Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

11 Dekabr 2009 - ¹48

 

Bakı Dövlət Universitetində Elmi Şuranın növbəti iclası keçirilib

 

Dekabrın 5-də Bakı Dövlət Universitetində Elmi Şuranın növbəti iclası keçirildi. İclas Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 30 oktyabr tarixli sərəncamları ilə universitetin əməkdaşlarına verilmiş fəxri adların və təltiflərin təqdimatına həsr olunmuşdu. Tədbirdə Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov, Elmi Şuranın üzvləri, universitetin professor-müəllim heyəti, tələbələr və KİV təmsilçiləri iştirak edirdilər.

Akademik Abel Məhərrəmov dövlət başçısının 30 oktyabr tarixli sərəncamları ilə BDU-nun alimlərinə - 107 nəfərə Azərbaycanın ən böyük mükafatları və fəxri adlarının verilməsini təhsil ocağına olan böyük diqqət və qayğı kimi dəyərləndirdi. Azərbaycanın təhsil tarixində ilk dəfə olaraq, eyni zamanda bir təhsil müəssisəsinin bu qədər çox sayda əməkdaşının dövlət mükafatlarına layiq görüldüyünü diqqətə çatdıran rektor bu faktı nəinki universitetə, bütövlükdə Azərbaycan elminə, Azərbaycan təhsilinə yetirilən xüsusi diqqət, təhsil işçilərinin əməyinə verilən yüksək qiymət kimi dəyərləndirdi. A.Məhərrəmov təltif olunanlar adından ölkə Prezidenti cənab İlham Əliyevə təşəkkürünü bildirdi.

Sonra çıxış üçün söz təhsil naziri Misir Mərdanova verildi. Təhsil naziri dövlət başçısının salamını, hörmət və ehtiramını universitetin kollektivinə çatdıraraq bu tədbirin şəxsən onun tapşırığı ilə həyata keçirildiyini vurğuladı.

Nazir Bakı Dövlət Universitetinin bir müddət öncə qeyd olunmuş 90 illik yubileyinin ümumilikdə Azərbaycan təhsilinin bayramına çevrildiyini dedi.  Misir Mərdanov yubileyə həsr olunmuş təntənəli mərasimdə Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın iştirak etməsi, dövlət başçısına universitetin fəxri doktoru adının verilməsi, təhsil ocağının əməkdaşlarının müxtəlif fəxri adlar, orden və medallarla təltif olunması və s. kollektivin yaddaşında önəmli hadisə kimi yaşayacağına əminliyini ifadə etdi. Dövlət başçısının müvafiq sərəncamlarını təhsil sahəsinə göstərilən xüsusi qayğının növbəti təzahürü kimi qiymətləndirən nazir ölkənin bütün təhsil ictimaiyyəti adından cənab Prezidentə minnətdarlığını bildirdi və kollektivin hər bir üzvünün bu şərəfə layiq fəaliyyət göstərməsinin, bu etimadı doğruldaraq öz işinə daha məsuliyyətlə yanaşmasının zəruriliyini vurğuladı.

Misir Mərdanov daha sonra çıxışında ümummilli liderimiz Heydər Əliyevin müdrik siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən bəhs etdi. Qeyd  olundu ki, hazırda Azərbaycanda bütün sahələrin, o cümlədən elmin və təhsilin inkişafı üçün əlverişli şərait yaradılıb və bunun sayəsində təhsil sistemində əsaslı infrastruktur dəyişiklikləri baş verir, inkişafyönümlü proqram və layihələr həyata keçirilir, təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi və digər məsələlər üzrə çox mühüm işlər görülür.

Ali təhsil sahəsində mövcüd olan problemlərdən və bununla bağlı  qarşıda duran vəzifələrdən söz açan nazir BDU-nun həmişə olduğu kimi bu məsələlərin həllində də digər ali məktəblərə örnək olacağına ümid etdiyini bildirdi.

Təhsil naziri Misir Mərdanov çıxışının sonunda dövlət mükafatlarına layiq görülənləri təbrik edərək onlara gələcək fəaliyyətlərində yeni-yeni nailiyyətlər, şəxsi həyatlarında cansağlığı və xoşbəxtlik arzuladı.

Sonra Bakı Dövlət Universitetinin əməkdaşlarına verilən fəxri adların, orden və medalların təqdimatı oldu. Təltif olunanlar təhsil naziri ilə xatirə şəkli çəkdirdilər.  

Hicran ƏKBƏROVA

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
11 Dekabr 2009 - ¹48
Qəza vəziyyətində olan ümumtəhsil məktəblərinin yenidənqurulması ilə bağlı əlavə tədbirlər haqqında  Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Azərbaycan Müəllimlər İnstitutunun əməkdaşlarının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Azərbaycan Müəllimlər İnstitutunun əməkdaşlarına fəxri adların verilməsi haqqında  Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
12 dekabr ümummilli lider Heydər Əliyevin anım günüdür
 
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 
Azərbaycan Müəllimlər İnstitutunun 80 illik yubileyi qeyd olunub
 
Təhsil Nazirliyi ilə "Microsoft" şirkəti arasında Anlaşma Memorandumu imzalandı
 
Bakı Dövlət Universitetində Elmi Şuranın növbəti iclası keçirilib
 
"Dünya  sənin, dünya mənim, bizlər isə bu Vətənin"
 
Azərbaycanlı alim Madriddə keçirilən beynəlxalq konfransda iştirak edib
 
Tanınmış alim və elm təşkilatçısı
 
Yeniyetmələrin VI Beynəlxalq Elm Olimpiadası başa çatıb
 
Gimnaziyanın 50 illiyi qeyd olundu
 
Dünya universiteti: Kornell Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov