Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

12 Mart 2010 - ¹10

 

Müasir elmi problemlər araşdırılır

Bookmark and Share

Naxçıvan Dövlət Universitetində "Təbiət elmlərinin və dəqiq elmlərin müasir problemləri" mövzusunda universitet elmi konfransı keçirildi. NDU-nun rektoru, akademik İsa Həbibbəyli çıxış edərək konfransın əhəmiyyətini vurğuladı, universitetdə təbiət elmlərinin, dəqiq elmlərin tədrisində informasiya-kommunikasiya texnologiyalarının tətbiqindən, bir sıra fənn laboratoriyalarının və təcrübə bazalarının yaradılmasından, mövcud problemlərdən bəhs etdi. Rektor universitet həyatında baş verən əlamətdar hadisədən - burada elmi işlər üzrə prorektor vəzifəsində çalışan, AMEA-nın müxbir üzvü Vəli Hüseynovun Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası sədrinin müavini vəzifəsinə təyin edilməsindən də söz açdı, bunu ölkə başçısı İlham Əliyevin regiondakı elmi kadrlara yüksək diqqət və qayğısı kimi qiymətləndirdi.

Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası sədrinin müavini, AMEA-nın müxbir üzvü Vəli Hüseynov həmkarlarına səmimi minnətdarlığını bildirərək bu zirvəyə çatmasında Naxçıvan Dövlət Universitetinin, akademik İsa Həbibbəylinin misilsiz rolundan danışdı. Sonra fizik alim "Böyük Adron Kollayderi və fizikanın müasir problemləri" mövzusunda məruzə etdi.

Naxçıvan Dövlət Universitetinin elmi işlər üzrə prorektoru, fizika-riyaziyyat elmləri namizədi Anar Kazımovun "Müasir riyaziyyatın bəzi aktual problemləri", Coğrafiya kafedrasının müdiri, coğrafiya elmləri namizədi Nazim Bababəylinin "Orta Araz təbii vilayətində radioaktiv tullantıların yayılmasında atmosfer sirkulyasiyasının rolu", Kimya kafedrasının müdiri, kimya elmləri namizədi, dosent Tofiq Əliyevin "Merkaptosirkə turşusunun bəzi funksional törəmələrində "birləşmənin quruluşu-inhibitor effekti" asılılığının qanunauyğunluqları", Baytarlıq kafedrasının müəllimi, baytarlıq elmləri  namizədi Yunis Rüstəmlinin məruzələri dinlənildi. Məruzələrdə təbiət elmlərinin və dəqiq elmlərin aktual məsələlərinə, iqtisadi potensialın, təbii sərvətlərin və ekologiyanın qorunması istiqamətində aparılan çoxsaylı tədqiqatlara toxunuldu. Konfransda slaydlardan da istifadə olundu.  

Mehriban SULTAN,
NDU-nun Mətbuat
şöbəsinin müdiri

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
12 Mart 2010 - ¹10
Azərbaycan qadınlarının bir qrupunun "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
 
Azərbaycan qadınlarının bir qrupuna fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
 
Bakının on məktəbinin direktoru vəzifəsindən azad edildi
 
"Azərbaycan müəllimi" qəzetinin yeni saytı (www.muallim.edu.az) istifadəyə verildi
 
Qəbələdə daha iki məktəb binası tikildi
 
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 
De-institutlaşdırma və alternativ qayğı Dövlət Proqramının icrası ilə bağlı təqdimat dinlənildi
 
Əməkdaşlıq barədə Anlaşma Memorandumu imzalandı
 
Həmyerlimiz beynəlxalq Eynşteyn mükafatına layiq görüldü
 
Səfir Azərbaycan Dillər Universitetində olub
 
Müasir elmi problemlər araşdırılır
 
Qələbənin 65 illiyi ilə əlaqədar tədbir keçirilib
 
Pascal dilində qrafikqurma operatorlarının öyrədilməsi metodikası
 
Naxçıvan və İrəvanın işğal dönəminin tarixinə dair monoqrafik tədqiqat
 
Almaniyalı professor BSU-da mühazirə oxuyub
 
Tələbələrin elmi-tədqiqat işlərinə həsr olunmuş konfrans keçirilib
 
"Təbiəti qoruyaq" mövzusunda "dəyirmi masa"
 
Görkəmli kinoşünasın yubileyi qeyd edilib
 
"Təhsilin əsasları" fənninin ilk semestrdə tədrisi nə göstərir
 
Məktəbdə "Məzun günü"
 
Yetirmələri tərəfindən daim xatırlanmağın sevinci
 
Yeri görünən insan
 
"Sağlam həyat tərzi və idman" devizi altında
 
Qızlar arasında voleybol yarışı keçirilib
 
Pəhləvanlarımız finalda erməni rəqiblərinə qalib gəliblər
 
Uşaqlar bacarıqlarını nümayiş etdirəcəklər
 
Məktəblilər arasında ekoloji breyn-rinq yarışması
 
Dünya universitetləri: Paris Ali Normal Məktəbi
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov