· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

 


B.e ç.a ç C.a C. Ş. B.
   1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30        
 

 

Təhsil bizim gələcəyimizdir, inkişaf perspektivlərimizi müəyyən edən ən başlıca sahədir. Təsadüfi deyil ki, təhsil sahəsinə Azərbaycanda indi çox böyük diqqət göstərilir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

 

YAP İdarə Heyətinin üzvləri Bakının Nəsimi rayonundakı "Elitar" gimnaziyada olublar

 

Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvləri Bakının Nəsimi rayonundakı "Elitar" gimnaziyaya gələrək əsaslı bərpa və yenidənqurmadan sonra burada yaradılmış şəraitlə tanış olmuşlar.

 Təhsil naziri Misir Mərdanov məlumat vermişdir ki, Prezident İlham Əliyevin xüsusi tapşırığı ilə bu il iyulun 17-dən təmirinə başlanılmış və "Bilik günü"ndə dövlətimizin başçısının iştirakı ilə istifadəyə verilmiş gimnaziyada tədris üçün hər cür şərait yaradılmışdır. Gimnaziyada 70-dək sinif otağı vardır. Yeni dərs ilində burada 958 şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 93 müəllim məşğul olur.

 

 

"Azərbaycan-Almaniya ali təhsil günləri" mövzusunda beynəlxalq konfrans keçiriləcək

 

 1-3 oktyabr tarixlərində Təhsil Nazirliyinin Alman Akademik Mübadilə Xidməti (DAAD) təşkilatı ilə təhsil sahəsində əməkdaşlığı çərçivəsində Bakıda "Azərbaycan-Almaniya ali təhsil günləri" mövzusunda beynəlxalq konfrans keçiriləcək. Tədbirdə Almaniyanın nüfuzlu universitetlərindən olan 30-a yaxın nümayəndə, o cümlədən ölkəmizin ali təhsil müəssisələrinin təmsilçiləri iştirak edəcəklər.

 

 

 

Azərbaycan təhsili: yaxın keçmişə,

bu günə və gələcəyə bir baxış

 

(Əvvəli qəzetimizin ötən saylarında)

 

Hörmətli oxucular, bu məqalədə bir sıra ali məktəblərdə İKT-nin tətbiqi ilə bağlı həyata keçirilmiş tədbirlər barədə fikirlərimi davam etdirmək və İKT sahəsində beynəlxalq təşkilatlarla birgə reallaşdırılan layihələr barədə məlumat vermək istəyirəm.

Müasir İKT-nin səmərəli tətbiq edildiyi ali təhsil müəssisələrindən biri də Azərbaycan Dövlət Pedaqoji Universitetidir. 2007-ci ildə burada "Kompüter Mərkəzi" yaradılmış, təhsilin informasiyalaşdırılması üzrə mütəxəssislər bu mərkəzdə işə cəlb edilmiş, qısa müddət ərzində "2007-2012-ci illədrə ADPU-da təhsilin informasiyalaşdırılması üzrə 5 illik strategiya" və müvafiq tədbirlər planı hazırlanmışdır. Bu strategiyaya əsasən ADPU-da idarəetmə, tədris prosesi və elmi-tədqiqat işlərinin kompleks kompüterləşməsi, distant təhsil sisteminin yaradılması nəzərdə tutulurdu.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının yaradılmasından 10 il keçir

 

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının onilliyi münasibətilə təntənəli mərasim keçirilmişdir.  Mərasim iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək, müasir Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşlar.  Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunmuş, məzarı üzərinə güllər düzülmüşdür.

Azərbaycan məktəblərində "Xocalıya ədalət" kampaniyasına start verilib

 

Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun (DƏUİKGF) mətbuat departamentindən AzərTAc-a bildirmişlər ki, təşkilat yeni dərs ilinin birinci həftəsindən başlayaraq Azərbaycanda fəaliyyət göstərən bütün orta məktəblərdə "Xocalıya ədalət" beynəlxalq məlumat və təbliğat kampaniyası, həmçinin Azərbaycan tarixi fənni çərçivəsində şagirdlər üçün Xocalı qətlanı haqqında məlumatlandırıcı proqram həyata keçirməyə başlamışdır.

Babək rayonunun Zeynəddin kəndində orta ümumtəhsil və musiqi məktəbi binaları istifadəyə verilib

 

Bu münasibətlə keçirilmiş tədbirdə çıxış edən Babək Rayon İcra Hakimiyyətinin başçısı Elçin Hüseynəliyev demişdir ki, artıq kompleks quruculuq tədbirləri kəndlərdə də uğurla həyata keçirilir. 2880 nəfər əhalisi olan Zeynəddin kəndində ötən il və cari ildə yeni sosial obyektlərin inşa olunması bunun əyani ifadəsidir.

İsa Həbibbəyli-60

 

Bir çinar göyərdi Araz üstündə

 

...1969-cu ilin soyuq, şaxtalı bir dekabr gecəsində - bu gün Naxçıvan  Dövlət  Universitetinin rektoru, akademik, millət vəkili İsa Həbibbəyli ilə ilk tanışlığımız yarandı. Onda İsa müəllim  Azərbaycan Pedaqoji İnstitutunun Naxçıvan filialında Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə  üçüncü kurs tələbəsi idi. Mən də filialda eyni ixtisasın birinci kursunda  oxuyurdum. Tələbə yoldaşlarımdan birinin ad günü idi. Filialın birmərtəbəli nimdaş yataqxanasında, bir az da soyuq bir otaqda kiçik tələbə süfrəsinin başına toplaşmışdıq. Hər kəs ürək sözlərini,xoş arzularını dilə gətirib "səbəbkarı" təbrik edirdi. Növbəti təbrik üçün ayağa qalxan İsa gözəl şairimiz Musa Yaqubun bu gün də dillər əzbəri olan bir bənd şeirilə sözə  başladı:

 

Bəlkə də borcundan çıxmadım, Vətən!..

ömür bahar deyil, bir də qayıtsın.

ölsəm də  qoynunda qoy ölüm ki, mən.

çürüyüm, bir ovuc torpağın artsın!..

 

Bu bir bəndlik şeiri elə ürəklə, yanğı ilə dedi ki, çoxumuzun tələbə qəlbində əbədi bir Vətən sevgisi, Vətən odu qalandı.

Təbrik edirik

Azərbaycan aliminin böyük uğuru

 

Həmyerlimiz, riyaziyyatçı alim Sabir Mirzəyev yüksək beynəlxalq mükafata - M.Boqolyubov adına medala layiq görülüb

 

ölkəmizin elm və təhsil ictimaiyyəti bu günlərdə xoş bir xəbərin sevincini yaşamışdır. Azərbaycanın tanınmış riyaziyyatçı alimi, Bakı Dövlət Universitetinin professoru, VII-XI siniflər üçün həndəsə, cəbr, cəbr və analizin başlanğıcı dərsliklərinin həmmüəllifi və redaktoru Sabir Sultanağa oğlu Mirzəyev Ukrayna Riyaziyyatçılar Cəmiyyətinin bu yaxınlarda keçirilmiş II beynəlxalq konqresində M.Boqolyubov adına medala layiq görülmüşdür.

Məlumat üçün bildirək ki, Ukrayna Riyaziyyatçılar Cəmiyyəti hər 10 ildən bir məşhur riyaziyyatçı alimlərə həsr olunan beynəlxalq konqres keçirir. 10 il bundan əvvəl çağırılmış birinci konqres akademik Krılovun, bu il avqustun 27-30-da keçirilmiş ikinci konqres isə akademik Mikola Boqolyubovun şərəfinə təşkil olunmuşdu. Konqresdə dünyanın 50-dən çox ölkəsindən gəlmiş 1100-dən yuxarı riyaziyyatçı alim iştirak etmişdir. Onların içərisində ölkəmizi təmsil edən riyaziyyatçı alimlər də var idi.

Dünya universitetləri

 

Kaliforniya Texnologiya İnstitutu

 

Kaliforniya Texnologiya İnstitutu (qısa adı Kaltek) Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatının Pasedena şəhərində yerləşir. İnstitutda təbii elmlər və mühəndislik sahəsinə  xüsusi diqqət yetirilir.

Məktəb və pedaqoji fikir tariximizdən səhifələr

Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasının Azərbaycan şöbəsində aparılan sinifdənkənar tədbirlər

IX məqalə

Seminariyada sinifdənxaric tədbirlər içərisində estetik tərbiyə mühüm yer tuturdu. Bu məqsədlə tələbələr müxtəlif tamaşalar hazırlayır, deklamasiyalar söyləyir, mahnı oxuyur, xor və s. təşkil edirdilər.