· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

 


B.e ç.a ç C.a C. Ş. B.
   1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30        
 

 

Texniki peşə təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi ilə əlaqədar əlavə tədbirlər barədə

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

ölkənin dinamik inkişaf edən iqtisadiyyatının müvafiq kadrlara olan ehtiyacının ödənilməsində texniki peşə təhsili mühüm rol oynayır. Bu sahəyə yönəlmiş tədbirlərin həyata keçirilməsinin vacibliyi son illərdə qəbul edilmiş bir sıra dövlət proqramlarında öz əksini tapmışdır.

Hazırda respublikada 108 texniki peşə təhsili müəssisəsi mövcuddur. Respublikanın peşə məktəbi və peşə liseylərində 130 peşə üzrə 25 mindən artıq şagird təhsil alır.

 

 

 

TİMS bazasına daxil olan məlumatlar dərs ili ərzində daim yeniləşdirilib

 

ötən tədris ilində təhsilin idarəolunmasının məlumat sistemləri (TİMS) şöbəsi tərəfindən respublikanın bütün ümumtəhsil məktəblərini əhatə edən informasiya bazası yaradılıb.

Hazırda TİMS bazasında 1 milyon 400 mindən çox şagird və 200 mindən çox məktəb heyəti (müəllim və digər işçilər) haqqında məlumat yerləşdirilib. Burada ən önəmli cəhət ondan ibarətdir ki, bazaya məlumatların daxil olunması məhz məktəblərin (təhsil şöbələrinin) özləri tərəfindən aparılıb və həmin məlumatlar dərs ili ərzində daim yeniləşdirilib. 

ötən dərs ilində buraxılış sinifləri üçün sınaq və yekun imtahanlar TİMS bazasının məlumatları əsasında aparılıb. İmtahanların nəticələrinə görə şagirdlərə verilmiş şəhadətnamə, yaxud attestatların nömrələri məlumat bazasına  daxil edilib.

Görülmüş işlərin nəticəsi olaraq yeni dərs ilindən statistik hesabatların (1-üM) proqram təminatı tərəfindən formalaşdırılması və həmin hesabatların məlumat bazası şəklində qəbul olunması imkanı yaranıb. Hazırda bazada olan məlumatların yeni dərs ilinə uyğunlaşdırılması (şagirdlərin növbəti sinfə keçirilməsi və XI sinif şagirdlərinin yeni bazadan silinməsi), eləcə də məktəbəqədər tədris müəssisələri və ali məktəblər üçün proqram təminatının hazırlanması üzərində işlər gedir. 

 

 

Təhsil haqqında Azərbaycan Respublikasının Qanunu

 

Bu Qanun vətəndaşların Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuş təhsil hüququnun təmin edilməsi sahəsində dövlət siyasətinin əsas prinsiplərini və təhsil fəaliyyətinin tənzimlənməsinin ümumi şərtlərini müəyyən edir, təhsilin ayrı-ayrı pillələri üzrə müvafiq qanunların və digər normativ-hüquqi aktların qəbul edilməsində baza rolunu oynayır.

Azərbaycan Respublikasında təhsil dünyəvi və fasiləsiz xarakter daşımaqla, vətəndaşın, cəmiyyətin və dövlətin maraqlarını əks etdirən strateji əhəmiyyətli prioritet fəaliyyət sahəsidir.

Azərbaycan Respublikasında təhsil insan hüquqları haqqında beynəlxalq konvensiyalara və Azərbaycan Respublikasının tərəfdar çıxdığı digər beynəlxalq müqavilələrə əsaslanır, təhsil sahəsində milli mənəvi və ümumbəşəri dəyərlərin prioritetliyi əsasında dünya təhsil sisteminə inteqrasiya olunaraq inkişaf edir.

 

 

Təhsil işçilərinin respublika konfransı

 

Sentyabrın 5-də "Gülüstan" sarayında təhsil işçilərinin ənənəvi respublika konfransı keçirildi. Konfransda Baş nazirin müavini Elçin Əfəndiyev, Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov, Prezident Administrasiyası humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə, təhsil naziri Misir Mərdanov, rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov, xarici işlər nazirinin müavini, Azərbaycan Diplomatik Akademiyasının rektoru Hafiz Paşayev, Yeni Azərbaycan Partiyası sədrinin müavini - icra katibi Əli Əhmədov, deputatlar, nazirlik və dövlət komitələrinin nümayəndələri, Azərbaycanda fəaliyyət göstərən beynəlxalq qurumların təmsilçiləri, ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərləri, şəhər və rayon təhsil şöbələri və idarələrinin müdirləri, Təhsil Nazirliyinə birbaşa tabe olan lisey və gimnaziyaların direktorları, 2009-cu ildə keçirilmiş "Ən yaxşı ümumtəhsil məktəbi" və "Ən yaxşı müəllim" müsabiqələrinin qalibləri, KİV əməkdaşları iştirak edirdilər. 

 Məktəbdaxili  qiymətləndirmənin aparılması qaydalarının təqdimatı oldu

 

Sentyabrın 9-da Bakıdakı 276 nömrəli orta məktəbdə  "ümumtəhsil məktəblərində  məktəbdaxili qiymətləndirmənin aparılması qaydaları"nın təqdimatına həsr olunan iclas keçirildi.

