Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

15 Yanvar 2010 - ¹02

 
Ali təhsildə maliyyələşdirmə mexanizmlərinə dair seminar
 

Yanvarın 14-də "Park İnn" otelində ali təhsildə maliyyələşdirmə mexanizmləri üzrə seminar keçirildi.

Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov hörmətli qonaqları və rəsmi dövlət nümayəndələrini salamlayaraq giriş sözü ilə çıxış etdi. Nazir qeyd etdi ki, sürətli dəyişikliklərin baş verdiyi müasir dövrdə cəmiyyətin sosial-iqtisadi tərəqqisində, rəqabətə davamlı insan kapitalının formalaşmasında, davamlı inkişafa zəmin yaradan iqtisadiyyatın qurulmasında ali təhsilin müstəsna rolu vardır. Qloballaşmanın geniş vüsət aldığı müasir dövrdə hər bir ölkənin iqtisadiyyatının inkişafı, onun uğurlu gələcəyi, inkişaf etmiş ölkələr sırasına daxil olması həmin ölkədə təhsilin səviyyəsi ilə müəyyənləşir. Bu cəhətdən ölkənin malik olduğu təbii sərvətlərin cəmiyyətin hərəkətverici qüvvəsi olan insan kapitalına çevrilməsi ali təhsilin qarşısında duran əsas vəzifələrdən biridir. Bütün bu amillər qarşıya respublikada ali təhsil sahəsində islahatların istiqamətlərinin dünyada ali təhsilin inkişaf tendensiyalarına uyğun müəyyənləşdirilməsi zərurətini qoyur. Əgər bu amillərin sırasına 2005-ci ilin mayında ölkəmizin Boloniya prosesinə qoşulması, Azərbaycan Respublikasının Prezidenti İlham  Əliyevin neftdən və qazdan gələn gəlirlərin ölkədə insan potensialının inkişafına yönəldilməsi ideyaları, azərbaycanlı gənclərin dünyanın nüfuzlu universitetlərində təhsil almağa göndərilməsi, ölkənin ali təhsil sistemində islahatlar üzrə dövlət proqramlarının təsdiqi də əlavə edilsə, bugünkü seminarın aktuallığı daha aydın görünər.

Bu tədbirin Dünya Bankının birbaşa dəstəyi ilə artıq ikinci dəfə keçirildiyini diqqətə çatdıran Misir Mərdanov bildirdi ki, seminarların keçirilməsində, dünyanın müxtəlif ölkələrində ali təhsillə bağlı simpozium və konfranslarda iştirak etməkdə əsas məqsəd beynəlxalq aləmdə bu sahə ilə bağlı tendensiyalarla yaxından tanış olmaq və onlardan ölkənin ali təhsilinin inkişafında istifadə etməkdir. Təhsil sahəsində həyata keçirilən bütün islahatların, o cümlədən maliyyələşmə ilə bağlı islahatların təhsilin keyfiyyətini yüksəldəcəyinə və ali təhsil imkanlarını genişləndirəcəyinə ümidini ifadə edən nazir qeyd etdi ki, ölkəmizdə bütün bunlar üçün əsaslı baza formalaşmışdır. Son illərdə dövlətin diqqət və qayğısı nəticəsində ali məktəblərin maddi-texniki bazası möhkəmlənmiş, müasir avadanlıq və texnologiyalarla təminatda əhəmiyyətli işlər görülmüş, professor-müəllim heyətinin əməkhaqqı hiss olunacaq dərəcədə artırılmışdır.

Sonra təhsil naziri "Ali təhsildə yeni maliyyələşdirmə mexanizmi" mövzusunda məruzə-təqdimatla çıxış etdi. Təqdimatda Azərbaycan Respublikasının ali təhsil sistemi, ölkədə fəaliyyət göstərən ali təhsil müəssisələri, ali təhsilə dövlət büdcəsindən ayrılan vəsait və s. haqqında ətraflı məlumat verildi, mövcud problemlər diqqətə çatdırıldı və maliyyələşdirmə ilə bağlı təkliflər səsləndi.

Daha sonra seminarın proqramına müvafiq olaraq Dünya Bankının baş təhsil mütəxəssisi Riçard Hopper "Ali təhsilin maliyyələşdirilməsi və bu sahədə olan innovasiyalar", Dünya Bankının ali təhsil proqramının koordinatoru Cəmil Səlmi "Müəssisələrin birbaşa və dolayı maliyyələşdirilməsi", ali təhsilin maliyyələşdirilməsi üzrə məsləhətçi Con Filden "Düstur əsasında maliyyələşdirmə", Litva Respublikasının təhsil və elm naziri Gintaras Steponaviçius "Litvanın vauçer sistemi" və onun müşaviri Gitautas Damiyonaytis "Litvada düstur əsasında maliyyələşdirmə" mövzusunda məruzə-təqdimatlarla çıxış etdilər.

Fasilədən sonra dinlənilən təqdimatlara əsasən ayrı-ayrı məsələlər - əsas büdcənin düsturla maliyyələşdirilməsi, strateji prioritetlər üzrə vəsaitləri təmin edən rəqabətli maliyyələşmə, tədris üzrə əsas maliyyələşməni təmin edən vauçer sistemi, kapital qoyuluşlarını təmin edən maliyyələşmə, tədqiqatların müxtəlif mənbədən maliyyələşdirilməsi və mərkəzdən idarə olunan dövlət vəsaitləri üçün strateji seçimlərlə bağlı müzakirələr aparıldı. 

Hicran ƏKBƏROVA

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEVV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
15 Yanvar 2010 - ¹02
Rəsul Rzanın 100 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Doktorantların və gənc tədqiqatçıların XIV Respublika elmi konfransının yekunları barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 
Ali məktəblər üçün "Beynəlxalq hüquqda fəxri konsul institutu" dərsliyinin təqdimatı olub
 
Yaponiya hökumətinin ayırdığı qrantlar hesabına
 
Peşə təhsilinin kurikulumlarının hazırlanmasına dair seminar
 
Məktəblilərin fənn olimpiadasının II rayon (şəhər) mərhələsi keçirildi
 
NDU-da yubiley tədbiri keçirildi
 
Ali məktəblərdə qış imtahan sessiyası davam edir
 
BDU-da imtahanların gedişinə QHT-lər nəzarət edirlər
 
ADPU-da imtahanlar İKT-nin tətbiqi ilə aparılır
 
AMİ-də "Açıq qapı günləri" elan edilib
 
Kurikulum islahatı zamanın tələbidir
 
Akademik Zərifə Əliyeva adına orta məktəbdə İngilis dilinin Onlayn tədrisi (ETTO) layihəsinin təqdimatı olub
 
Ali təhsildə maliyyələşdirmə mexanizmlərinə dair seminar
 
İnteraktiv təlim metodlarının tətbiqinin bəzi cəhətləri
 
Dünya universitetləri: İsveçrə Federal Texnologiya İnstitutu
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə;
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov