· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 


B.e ç.a ç C.a C. Ş. B.
  1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 28 30 31

 

 

Qanlı Yanvar faciəsinin 19-cu ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını ümumxalq ziyarəti

 

Azərbaycan Prezidenti İlham Əliyev şəhidlərin əziz xatirəsini yad etmişdir

 

1990-cı il yanvarın 20-si Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri, eyni zamanda xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olmuşdur. Doğma yurdunun, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan vətənpərvər Azərbaycan oğulları həmin müdhiş gecədə canlarından keçərək şəhidlik zirvəsinə ucalmışlar. Sovet qoşunlarının Azərbaycanda törətdiyi qanlı qırğından 19 il keçməsinə baxmayaraq, xalqımız o dəhşətli günlərin ağrı-acısını unutmur, öz vətəndaşlarına divan tutan sovet imperiyasının o vaxtkı rəhbərlərinə və onların Azərbaycandakı nökərlərinə dərin nifrətini bildirir.

 

Riyakar Mixail Qorbaçov başda olmaqla Sovet İttifaqı rəhbərliyinin Azərbaycana qarşı qərəzli siyasətinə, tarixi torpaqlarımıza iddia edən erməni millətçilərinin açıq-aşkar dəstəklənməsinə və o zamankı respublika rəhbərliyinin xəyanətkar mövqeyinə etiraz əlaməti olaraq ayağa qalxmış geniş xalq kütlələrinə qarşı sovet ordusunun iri hərbi birləşmələrinin yeridilməsi Azərbaycanda, xüsusilə Bakıda misli görünməmiş faciəyə gətirib çıxardı, böyük itkilərlə, günahsız insanların ölümü ilə nəticələndi. 

 

 

 

20 Yanvar faciəsi təhsil müəssisələrində qeyd olundu

Yanvarın 19-da Azərbaycan Dillər Universitetində 20 Yanvar faciəsinin 19-cu ildönümünə həsr olunmuş tədbir keçirildi. öncə ADU-nun bir qrup müəllim-tələbə kollektivi müqəddəs Şəhidlər xiyabanını ziyarət edərək şəhidlərin, o cümlədən ADU-nun tələbəsi olmuş 20 Yanvar şəhidi ülvi Bünyadzadənin məzarı üstünə al qərənfillər qoydular. Daha sonra tədbir ADU-da yaradılmış ülvi Bünyadzadə muzey-lektoriyası önündə davam etdirildi.

Tədbiri giriş sözü ilə ADU-nun prorektoru, professor Natiq Yusifov açdı. Sonra təlim-tərbiyə işləri üzrə prorektor Ələddin Əliyev və digər çıxış edənlər Azərbaycan xalqının əsrlər boyunca azadlıq uğrunda apardığı mübarizədə minlərlə oğul və qızlarının öz canlarını Vətən uğrunda qurban verdiklərini, şəhidlik zirvəsinə ucaldıqlarını xüsusi vurğuladılar.

Sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olundu. ADU-nun fəlsəfə kafedrasının dosenti Məhəmməd Teymurlu 20 Yanvar faciəsində şəhid olmuş ülvi Bünyadzadə haqqında danışaraq sevimli tələbəsi ilə fəxr etdiyini söylədi.

Anım tədbirində Bakının 56 nömrəli məktəbinin şagirdlərinin ifasında ülvi Bünyadzadəyə həsr olunmuş seirlər səsləndirildi. öz şeirlərindən də bir neçəsini söyləyən şagirdlər ülvi Bünyadzadənin andını oxudular, onun kimi cəsarətli, Vətənini sevən bir gənc olacaqlarına and içdilər. 

Tədbirin sonunda şəhidin atası Yusif Bünyadzadə universitet rəhbərliyinə öz təşəkkürünü bildirdi, ülvi Bünyadzadə adına musey-lektoriyasının yaradılmasına görə şəxsən universitetin rektoru, professor Səməd Seyidova ailəsi adından minnətdarlığını ifadə etdi.