İclasda təhsil naziri Misir Mərdanov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Nailə Rzaquliyeva, Təhsil Nazirliyinin məsul işçiləri, Bakı Şəhəri üzrə Təhsil İdarəsi müdirinin müavinləri və paytaxtın orta ümumtəhsil məktəblərinin direktorları iştirak edirdilər.

Tədbiri təhsil naziri Misir Mərdanov giriş sözü ilə açaraq yeni dərs ilinə hazırlıqla əlaqədar görülən işlərdən, nəzərdə tutulan tədbirlər barədə danışdı.

Ukraynanın milli bayramı şərəfinə

 

Ukraynanın Azərbaycandakı səfirliyi ölkəsinin milli bayramı - Müstəqillik Günü münasibətilə sentyabrın 8-də "Gülüstan" sarayında rəsmi qəbul təşkil etmişdir.

Ukraynanın Azərbaycandakı səfiri Boris Klimçuk qəbulda çıxış edərək bildirdi ki, Ukrayna müstəqilliyini əldə etdikdən sonra bütün ölkələrlə, eləcə də Azərbaycan ilə münasibətlər qurulması üçün konkret addımlar atmışdır. Bu gün dost Azərbaycan ilə münasibətlər yüksələn xətlə inkişaf edir və bu işdə dövlətlərimizin başçılarının xüsusi rolu olmuşdur. Ukrayna Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin səyləri nəticəsində reallaşan bir sıra regional layihələrin həyata keçirilməsində yaxından iştirak edir.

Diplomat vurğuladı ki, parlamentlər səviyyəsində də əlaqələr genişlənir. Deputatlarımız beynəlxalq təşkilatlarda, demək olar ki, bütün məsələlərdə eyni mövqedən çıxış edirlər.

"Təhsil və karyera" sərgisinə həsr olunmuş mətbuat konfransı

 

Sentyabrın 9-da "Trend" İnformasiya Agentliyinin zalında 3-cü Azərbaycan Beynəlxalq "Təhsil və karyera" sərgisinin açılışına həsr olunmuş mətbuat konfransı keçirildi. Konfransda təhsil naziri Misir Mərdanov iştirak edirdi. Mətbuat konfransının açılışından sonra "İteca Caspian" şirkətinin direktoru Fərid Məmmədov rəhbərlik etdiyi müəssisənin gördüyü işlər barədə qısa məlumat verərək təşkilatçısı olduqları tədbirlərə göstərdikləri maraq və diqqətə görə təhsil naziri Misir Mərdanova və mətbuat nümayəndələrinə minnətdarlığını bildirdi. Sonra "Təhsil və Karyera" sərgisinin meneceri Xəyal Əliyeva sərginin təşkili ilə bağlı məlumat verdi.

Təhsil naziri Misir Mərdanov mətbuat konfransında sərgi haqqında məlumat verərək bildirdi ki, bu il sərgi öz meydançasında dünyanın 12 ölkəsindən 53 təşkilatı, şirkəti bir araya gətirəcək; bu isə ötənilki iştirakçıların sayından 25 faiz çoxdur.

Bakı təhsil işçilərinin sentyabr konfransı

 

Sentyabrın 8-də Azərbaycan Dövlət Musiqili Komediya Teatrında Bakı şəhəri təhsil işçilərinin konfransı keçirildi. Konfransda təhsil naziri Misir Mərdanov, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə, bir sıra rayonların icra başçıları, respublikanın tanınmış alim və pedaqoqları, müxtəlif dövlət təşkilatlarının təmsilçiləri, paytaxtın ümumtəhsil məktəblərinin, məktəbəqədər və məktəbdənkənar müəssisələrinin rəhbərləri, müəllimlər, KİV nümayəndələri iştirak edirdilər. Konfrans başlanmazdan əvvəl nümayəndələr Heydər Əliyev Sarayının qarşısına gələrək ulu öndərin abidəsi önünə gül-çiçək dəstələri qoydular, xatirəsini ehtiramla andılar.

Sonra konfrans Azərbaycan Dövlət Musiqili Komediya Teatrında öz işinə başladı.

Yeni dərs ilində qarşıda duran vəzifələr müzakirə olundu

 

SUMQAYIT

 

Sentyabrın 10-da Sumqayıt şəhərində təhsil işçilərinin konfransı keçirildi. Konfransın işində təhsil nazirinin müavini İsgəndər İsgəndərov, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Vaqif Əliyev, TQDK-nın sədr müavini Namiq Babayev və məktəbəqədər, ümumtəhsil, məktəbdənkənar tərbiyə müəssisələrinin rəhbərləri, hüquq-mühafizə orqanlarının məsul işçiləri, bələdiyyə sədrləri, peşə liseylərinin, qeyri-hökumət təşkilatlarının, mətbuat orqanlarının nümayəndələri iştirak edirdilər.

Konfrans iştirakçılarının və məktəblilərin ifasında Azərbaycan Respublikasının Dövlət himni səsləndi.