· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

 

Layihə

 

Azərbaycan Respublikasının ümumtəhsil məktəbləri üçün

Ana dili fənni kurikulumu (V-XI siniflər)

 

Təhsil pillələri üzrə təlim nəticələri

Əsas təhsil pilləsində məzmun xətləri üzrə təlim nəticələri

 

   1. Dinləyib-anlama və danışma

    Şagird:

* danışanın fikrinə münasibət bildirir;

* dil vahidlərindən məqsədyönlü istifadə etməklə müxtəlif tipli və formalı mətnlər qurur;

* fikrini inandırıcı etmək üçün fakt və hadisələrdən istifadə edir;

* nitqini uyğun səs tonu, intonasiya, ritm, jest və mimikalarla tənzimləyir.

 

     2. Oxu

      Şagird:

* tanış olmayan söz və ifadələrin kontekstə uyğun mənasını şərh edir;

* verilmiş mətni düzgün və ifadəli oxuyur;

* mətnin hissələrini (giriş, əsas hissə, nəticə), abzasları, cümlələri, onlar arasında bağlama vasitələrini müəyyən edir;

* oxuduğu mətni məzmununa görə təhlil edir.

 

    3. Yazı

     Şagird:

* mənbələrdən istifadə etməklə irəli sürülmüş problemlə bağlı müxtəlif tipli (nəqli, təsviri, mühakimə) və formalı (inşa, hekayə, esse) rabitəli mətnlər qurur; 

* ilkin əlyazma (qaralama) üzərində işləməklə onu təkmilləşdirir; 

* əməli yazılar (ərizə, tərcümeyi-hal, elan, məktub, teleqram, izahat, arayış, protokol, hesabat, akt) yazır.

 

    4. Dil qaydaları

     Şagird: 

* zəruri fonetik, leksik, qrammatik anlayışları izah edir, bir-birindən fərqləndirir, mülahizələrini müxtəlif üsullarla əsaslandırır və təqdim edir;

* sözləri leksik, qrammatik mənalarına görə izah edir, müxtəlif sintaktik vəzifələrdə işlədir;  

* cümlələrdə durğu işarəsi qaydalarından istifadə edir;

* müxtəlif dil vahidlərinin yazılış qaydalarına əməl edir.

 

Orta təhsil pilləsində məzmun xətləri üzrə təlim nəticələri

 

 1. Dinləyib-anlama və danışma

  Şagird:

* dinlədiyi və KİV-dən (Kütləvi İnformasiya Vasitələri) aldığı müxtəlif məlumatlara münasibət bildirir;  

* auditoriyanın marağına uyğun üslub seçir, qoyulmuş problem ətrafında müzakirə açır;

* mənbələrə istinad etməklə fikrini əsaslandırır;

* yardımçı nitq vasitələrindən istifadə etməklə danışır.

 

    2. Oxu

   Şagird:

* öyrəndiyi söz və ifadələri üslubi xüsusiyyətlərinə görə izah edir;

* söz və ifadələrə əsasən oxuduğu mətnləri üslubi xüsusiyyətlərinə görə müqayisə edir, qiymətləndirir;

* mətnin hissələrini (giriş, əsas hissə, nəticə), abzasları, cümlələri, onlar arasında bağlama vasitələrini təhlil etməklə məzmunun aydın ifadə olunmasına təsirini izah edir. 

 

   3. Yazı

   Şagird:

* təqdim olunmuş mövzuya uyğun üslub seçməklə fikirlərini yazılı şərh edir, layihələr, ssenarilər hazırlayır;

* üslubi tələblər baxımından özünün və başqasının yazısını təkmilləşdirir;

* müzakirə, görüş, diskussiya və s. tədbirlərin təşkili və keçirilməsi məqsədi ilə yazılı rəy, məruzə, referat, təqdimat hazırlayaraq səmərəli əməkdaşlıq nümayiş etdirir.

 

    4. Dil qaydaları

     Şagird:

* türk dilləri ailəsinə daxil olan bir dil kimi Azərbaycan dilinin xüsusiyyətlərini şərh edir;

* qrammatik-semantik xüsusiyyətlərini gözləməklə sözlərdən üslubi imkanlarına görə istifadə edir;

* nitqin düzgünlüyünü və ifadəliliyini təmin edən durğu işarələrindən istifadə edir;

* mətnin tərtibatına və üslubuna uyğun düzgün yazı bacarıqları nümayiş etdirir.

 

Siniflər üzrə məzmun standartları

 

V SİNİF

 

 V sinfin sonunda şagird:

* dinlədiyi məlumatlarda əsas faktları müəyyənləşdirir;

* dediyi fikri fakt və nümunələrlə əsaslandırır;

* lüğətdən istifadə etməklə tanış olmayan  sözlərin  mənasını  müəyyənləşdirir;

* mətni tələffüz qaydalarına uyğun oxuyur;

* mətndəki əsas fikri müəyyənləşdirir;

* mövzu ilə bağlı topladığı materialları ümumiləşdirir;

* mətnin tərkib hissələrini fərqləndirir;

* müxtəlif əməli yazılar (ərizə, tərcümeyi-hal) yazır;

* cümlənin məqsəd və intonasiyaya görə növləri, sözün səs tərkibi, semantikası və yaranma üsullarına aid xüsusiyyətləri mənimsədiyini nümayiş etdirir;

* sait və samitlərin, mürəkkəb sözlərin yazılış qaydalarına əməl edir, cümlənin sonunda və dialoqlarda durğu işarələrini tətbiq edir.

 

Məzmun xətləri üzrə əsas və alt-standartlar

 

1. Dinləyib-anlama və danışma

Şagird:

1.1.      Dinlədiyi fikri anladığını nümayiş etdirir.

1.1.1.   Danışanın fikrini verdiyi suallar əsasında aydınlaşdırır.

1.1.2.   Dinlədiyi məlumatlardakı əsas faktları seçir.

1.2.      Şifahi nitq bacarıqları nümayiş etdirir.

1.2.1.   Deyəcəyi fikrə müvafiq ifadə forması seçir.

1.2.2.   Fikirlərini konkret fakt və nümunələrlə əsaslandırır.

1.2.3.   Danışarkən mimika və jestlərdən yerli-yerində istifadə edir.

1.2.4.   Hər hansı fakt və hadisə ilə bağlı fikir bildirir.

 

    2. Oxu

    Şagird:

2.1.      Mətndə tanış olmayan sözləri mənimsədiyini nümayiş etdirir.

2.1.1.   Lüğətlərdən istifadə etməklə tanış olmadığı sözlərin mənasını müəyyənləşdirir.

2.1.2.   Sözün həqiqi və ya məcazi mənada işləndiyini müəyyənləşdirir.

2.2.      Mətnin məzmun və strukturunu mənimsədiyini nümayiş etdirir.

2.2.1.   Tələffüz qaydalarını gözləməklə mətni düzgün oxuyur.

2.2.2.   Mətnin tərkib hissələrini fərqləndirir.

2.2.3.   Mətndəki əsas fikri müəyyənləşdirir.

 

       3. Yazı

       Şagird:

3.1.      Rabitəli yazı vərdişlərinə yiyələndiyini nümayiş etdirir.

3.1.1.   Müxtəlif yazı formalarını fərqləndirir.

3.1.2.   Mövzu ilə bağlı topladığı materiallar əsasında mətn hazırlayır.

3.1.3.   Mətnin tərkib hissələrini (giriş, əsas hissə və nəticə) əlaqələndirir.

3.1.4.   Müxtəlif əməli yazılar (ərizə, tərcümeyi-hal) yazır.

 

       4. Dil qaydaları

       Şagird:

4.1.      Dil qaydalarını mənimsədiyini nümayiş etdirir.

4.1.1.   Cümləni məqsəd və intonasiyaya görə növlərinə ayırır.

4.1.2.   Sözün səs tərkibini, semantik xüsusiyyətlərini və yaranma üsullarını izah edir.

4.1.3.   Cümlənin sonunda və dialoqlarda durğu işarələrindən məqsədyönlü istifadə edir.

4.1.4.   Sait və samitlərin, mürəkkəb sözlərin yazılış qaydalarına əməl edir.

 

VI SİNİF

 

 VI sinfin sonunda şagird:

* dinlədiyi məlumatları ümumiləşdirir;

* problemlə bağlı mülahizələrini bildirir;

* mətndəki tanış olmayan sözlərin mənasını şərh edir;

* fikir və mülahizələrə münasibət bildirir;

* müxtəlif yazı formalarını (inşa, esse, hekayə) fərqləndirir;

* müxtəlif əməli yazılar (elan, məktub) yazır;

* sözün qrammatik mənasını, cümlənin qrammatik əsasını müəyyənləşdirir;

* müvafiq durğu işarələrindən düzgün istifadə edir və əsas nitq hissələrinin yazılışı ilə bağlı qaydalara əməl edir.

 

Məzmun xətləri üzrə əsas və alt-standartlar

 

 1. Dinləyib-anlama və danışma

  Şagird:

1.1.      Dinlədiyi fikri anladığını nümayiş etdirir.

1.1.1.   Danışanın şifahi və qeyri-şifahi məlumatlarına əsasən onun məqsədini (məqsədlərini) şərh edir.

1.1.2.   Dinlədiyi məlumatı yığcam şəkildə ümumiləşdirir.

1.2.      Şifahi nitq bacarıqları nümayiş etdirir.

1.2.1.   Şifahi məlumat üçün əsas fikrin təqdim etmə formasını və yanaşma tərzini müəyyənləşdirir.

1.2.2.   Dinləyən şəxsin əsas fikri və anlayışları başa düşməsinə kömək etmək üçün mühüm məqamları vurğulayır.

1.2.3.   Nitqində intonasiya və ritmdən düzgün istifadə edir.

1.2.4.   Problemlə bağlı mülahizələrini söyləyir.

 

            2. Oxu

            Şagird:

2.1.      Mətndə tanış olmayan sözləri mənimsədiyini nümayiş etdirir.

2.1.1.   Lüğətlərdən istifadə etməklə tanış olmadığı sözlərin mənasını şərh edir.

2.1.2.   Sözləri həqiqi və məcazi mənada işlənməsinə görə fərqləndirir. 

2.2.      Mətnin məzmun və strukturunu mənimsədiyini nümayiş etdirir.

2.2.1.   Mətndəki əsas fikri nəzərə çarpdırmaq məqsədi ilə mühüm məqamları vurğulayır.

2.2.2.   Mətni tərkib hissələrinə ayırır.

2.2.3.   Mətndəki fikir və mülahizələrə münasibət bildirir.

 

            3. Yazı

            Şagird:

3.1.      Rabitəli yazı vərdişlərinə yiyələndiyini nümayiş etdirir.

3.1.1.   Müxtəlif yazı tiplərini fərqləndirir.

3.1.2.   Mətni mövzuya uyğun fakt və hadisələrlə zənginləşdirir.

3.1.3.   Mətnin hissələrini, abzaslarını əlaqələndirir.

3.1.4.   Müxtəlif əməli yazılar (elan, məktub) yazır.

 

            4. Dil qaydaları

            Şagird:

4.1.      Dil qaydalarını mənimsədiyini nümayiş etdirir.

4.1.1.   Cümlənin qrammatik əsasını müəyyənləşdirir.

4.1.2.   Sözün qrammatik mənasını kontekstə uyğun izah edir.

4.1.3.   O, bu əvəzliklərindən sonra vergüldən düzgün istifadə edir.

4.1.4.   Əsas nitq hissələrinin yazılışı ilə bağlı qaydalara əməl edir.

 

VII SİNİF

 

 VII sinfin sonunda şagird:

* dinlədiyi fikirlərə münasibət bildirir;

* mətndəki tanış olmayan sözlərin kontekstə uyğun mənasını dəqiqləşdirir;

* səs tonu, temp və fasiləni gözləməklə mətni oxuyur;

* fikir və mülahizələrini əsaslandırır;

* plan əsasında mətnlər yazır;

* müxtəlif əməli yazılar (teleqram, izahat) yazır;

* ümumi qrammatik mənasına görə sözləri, quruluşuna görə cümlələri fərqləndirir;

* nitq hissələrinin yazılışı və durğu işarələrindən istifadə qaydalarına əməl edir.

 

Məzmun xətləri üzrə əsas və alt-standartlar

 

1. Dinləyib-anlama və danışma

 Şagird:

1.1.      Dinlədiyi fikri anladığını nümayiş etdirir.

1.1.1.   Şifahi məlumatda ton, əhvali-ruhiyyə və emosiyanı müəyyən edir.

1.1.2.   Dinlədiyi fikrin inandırıcı olub-olmamasını əsaslandırır.

1.2.      Şifahi nitq bacarıqları nümayiş etdirir.

1.2.1.   Fikrini müxtəlif formalarda ifadə edir.

1.2.2.   Fikrini məntiqi ardıcıllıqla ifadə edir.

1.2.3.   Nitqində müxtəlif səs çalarlarından istifadə edir.

1.2.4.   Müzakirələrdə deyilmiş müxtəlif fikirlərə münasibət bildirir.

 

            2. Oxu

            Şagird:

2.1.      Mətndə tanış olmayan sözləri mənimsədiyini nümayiş etdirir.

2.1.1.   Tanış olmadığı sözlərin kontekstə uyğun mənasını dəqiqləşdirir.

2.1.2.   Mətndəki sözlərin həqiqi və ya məcazi mənada işləndiyini izah edir.

2.2.      Mətnin məzmun və strukturunu mənimsədiyini nümayiş etdirir.

2.2.1.   Səs tonu, temp və fasiləni gözləməklə mətni oxuyur.

2.2.2.   Mətnin tərkib hissələri arasındakı əlaqəni müəyyənləşdirir.

2.2.3.   Mətndəki fikrə münasibətini əlavə faktlarla əsaslandırır.

 

            3. Yazı

            Şagird:

3.1.      Rabitəli yazı vərdişlərinə yiyələndiyini nümayiş etdirir.

3.1.1.   Verilmiş mövzunu müxtəlif yazı formalarında (inşa, esse, hekayə) ifadə edir.

3.1.2.   Topladığı fakt və hadisələrə münasibət bildirməklə mətni zənginləşdirir.

3.1.3.   Qurduğu plan əsasında mətnin hissələrini məntiqi cəhətdən əlaqələndirir.

3.1.4.   Müxtəlif əməli yazılar (teleqram, izahat) yazır.

 

            4. Dil qaydaları

            Şagird:

4.1.      Dil qaydalarını mənimsədiyini nümayiş etdirir.

4.1.1.   Cümlələri quruluşuna görə fərqləndirir.

4.1.2.   Sözləri ümumi qrammatik mənalarına görə fərqləndirir.

4.1.3.   Köməkçi nitq hissələrinin işlənmə məqamından asılı olaraq  durğu işarələrindən istifadə edir.

4.1.4.   Nitq hissələrinin yazılışı ilə bağlı qaydalara əməl edir.

 

VIII SİNİF

 

 VIII sinfin sonunda şagird:

* dinlədiyi fikrin məntiqiliyini əsaslandırır;

* müxtəlif mövqeli fikirləri ümumiləşdirir;

* mətndəki tanış olmayan söz və ifadələrin mənasını şərh edir;

* hissələri arasında əlaqələri gözləməklə mətni oxuyur;

* mətndəki fakt və hadisələri real həyatla əlaqələndirir;

* müxtəlif tipli (nəqli, təsviri, mühakimə) yazılar yazır;

* müxtəlif əməli yazılar (arayış, protokol) yazır;

* sözün sintaktik vəzifəsini və sadə cümlənin növünü müəyyənləşdirir;

* cümlədə durğu işarəsi və orfoqrafiya qaydalarına əməl edir.

 

Məzmun xətləri üzrə əsas və alt-standartlar

 

     1. Dinləyib-anlama və danışma

       Şagird:

1.1.      Dinlədiyi fikri anladığını nümayiş etdirir.

1.1.1.   Suallar verməklə dinlədiyi fakt və hadisələr barədə özünün fikir və mülahizələrini dəqiqləşdirir.

1.1.2.   Dinlədiyi fikrin məntiqiliyini əsaslandırır.

1.2.      Şifahi nitq bacarıqları nümayiş etdirir.

1.2.1.   Auditoriyanın səviyyəsinə uyğun ifadə forması seçir.

1.2.2.   Əlavə materiallardan istifadə etməklə nitqini zənginləşdirir.

1.2.3.   Nitq etiketlərindən məqamında istifadə edir.

1.2.4.   Müzakirələrdə deyilmiş müxtəlif mövqeli fikirləri ümumiləşdirir.

 

            2. Oxu

            Şagird:

2.1.      Mətndə tanış olmayan sözləri mənimsədiyini nümayiş etdirir.

2.1.1.   Tanış olmadığı söz və ifadələrin mənasını müvafiq qarşılığını tapmaqla  şərh edir.

2.1.2.   Həqiqi və məcazi mənalı söz və ifadələrin mənasını nümunələrlə şərh edir.

2.2.      Mətnin məzmun və strukturunu mənimsədiyini nümayiş etdirir.

2.2.1.   Söz sırasını, cümlələr və abzaslar arasında əlaqəni gözləməklə mətni oxuyur.

2.2.2.   Mətnin hissələri arasında əlaqəni şərh edir.

2.2.3.   Mətndəki fakt və hadisələri real həyatla müqayisə edir.

 