***

Naxçıvan Dövlət Universitetində 20 Yanvar ümumxalq hüzn günü ilə bağlı silsilə tədbirlər - elmi konfranslar, şeir müsabiqəsi, ədəbi-bədii kompozisiya, rəsm sərgisi keçirilmişdir. Silsilə tədbirlər Heydər Əliyev lektoriyasının 20 Yanvar faciəsinə həsr olunmuş məşğələsi ilə yekunlaşdı. Məşğələ iştirakçıları ilk öncə universitetin təsviri incəsənət ixtisası tələbələrinin Qanlı Yanvardan bəhs edən rəsm sərgisi ilə tanış oldular.

 

  

 

Bakı təhsili son iki ildə

çevik idarəetmə paytaxt təhsilində uğurların əsas səbəbidir

 

 Arxada qalan 2008-ci il bir çox müvəffəqiyyətlərlə, yeniliklərlə, yaddaqalan nailiyyətlərlə yekunlaşdı. ölkənin ictimai-siyasi həyatında baş verən yeniliklər, iqtisadi inkişaf cəmiyyətin gələcək taleyində mühüm rol oynayan təhsil sisteminə də bu və ya digər formada müsbət təsirini göstərdi. Təhsilin inkişaf dinamikası bu sahədə aparılan islahatların özünü doğrultduğunu bir daha sübut etdi. Təhsil islahatının ardıcıllıqla və düşünülmüş konsepsiya əsasında həyata keçirilməsi, dünya təhsil sisteminə tədrici inteqrasiya öz bəhrəsini verməyə başladı. Əlbəttə, məktəbdən başlayan təhsil sistemi, ilk növbədə, bu pillənin yeniləşməsini, aparılan islahatların müsbət və dinamik sonluğunu tələb edirdi. Görülən və görüləsi işlərin, həyata keçirilən tədbirlərin hansı nəticələr verdiyini bir daha müəyyən etmək hamı üçün maraqlıdır. 

 

NDU-da ötən ilin yekunları və qarşıda duran vəzifələr müzakirə olundu

Naxçıvan Dövlət Universitetində üçüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin altıncı sessiyası və universitetin qarşısında duran vəzifələrə həsr olunmuş yığıncaq keçirildi. Rektor, akademik İsa Həbibbəyli "üçüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin altıncı sessiyası ilə əlaqədar NDU-da ilin yekunları və qarşıda duran vəzifələr" barədə məruzə etdi.  Rektor bildirdi ki, Ali Məclisin növbəti sessiyasında ölkədə keçirilən prezident seçkilərində ümummilli lider Heydər Əliyevin siyasi kursunun layiqli varisi İlham Əliyevin yekdilliklə Prezident seçilməsi 2008-ci ilin ən böyük hadisəsi kimi dəyərləndirilmişdir.

"İnnovativ müəllimlər" müsabiqəsi  iştirakçılarının nəzərinə!

Qəzetimizin ötən nömrəsində xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyilə "Microsoft Azərbaycan" şirkəti Azərbaycanda "İnnovativ müəllimlər" müsabiqəsini elan edib. Müsabiqə Təhsil Nazirliyinin həmin korporasiya ilə təhsil sahəsində uzunmüddətli əməkdaşlığının tərkib hissəsidir və "2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı"na uyğun olaraq keçirilir.

Müsabiqədə məqsəd orta məktəblərdə ən yaxşı innovasiya üsulları tətbiq edən müəllimləri seçməkdir. Müsabiqə "Məzmunda innovasiyalar" və "Tərəfdaşlıqda innovasiyalar" olmaqla iki nominasiya üzrə təşkil olunub.

British Council-in Azərbaycanda yeni layihəsi - 12

Müəllimlərin, şagirdlərin və ingilis dilini öyrənənlərin nəzərinə!

Xarici dilin öyrənilməsi sahəsində tam yeni və orijinal metodologiya!