Ana səhifə

Rəsmi

Heydər Əliyev Fondu

Əmrlər, sərəncamlar

Təhsil Nazirliyində

Xəbərlər

Pedaqoji yazılar

Məktəblərimiz


Bizimlə əlaqə

 

   

 

Naxçıvan şəhərində şahmat mərkəzi istifadəyə verilib

 

 Avqustun 3-də Prezident İlham Əliyev Naxçıvan şəhərində yeni inşa olunmuş Şahmat Mərkəzinin açılışında iştirak etmişdir.

Mərasimə toplaşanlar dövlətimizin başçısını və xanımını hərarətlə qarşıladılar.

Prezident İlham Əliyev açılışı bildirən lenti kəsdi, bina ilə tanış oldu.

Dövlətimizin başçısına məlumat verildi ki, inşasına 2007-ci ilin sentyabrında başlanılan bina üçmərtəbəlidir. Tikintinin ümumi ərazisi 1,2 hektar, binanın sahəsi isə 4254 kvadratmetrə bərabərdir. Ən müasir avadanlıqla təchiz edilmiş mərkəzdə 192 və 54 tamaşaçı yeri olan iki beynəlxalq yarış salonu, 6 sinif otağı və kompüter otağı vardır.

Böyük yarış salonundakı 65 şahmat masasından 12-si İnternetə qoşulmuşdur. Həmin masalarda aparılan şahmat oyunlarını mərkəzin İnternet saytına daxil olaraq izləmək mümkündür. Bundan əlavə, salonda quraşdırılan monitorlar vasitəsilə beynəlxalq yarışların videoyazısını izləmək olar. Kiçik yarış salonunda isə 25 masa vardır.

Hazırda mərkəzdə 600 şagird şahmatın sirlərinə yiyələnir. Onların təlimi ilə 15 müəllim məşğul olur. Bildirilmişdir ki, Naxçıvanda şahmat məktəbi 1982-ci ildə yaradılmışdır. Uzun illər köhnə binada fəaliyyət göstərmiş Naxçıvan şahmat məktəbinin yeni bina ilə təmin olunması burada dərslərin daha mükəmməl formada təşkilinə imkan yaradacaqdır. Mərkəzin şagirdləri müxtəlif vaxtlarda beynəlxalq və yerli yarışlarda uğurlu nəticələr qazanmışlar. 2002-ci ildə Bakıda, sonra Batumidə keçirilən yarışlarda mərkəzin yetirmələri fərqləniblər. 2003-cü ildə 20 yaşlı şahmatçılar arasında dünya çempionatında mərkəzin iki yetirməsi iştirak etmişdir. Avropa məktəblilərinin Kiprdə keçirilən şahmat festivalında mərkəzin nümayəndəsi birinci mükafata layiq görülmüşdür.

Binanın zirzəmisində kompüter təlim-tədris və İnternet mərkəzi də fəaliyyət göstərir. Mərkəzin Culfa və Şərur rayonlarında filialları yaradılmışdır. Burada kompüterlərə texniki servis xidmətləri də göstərilir.

Binanın ətrafı abadlaşdırılmış, ağac və gül kolları əkilmiş, müasir işıqlandırma sistemi quraşdırılmışdır. 

 

AzərTAc

 

 

 

 

Naxçıvan Muxtar Respublikasının sosial və iqtisadi

inkişafında xidmətləri olan şəxslərin təltif edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Naxçıvan Muxtar Respublikasının sosial və iqtisadi inkişafında böyük xidmətlərinə görə aşağıdakı şəxslər təltif edilsinlər:

 

"Şərəf" ordeni ilə

Həbibbəyli İsa Əkbər oğlu

 

"Şöhrət" ordeni ilə

Vəliyev Sadıq Hüseynəli oğlu

 

"Tərəqqi" medalı ilə

Abbasov Vüqar Zakir oğlu

Abdullayev İsa Əli oğlu

Hacızadə Xuraman Abdulla qızı

Hümbətov Rəsul Həsən oğlu

Xəlilova Əsmər Həmid qızı

Qədirzadə Hacıqadir İbrahim oğlu

Mustafayev Hacıəkbər Abbas oğlu

 

"Vətən uğrunda" medalı ilə

Əliyev Rasim Məmmədəli oğlu

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 3 avqust 2009-cu il.

 

 

 

 

 

 

Naxçıvan Muxtar Respublikasının sosial və iqtisadi

inkişafında xidmətləri olan şəxslərə fəxri adların verilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Naxçıvan Muxtar Respublikasının sosial və iqtisadi inkişafında xidmətləri olan şəxslərə aşağıdakı fəxri adlar verilsin:

 

"Azərbaycan Respublikasının

xalq artisti"

Axundov çingiz Məmməd oğlu

 

"Azərbaycan Respublikasının

əməkdar elm xadimi"

Hacıyev İsmayıl Muxtar oğlu

Talıbov Tariyel Hüseynəli oğlu

 

"Azərbaycan Respublikasının

əməkdar müəllimi"

Camalov Kamal Həsən oğlu

Quliyev Əbülfəz Aman oğlu

Nəcəfova Zərifə Əli qızı

Rzayev Məmməd Hüseyn oğlu

 

"Azərbaycan Respublikasının

əməkdar həkimi"

Rəhimov Rəhim Nəcəf oğlu

 

"Azərbaycan Respublikasının

əməkdar rəssamı"

Həmzəyeva ülviyyə Tapdıq qızı

 

"Azərbaycan Respublikasının

əməkdar mühəndisi"

Mustafayev Nemət Nəriman oğlu

 

"Azərbaycan Respublikasının

əməkdar mədəniyyət işçisi"

Babayev Yusif İmran oğlu

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 3 avqust 2009-cu il.