            3. Yazı

            Şagird:

3.1.      Rabitəli yazı vərdişlərinə yiyələndiyini nümayiş etdirir.

3.1.1.   Mövzuya uyğun müxtəlif tipli (nəqli, təsviri, mühakimə) mətnlər yazır.

3.1.2.   Sitatlardan istifadə etməklə fikir və mülahizələrini qüvvətləndirir.

3.1.3.   Mətnin hissələri, abzaslar və cümlələr arasında əlaqəni gözləməklə yazıya düzəlişlər edir.

3.1.4.   Müxtəlif əməli yazılar (arayış, protokol) yazır.

 

            4. Dil qaydaları

            Şagird:

4.1.      Dil qaydalarını mənimsədiyini nümayiş etdirir.

4.1.1.   Sadə cümlənin növlərini fərqləndirir.

4.1.2.   Sözün sintaktik vəzifəsini müəyyən edir.

4.1.3.   Həmcins üzvlər, əlavələr, xitab və ara sözlərlə bağlı durğu işarələrindən istifadə edir.

4.1.4.   Həmcins üzvlərdə şəkilçilərin yazılış qaydalarına əməl edir.

 

IX SİNİF

 

 IX sinfin sonunda şagird:

* dinlədiyi fikirlərə münasibət bildirir və onları ümumiləşdirilmiş şəkildə təqdim edir;

* tanış olmayan söz və ifadələrin kontekstə uyğun mənasını şərh edir;

* mətni müvafiq intonasiya ilə oxuyur;

* irəli sürülmüş əsas fikirləri dəyərləndirir;

* müxtəlif xarakterli və formalı yazılar yazır, təkmilləşdirir;

* müxtəlif əməli yazılar (hesabat, akt) yazır;

* sözləri müxtəlif sintaktik vəzifələrdə işlədir, mürəkkəb cümlənin növlərini müəyyənləşdirir;

* mürəkkəb cümlədə, vasitəsiz nitqdə durğu işarələrindən istifadə edir;

* orfoqrafiya qaydalarına əməl edir.

 

Məzmun xətləri üzrə əsas və alt-standartlar

 

 1. Dinləyib-anlama və danışma

  Şagird:

1.1.      Dinlədiyi fikri anladığını nümayiş etdirir.

1.1.1.   Danışanın mövzuya münasibətini müəyyən etmək üçün tədqiqat xarakterli suallar verir.

1.1.2.   Dinlədiyi fikirlərə münasibət bildirir.

1.2.      Şifahi nitq bacarıqları nümayiş etdirir.

1.2.1.   Dil vahidlərindən məqsədyönlü istifadə etməklə müxtəlif formalı mətnlər qurur.

1.2.2.   Müxtəlif tipli rabitəli nitq nümunələri qurur.

1.2.3.   Nitq prosesində danışığı (səs seçimi, səsin ucalığı, hiss, ton) ilə ifadə tərzi (poza, jest, mimika) arasında əlaqə yaradır.

1.2.4.   ümumiləşmiş fikirləri yığcam şəkildə təqdim edir.

 

            2. Oxu

            Şagird:

2.1.      Mətndə tanış olmayan sözləri mənimsədiyini nümayiş etdirir.

2.1.1.   Tanış olmayan söz və ifadələrin kontekstə uyğun mənasını şərh edir.

2.1.2.   Həqiqi və məcazi mənalı söz və ifadələrin mənasını kontekstə uyğun dəqiqləşdirməklə şərh edir.

2.2.      Mətnin məzmun və strukturunu mənimsədiyini nümayiş etdirir.

2.2.1.   Mətni düzgün  intonasiya ilə oxuyur.

2.2.2.   Tərkib hissələri arasında əlaqəni gözləməklə mətni genişləndirir.

2.2.3.   Mətndə irəli sürülmüş fikirləri dəyərləndirir.

 

            3. Yazı

            Şagird:

3.1.      Rabitəli yazı vərdişlərinə yiyələndiyini nümayiş etdirir.

3.1.1.   Verilmiş mövzuya uyğun müxtəlif xarakterli və formalı  mətnlər yazır.

3.1.2.   Formalaşmış fikir və mülahizələrini həyat hadisələri ilə əlaqələndirərək əsaslandırır.

3.1.3.   Mətnin hissələri, abzaslar və cümlələr arasında əlaqəni gözləməklə özünün və başqasının yazısını təkmilləşdirir.

3.1.4.   Müxtəlif əməli yazılar (hesabat, akt) yazır.

 

            4. Dil qaydaları

            Şagird:

4.1.      Dil qaydalarını mənimsədiyini nümayiş etdirir.

4.1.1.   Mürəkkəb cümlənin növlərini fərqləndirir.

4.1.2.   Sözləri müxtəlif sintaktik vəzifələrdə işlədir.

4.1.3.   Mürəkkəb cümlədə,  vasitəsiz nitqdə durğu işarələrindən istifadə edir.

4.1.4.   Dialoqlarda və vasitəsiz nitqdə sözlərin böyük və kiçik hərflərlə yazılış qaydalarına əməl edir.

 

X SİNİF

 

 X sinfin sonunda şagird:

* dinlədiyi və KİV-dən aldığı məlumatları təqdim edilmə formalarına görə fərqləndirir;

* müxtəlif mülahizələri dəyərləndirməklə təqdimatlar hazırlayır;

* mətndəki söz və ifadələri üslubi xüsusiyyətlərinə görə fərqləndirir;

* mətni ədəbi dil normalarına uyğun oxuyur;

* mətni tezislər və xülasə şəklində ifadə edir;

* müxtəlif mülahizələrin müqayisəsinə əsaslanan mətnlər yazır;

* müxtəlif əməli yazılar (rəy, məruzə) yazır;

* sözlərdən və cümlələrdən ədəbi dil normalarına uyğun istifadə edir;

* mətnin tərtibat formasını nəzərə almaqla durğu işarəsi və orfoqrafiya qaydalarına əməl edir.

 

Məzmun xətləri üzrə əsas və alt-standartlar

 

 1. Dinləyib-anlama və danışma

 Şagird:

1.1.      Dinlədiyi fikri dəyərləndirir.

1.1.1.   Dinlədiyi və KİV-dən aldığı məlumatlarda yol verilmiş məntiqi  nöqsanları müəyyən edir.

1.1.2.   Dinlədiyi və KİV-dən aldığı məlumatları təqdim edilmə formalarına görə fərqləndirir.

1.2.      Şifahi nitq bacarıqları nümayiş etdirir.

1.2.1.   İfadə edəcəyi fikrə uyğun üslub seçir.

1.2.2.   Müfəssəl faktlardan, əyani vəsaitlərdən, müvafiq KİV-dən istifadə etməklə fikrini əsaslandırır.

1.2.3.   Fakt və sitatlardan istifadə etməklə nitqini zənginləşdirir.

1.2.4.   Müzakirələrdə söylənilmiş mülahizələri dəyərləndirməklə təqdimatlar hazırlayır.

 

            2. Oxu

            Şagird:

2.1.      Mətndə tanış olmayan sözləri mənimsədiyini nümayiş etdirir.

2.1.1.   Mətndəki söz və ifadələri üslubi xüsusiyyətinə görə fərqləndirir.

2.1.2.   Söz və ifadələrə əsasən oxuduğu mətnin üslubunu müəyyənləşdirir.

2.2.      Mətnin məzmun və strukturunu mənimsədiyini nümayiş etdirir.

2.2.1.   Mətni ədəbi dilin normalarına uyğun oxuyur.

2.2.2.   Mətnin hissələrini tezislər şəklində ifadə edir.

2.2.3.   Mətnin məzmununu xülasə şəklində ifadə edir.

 

            3. Yazı

            Şagird:

3.1.      Rabitəli yazı vərdişlərinə yiyələndiyini nümayiş etdirir.

3.1.1.   Mövzuya uyğun üslub seçir.

3.1.2.   Mövzu ilə bağlı müxtəlif mülahizələri müqayisə etməklə mətni formalaşdırır.

3.1.3.   Mətnin üslubu üzərində işləməklə yazıya düzəlişlər edir.

3.1.4.   Müxtəlif əməli yazılar (rəy, məruzə) yazır.

 

            4. Dil qaydaları

            Şagird:

4.1.      Dil qaydalarını mənimsədiyini nümayiş etdirir.

4.1.1.   Ədəbi dilin normalarına uyğun müxtəlif cümlə konstruksiyaları qurur.

