Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

11 Dekabr 2009 - ¹48

 

Gimnaziyanın 50 illiyi qeyd olundu

 

Dekabrın 5-də Respublika İncəsənət Gimnaziyasında əsl bayram əhval-ruhiyyəsi vardı.  Həmin gün gimnaziyanın yaranmasının 50 ili tamam olurdu. Bu münasibətlə  təhsil ocağının akt zalında böyük tədbir keçirildi. Tədbirdə Təhsil Nazirliyinin şöbə müdüri Arif Muradov, nazirliyin baş məsləhətçisi Məhərrəm Səfərov, Misir Ərəb Respublikasının Azərbaycandakı fövqəladə səfiri, doktor Sabor Mənsur, Misir Mədəniyyət Mərkəzinin direktoru Adel Dərviş, veteran müəllimlər, məzunlar və digər qonaqlar iştirak edirdilər.

Tədbiri giriş sözü ilə açan gimnaziyanın direktoru Maya Şabanbəyova   qonaqları, məzunları və  vetaran müəllimləri salamlayaraq gimnaziya haqqında geniş məlumat verdi. Bildirdi ki, təhsil ocağı ilk vaxtlar internat məktəbi kimi fəaliyyət göstərib. Həmin illərdə  respublikanın rayonlarından  istedadlı uşaqlar doqquzuncu sinifdən bu məktəbə gələrək  təhsil ocağında tədrisi  davam etdirirdilər. İndi gimnaziya kimi fəaliiyət göstərən bu təhsil ocağı  cəmiyyətə istedadlı və savadlı gənclər verir. Bu gün gimnaziyanın bəzi məzunları dünyanın qabaqcıl universitetlərində təhsillərini davam etdirirlər.

Sonra  məktəbin fəaliyyəti haqqında film nümayiş olundu.  Təhsil müəssisəsinin məzunları və şagirdləri bir-birindən maraqlı teatr səhnəciklərilə, musiqi nömrələrilə qonaqlara unudulmaz anlar yaşatdılar. Tədbirə gələnlər gimnaziyanın 50 illik yubileyi münasibətilə  təhsil ocağının pedaqoji kollektivini təbrik etdi, şagirdlərə və məzunlara təhsil aldıqları gimnaziyanın adına layiq olmağı və  həmişə onun adını uca tutmağı arzu etdilər.

Tədbirin sonunda qonaqlara gimnaziyanın teatr şöbəsinin müdiri Hicran Sadıqovanın bu  təhsil ocağının 50 illiyinə həsr etdiyi  "Əsrə bərabər ömür yolu" kitabı təqdim olundu.

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
11 Dekabr 2009 - ¹48
Qəza vəziyyətində olan ümumtəhsil məktəblərinin yenidənqurulması ilə bağlı əlavə tədbirlər haqqında  Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Azərbaycan Müəllimlər İnstitutunun əməkdaşlarının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Azərbaycan Müəllimlər İnstitutunun əməkdaşlarına fəxri adların verilməsi haqqında  Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
12 dekabr ümummilli lider Heydər Əliyevin anım günüdür
 
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 
Azərbaycan Müəllimlər İnstitutunun 80 illik yubileyi qeyd olunub
 
Təhsil Nazirliyi ilə "Microsoft" şirkəti arasında Anlaşma Memorandumu imzalandı
 
Bakı Dövlət Universitetində Elmi Şuranın növbəti iclası keçirilib
 
"Dünya  sənin, dünya mənim, bizlər isə bu Vətənin"
 
Azərbaycanlı alim Madriddə keçirilən beynəlxalq konfransda iştirak edib
 
Tanınmış alim və elm təşkilatçısı
 
Yeniyetmələrin VI Beynəlxalq Elm Olimpiadası başa çatıb
 
Gimnaziyanın 50 illiyi qeyd olundu
 
Dünya universiteti: Kornell Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov