· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

 


B.e ç.a ç C.a C. Ş. B.
    1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31    

 

 "...Məktəb, maarif, təhsil işi ilə həmişə sıx bağlı olmuşam... Hesab edirəm ki, cəmiyyət haradan olursa-olsun, nədən olursa-olsun kəsib təhsilə xərcləməli, gənc nəslin təhsilinə, müəllimə kömək etməlidir. Bu, mənim prinsipial mövqeyimdir. 25 il bundan öncə Azərbaycana rəhbər seçiləndə də bu mövqedə olmuşam, indi müstəqil Azərbaycanın dövlət başçısı kimi də bu mövqedəyəm. Mən həyatımın bütün mərhələlərində məhz belə mövqedə durmuşam".

 

Heydər ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

12 fevral 1995-ci il

 

 

 

 

ümummilli lider Heydər Əliyevin irsinin öyrənilməsi işinə yeni töhfə

 

"Sabaha doğru" kitabının təqdimatı

 

İyulun 10-da "Hyatt Regency" mehmanxanasında Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin tarixin ən böyük azərbaycanlısı, ümummilli lider Heydər Əliyevin respublikamızda siyasi hakimiyyətə gəlməsinin 40 illiyinə ithaf olunmuş "Sabaha doğru" (Azərbaycan, ingilis və rus dillərində) kitabının təqdimatı olmuşdur.

Tədbirdə Heydər Əliyev İrsini Araşdırma Mərkəzi elmi-redaksiya şurasının sədri, akademik Asəf Nadirov, kinorejissor, xalq artisti Tofiq İsmayılov, Azərbaycanda Atatürk Mərkəzinin müdiri, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov, Milli Məclisin deputatı Fəttah Heydərov, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, professor Seyfəddin Qəndilov və başqaları çıxış etmişlər. Natiqlər ulu öndər Heydər Əliyevin ötən əsrin 70-80-ci illərində respublikada milli mənəvi dəyərlərin qorunması, iqtisadiyyatın, elmin, təhsilin, səhiyyənin inkişafı və insanların rifah halının yaxşılaşdırılmasında, ümummilli liderin xalqın təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra müstəqil Azərbaycan dövlətinin yaranıb möhkəmlənməsində, beynəlxalq aləmdə tanınmasında tarixi xidmətlərindən danışmış, onun nurlu ideyalarının ölkəmizin parlaq gələcəyinə yönəldiyini vurğulamışlar.

 

 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış

 

(Əvvəli qəzetimizin ötən saylarında)

 

Son illərdə məktəbəqədər təhsilin təkmilləşdirilməsi, təhsil müəssisələrinin fəaliyyətinin müasir dünya təcrübəsinə uyğunlaşdırılması, yeni təhsil texnologiyalarının tətbiqi sahəsində beynəlxalq təşkilatlarla birlikdə bir sıra tədbirlər görülmüş, bu sahədə çalışan pedaqoji işçilərin elmi-metodik hazırlıqlarının yüksəldilməsi məqsədilə öyrədici treninqlər keçirilmişdir. 1998-ci ildən etibarən ölkənin 18 bölgəsində 51 məktəbəqədər təhsil müəssisəsində Açıq Cəmiyyət İnstitutu - Yardım Fondu ilə əməkdaşlıq çərçivəsində "Addım-Addım" texnologiyası tətbiq edilmiş, 8 bölgədə treninq mərkəzləri yaradılmışdır.

Təhsil Nazirliyində beynəlxalq biznes yarışının finalçıları ilə görüş keçirilib

 

İyulun 10-da  Təhsil Nazirliyində 14-cü Beynəlxalq HP Qlobal Biznes Yarışının (HPGBC) finalına vəsiqə qazanmış tələbə və şagirdlərlə görüş keçirildi. Mərasimdə təhsil naziri Misir Mərdanov, Təhsil Nazirliyinin mərkəzi aparatının və müvafiq şöbələrinin rəhbərləri, bir sıra beynəlxalq təşkilatların nümayəndələri və KİV təmsilçiləri iştirak edirdilər.

Həsən bəy Zərdabi və maarif

 

Bəşər tarixində elə böyük zəkalar var ki, onlar həyat və fəaliyyətləri, yazdıqları və söylədikləri ilə gələcək nəsillərə bir örnək olaraq yaddaşlarda qalırlar. Azərbaycanda professional teatrın və demokratik mətbuatın banisi, təbiətşünas alim, publisist və ən nəhayət, görkəmli maarifçi kimi tanınmış Həsən bəy Zərdabi belə simalardandır.

 H.Zərdabi Bakı quberniyası Göyçay qəzasının Zərdab kəndində dünyaya göz açmışdı. Babası Rəhim bəy və atası Səlim bəy öz dövrlərinin ziyalısı olub, Göyçay qəzasında maarif və mədəniyyətin inkişafı üçün çox iş görmüşlər. Bütün bunlar Həsən bəyin gələcəkdə maarifçi-alim kimi yetişməsinə müsbət təsir göstərmişdir.

Sumqayıt məktəbliləri yay istirahətlərini maraqlı keçirirlər

 

Şagirdlərin istirahətini şən və mənalı keçirmələri üçün ən yaxşı vasitə olan məktəbli düşərgələri vaxtilə ölkəmizdə geniş yayılmışdı. Respublikanın ən səfalı yerlərində fəaliyyət göstərən belə düşərgələrdə minlərlə istedadlı, təhsildə və ictimai işlərdə fərqlənən şagird dincəlirdi. Bu düşərgələrə düşmək imkanları olmayan məktəblilər üçünsə oxuduqları tədris müəssisələrində yay istirahət düşərgələri açılırdı. Bəs indi vəziyyət necədir? Bir aydan çoxdur ki, yay tətilinə buraxılmış məktəblilərin istirahəti necə təşkil olunur?