Yanvarın 6-da görkəmli şair Mikayıl Müşfiqin
Yasamal rayonundakı parkda ucalan abidəsi önündə
anım mərasimi keçirildi. Mərasimə
müşfiqsevərlərlə bərabər, şairin yaxınları da
qoşulmuşdu. Müşfiqşünas alim, şair Gülhüseyn
Hüseynoğlu mərasimdə şairin acı taleyindən söz
açdı, dedi ki, Mikayıl Müşfiq dünənin,
bugünün,sabahın ölməz şairidir. Onun
yaradıcılığının nuru heç vaxt sönməyəcək.
Tədbirdə iştirak edən məktəblilər şairin
şeirlərindən nümunələr söylədilər.
Anım mərasimi görkəmli ədib haqqında söylənilən
xatirələrlə sona yetdi.
Sifai Səfərova |