazirliyinə minnətdarlıq etdi, şirkətlərinin bu əməkdaşlıqdan məmnun olduğunu, imzalanacaq sənəddən çox şey gözlədiklərini bildirdi.

Sonra təhsil naziri Misir Mərdanov və "Microsoft" şirkətinin Orta və Qərbi Avropa üzrə "Təhsildə əməkdaşlıq" proqramının rəhbəri Teodor Milev Anlaşma Memorandumunu imzaladılar.

Yusif ƏLİYEV

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
11 Dekabr 2009 - ¹48
Qəza vəziyyətində olan ümumtəhsil məktəblərinin yenidənqurulması ilə bağlı əlavə tədbirlər haqqında  Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Azərbaycan Müəllimlər İnstitutunun əməkdaşlarının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Azərbaycan Müəllimlər İnstitutunun əməkdaşlarına fəxri adların verilməsi haqqında  Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
12 dekabr ümummilli lider Heydər Əliyevin anım günüdür
 
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 
Azərbaycan Müəllimlər İnstitutunun 80 illik yubileyi qeyd olunub
 
Təhsil Nazirliyi ilə "Microsoft" şirkəti arasında Anlaşma Memorandumu imzalandı
 
Bakı Dövlət Universitetində Elmi Şuranın növbəti iclası keçirilib
 
"Dünya  sənin, dünya mənim, bizlər isə bu Vətənin"
 
Azərbaycanlı alim Madriddə keçirilən beynəlxalq konfransda iştirak edib
 
Tanınmış alim və elm təşkilatçısı
 
Yeniyetmələrin VI Beynəlxalq Elm Olimpiadası başa çatıb
 
Gimnaziyanın 50 illiyi qeyd olundu
 
Dünya universiteti: Kornell Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov