· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

 


B.e ç.a ç C.a C. Ş. B.
    1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31    

 

İndi Azərbaycan dilinin özünəməxsus inkişaf qanunları ilə cilalanmış kamil qrammatik quruluşu, zəngin söz fondu, geniş ifadə imkanları, mükəmməl əlifbası, yüksək səviyyəli yazı normaları vardır. Hazırda ölkəmizdə cəmiyyət həyatının elə bir sahəsi yoxdur ki, Azərbaycan dili orada rahat işlədilə bilməsin.

 

Azərbaycan Respublikasının Prezidenti

Heydər Əliyevin "Dövlət dilinin tətbiqi

işinin təkmilləşdirilməsi haqqında"

18 iyun 2001-ci il tarixli fərmanından

 

1 avqust - Azərbaycan əlifbası və Azərbaycan dili günüdür

 

Hər birimizin qürur mənbəyimiz

 

Ulu öndər Heydər Əliyevin 2001-ci il avqustun 9-da "Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında" verdiyi fərmandan 8 il ötür. Bu illər ərzində Azərbaycan dili daha da inkişaf etmiş, səlisləşmiş, görkəmli Azərbaycan dilçiləri sanballı əsərlər yazıb ərsəyə gətirmiş, bir sözlə, xalq öz dilinin təəssübkeşinə çevrilmişdir.

Hamımıza yaxşı məlumdur ki, tarixən Azərbaycan ərazisində yaşayan albanların 52 hərfdən ibarət müstəqil əlifbası olmuşdur. Bu əlifbanı ilk dəfə 1938-ci ildə aşkara çıxaran gürcü alimi İ.Abuladze olmuşdur. Qafqaz xalqlarının yazısının formalaşmasında mühüm rol oynayan alban əlifbasında bizim ulu babalarımızın yazıları günümüzə qədər gəlib çatmamışdır.

Hazırda təkcə əzəli və əbədi Azərbaycan torpaqları deyil, həm də maddi mədəni abidələrimiz mənfur ermənilər tərəfindən işğala məruz qaldığı kimi, VII-VIII əsrlərdə də ərəblərin işğalına məruz qalmış və alban əlifbası ilə yazılan abidələr tamamilə məhv edilmişdir. O vaxtdan ərəb əlifbası dilimizin fonetik sisteminə uyğun gəlməsə də, xalqımız onu dini əlifba kimi çox həvəslə tətbiq etdi. Hətta ana dilimizdə olan ilk yazılı abidə "Dədə Qorqud" da ərəb əlifbasındadır.

XIX əsrdə M.F.Axundzadə yeni əlifba uğrunda ardıcıl mübarizə aparmış, amma layihəsini həyata keçirə bilməmiş, bu məsələ ömrü boyu onu narahat etmişdir.

 

 

 

 

Azərbaycan təhsili: yaxın keçmişə,

bu günə və gələcəyə bir baxış

 

(Əvvəli qəzetimizin ötən saylarında)

 

Hörmətli oxucular, ötən məqalədə de-institutlaşdırma tədbirlərinin həyata keçirilməsi məqsədilə ölkədə ilk dəfə beynəlxalq təcrübəyə uyğun bütün dövlət uşaq müəssisələrində aparılmış qiymətləndirmə barədə məlumat vermişdik. Bu məqalədə həmin qiymətləndirmənin nəticələri, aparılmış təhlillər və hazırlanmış transformasiya planı (hər bir dövlət uşaq müəssisəsinin mərhələlərlə profilinin dəyişməsini və həmin müəssisələrdəki uşaqların ailələrinə qaytarılması və ya alternativ qayğı ilə əhatə olunmasını əks etdirən sənəd) barədə fikirlərimi sizinlə bölüşmək istəyirəm.

Xarici ölkələrin ali məktəblərinə qəbul olunan tələbələrlə görüş keçirildi

 

İyulun 24-də Təhsil Nazirliyində "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili  üzrə Dövlət Proqramı" çərçivəsində dünyanın nüfuzlu ali məktəblərinə qəbul olunan tələbələrlə və onların valideynləri ilə görüş keçirildi.