4.1.2.   Sözün qrammatik-məna xüsusiyyətlərini gözləməklə ədəbi dil normalarına riayət edir.

4.1.3.   Müxtəlif cümlə konstruksiyalarında durğu işarələrindən istifadə edir.

4.1.4.   Mətnin tərtibatı zamanı müxtəlif yazılış formalarından istifadə edir.

 

XI SİNİF

 

 XI sinfin sonunda şagird:

* dinlədiyi və KİV-dən aldığı məlumatlara münasibət bildirir;

* fikrini müxtəlif üslublarda ifadə edir və əsaslandırılmış təqdimatlar hazırlayır;

* söz və ifadələrin üslubi xüsusiyyətlərini izah edir, müxtəlif üslublu mətnləri düzgün oxuyur;

* mətnin məzmununa əlavələr etməklə genişləndirir;

* fərqli yanaşmalara və şəxsi düşüncələrə əsaslanan müxtəlif üslublu mətnlər yazır, təkmilləşdirir;

* müxtəlif əməli yazılar (referat, təqdimat) yazır;

* sözlərdən və müxtəlif cümlə konstruksiyalarından üslubi imkanlarına görə istifadə edir;

* yazıda durğu işarəsi və orfoqrafiya qaydalarına əməl edir.

 

Məzmun xətləri üzrə əsas və alt-standartlar

 

 1. Dinləyib-anlama və danışma

  Şagird:

1.1.      Dinlədiyi fikri dəyərləndirir.

1.1.1.   Dinlədiyi və KİV-dən aldığı  məlumatları təhlil edir.

1.1.2.   Dinlədiyi və KİV-dən aldığı məlumatlara münasibət bildirir.

1.2.      Şifahi nitq bacarıqları nümayiş etdirir.

1.2.1.   Fikrini müxtəlif üslublarda ifadə edir.

1.2.2.   Əsaslandırılmış fikir və mülahizələr söyləyir. 

1.2.3.   Yardımçı vasitələrdən istifadə etməklə müxtəlif nitq nümunələri qurur.

1.2.4.   Problemlə bağlı fakt və dəlillərlə əsaslandırılmış təqdimatlar edir.

 

            2. Oxu

            Şagird:

2.1.      Mətndə tanış olmayan sözləri mənimsədiyini nümayiş etdirir.

2.1.1.   öyrəndiyi söz və ifadələrin üslubi xüsusiyyətlərini izah edir.

2.1.2.   Söz və ifadələrə əsasən oxuduğu mətnləri üslubi xüsusiyyətlərinə görə müqayisə edir, qiymətləndirir.

2.2.      Mətnin məzmun və strukturunu mənimsədiyini nümayiş etdirir.

2.2.1.   üslubi xüsusiyyətlərini nəzərə almaqla mətni oxuyur.

2.2.2.   Mətnin məzmununu saxlamaqla strukturunu dəyişir.

2.2.3.   Mətni məzmununa əlavələr etməklə genişləndirir.

 

            3. Yazı

            Şagird:

3.1.      Rabitəli yazı vərdişlərinə yiyələndiyini nümayiş etdirir.

3.1.1.   üslubi xüsusiyyətləri gözləməklə müxtəlif mətnlər yazır.

3.1.2.   Müxtəlif yanaşmalara və şəxsi düşüncələrə istinadən əsaslandırılmış mətnlər qurur.

3.1.3.   Mətni üslubi və struktur cəhətdən təkmilləşdirir. 

3.1.4.   Müxtəlif əməli yazılar (referat, təqdimat) yazır.

 

            4. Dil qaydaları

            Şagird:

4.1.      Dil qaydalarını mənimsədiyini nümayiş etdirir.

4.1.1.   Müxtəlif cümlə konstruksiyalarından məqsədyönlü istifadə edir.

4.1.2.   Qrammatik-semantik xüsusiyyətlərini gözləməklə sözlərdən üslubi imkanlarına görə istifadə edir.

4.1.3.   Nitqin düzgünlüyü və ifadəliliyini təmin edən durğu işarələrindən məqsədyönlü istifadə edir.

4.1.4.   üslubi çalarlarından asılı olaraq sözləri böyük və kiçik hərflərlə yazır.

 

(ardı var)