Tədbiri təhsil nazirinin müavini  Elmar Qasımov açaraq xarici ölkələrin tanınmış ali məktəblərinə qəbul olunan tələbələri və onların valideynlərini Təhsil Nazirliyində görməkdən məmnunluq hissi keçirdiyini bildirdi. Nazir müavini qeyd etdi ki, son illər bir çox sahələrdə olduğu kimi, təhsildə də mühüm əhəmiyyətə malik proqramlar həyata keçirilməkdədir. ölkə başçısı cənab İlham Əliyevin 16 aprel 2007-ci il tarixli 2090 nömrəli sərəncamı ilə təsdiq olunan "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" da məhz bizim yüksək biliyə malik, bacarıqlı gənclərimizin öz təhsillərini xarici ölkələrin nüfuzlu ali məktəblərində davam etdirmələrinə hərtərəfli şərait yaradır. Adıçəkilən Dövlət Proqramı 2007-ci ildən etibarən Təhsil Nazirliyi tərəfindən uğurla həyata keçirilməkdədir.

"Azərbaycan müəllimi"-75

 

O, hər bir ailənin qəzetidir

 

Naxçıvan Muxtar Respublikasından iki qocaman ziyalı ilə söhbətimizdə onların "Azərbaycan müəllimi" qəzetilə olan çoxillik əlaqəsindən bəhs olundu.

Naxçıvan MR-in əməkdar müəllimi, şair Sadıq Xanəliyev yarıməsrlik müəllimliyi dövründə "Azərbaycan müəllimi" qəzeti ilə sıx ünsiyyətdə olmuşdur. Onun şeir və məqalələri bu qəzetdə  çap olunmuş, haqqında yazılar verilmişdir. Elə üç il əvvəl - onun 70 illiyində "Azərbaycan müəllimi" qəzetində oxuculara geniş yazı təqdim olunmuşdur.  İndi Sadıq müəllim də, onun yolunu dağ kəndinin məktəbində davam etdirən oğlu Əli Xanəliyev də digər pedaqoqlar kimi bu qəzetin hər nömrəsini səbirsizliklə gözləyir və maraqla oxuyurlar.

Görüşdüyümüz ikinci ziyalı ailəliklə məktəbə, təhsilə bağlı olan insandır. Naxçıvan Dövlət Universitetinin əməkdaşı, Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü, qabaqcıl maarif xadimi, Azərbaycan Respublikasının təhsil əlaçısı, 30 il "Azərbaycan müəllimi" qəzetində ştatdankənar və bölgə müxbiri olmuş Abbas Hacıyevdir.

Abbas müəllimin dediklərindən:

-Bir il müəllim işləyib əsgəri xidmətə yollandım. Belorus Respublikasından göndərdiyim əsgər məktubları "Azərbaycan müəllimi" qəzetinin səhifələrində dərc olundu. Müxbiri olduğum hərbi dairə qəzetindən mənə müsbət xasiyyətnamə də verilmişdi.

Mirzə Xosrov Axundzadə - 120

 

Görkəmli Azərbaycan pedaqoqunun keçdiyi şərəfli yol

Mənalı həyatını Azərbaycanın ictimai, mədəni və maarif işlərinə sərf etmiş şəxsiyyətlərdən biri də görkəmli pedaqoq və şair Mirzə Xosrov Axundzadədir.  Xosrov Mirzəli oğlu Axundzadə 1889-cu il iyun ayının 13-də Şuşa şəhərində ziyalı ailəsində anadan olmuşdur.

Məktəb və pedaqoji fikir tariximizdən səhifələr

 

Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasının Azərbaycan şöbəsində aparılan sinifdənkənar tədbirlər

 

VI məqalə

 

Qori Müəllimlər Seminariyası təşkil olunarkən dövlət tədris planlarında və proqramlarında sinifdənkənar tədbirlərin keçirilməsi cüzi miqdarda nəzərdə tutulurdu. Sinifdənkənar tədbirlərin geniş miqyasda həyata keçirilməsini ilk dəfə seminariyanın mütərəqqi müəllimləri  irəli sürmüşlər.