Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

12 Mart 2010 - ¹10

 

Yeri görünən insan

Bookmark and Share

Heç nəyin və heç kimin unudulmadığı bu dünyada hər kəs İlahi tərəfindən ona bəxş edilmiş özünəməxsus bir ömür yolu keçir.

Belə nəsillərə örnək insanlardan biri, bu yaxınlarda 100 illik yubileyi qeyd ediləcək, dövrünün görkəmli pedaqoqu kimi böyük hörmət və nüfuz qazanmış Möhsün Axundov haqqında söz açmaq niyyətindəyik.Şəkildə: M.Axundov (soldan ikinci) müəllim yoldaşları arasında

Axundov Möhsün Həmid oğlu 1910-cu ildə Tovuz rayonunun Qovlar qəsəbəsində, axund ailəsində anadan olub. Möhsünün atası Həmid Axundlu Qahirə İslam Universitetini bitirmişdi. O, islam fəlsəfəsi üzrə mükəmməl təhsil almış alim kimi zamanına görə böyük nüfuz sahibi idi. Həmid Axundlu digər oğlanları ilə birgə Möhsünü də əsl ziyalı və gözəl insan kimi böyütmüşdü. O, dünyaya göz açandan evlərində yazı-pozu, kitab-dəftər görmüş, fəlsəfi söhbətlər eşitmiş, dünya sirlərini öyrənməyə onda maraq yaranmışdı. Zamanına görə mükəmməl təhsil sistemlərindən hesab olunan, dini və dünyəvi bilikləri üzvi surətdə birləşdirən, xalq məktəbini əla qiymətlərlə başa vuran Möhsünü Sovet hakimiyyətinin ilk illərində savadlı adamlara ehtiyac olduğuna görə 1928-ci ildə Tovuza müəllim göndərirlər.

Bozalqanlıda müəllim kimi ilk əmək fəaliyyətinə başlayan Möhsün Axundov sonralar Tovuz 7 illik, Böyük Qışlaq, Aşağı Quşçu kənd məktəblərində də işləyir. Həmin məktəblərdə bacarıqlı direktor və savadlı müəllim kimi ad çıxarır, gənc olmağına baxmayaraq, qabiliyyət və davranışı ilə əhalinin dərin hörmətini qazanır. Həmin illərdə məktəbdə dərs deməklə yanaşı, rayon maarif şöbəsində inspektor vəzifəsində də çalışmışdır. Bunlarla yanaşı, Möhsün o zaman fəaliyyət göstərən İkiillik Müəllimlər İnstitutunu bitirmiş, coğrafiya müəllimi ixtisasına yiyələnmişdir.

1941-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun qiyabi şöbəsini bitirən Möhsün Axundov 1941-ci ildən 1961-ci ilə kimi A.S.Puşkin adına Tovuz şəhər orta məktəbinin inkişafında və şöhrət tapmasında əvəzsiz xidmət göstərmişdir. O, Tovuz Rayon Xalq Maarifi Şöbəsində pedaqoji kabinet müdiri işləməklə yanaşı, 7 il həmin məktəbdə coğrafiyadan dərs demiş, 1948-1950-ci illər isə bu təhsil ocağında tədris hissə müdiri vəzifəsində çalışmışdır.

Onun başlıca insani keyfiyyəti məsuliyyəti dərindən dərk etməsi, hər işə cidd-cəhdlə yanaşması idi. Dostluqda sədaqətli, incə və həssas olan Möhsün müəllim rayon gənclərinin də sevimlisi idi.

Möhsün müəllimin əməyi sağlığında yüksək qiymətləndirilmiş, hökumət və dövlət mükafatlarına layiq görülmüş, fəxri fərmanlar almış, "Qabaqcıl maarif xadimi", "Xalq maarifi əlaçısı" döş nişanları ilə təltif edilmiş, respublika müəllimlərinin bir neçə qurultaylarına nümayəndə seçilmişdir. Vətənə layiq övladların yetişdirilib tərbiyə olunmasında xidmətlərinə görə Möhsün Axundova "Azərbaycan Respublikasının əməkdar müəllimi" fəxri adı verilmişdir.

30-cu illərin repressiya maşını bu ailədən də yan keçmədi. Həmid başda olmaqla Axundlu nəslinin say-seçmə oğulları, tanınmış ziyalıları Qazaxıstan çöllərinə sürgün edildi. Nəslin digər üzvlərini təqiblərdən xilas etmək, ailə ənənəsini davam etdirib insanlara arxa durmaq, elin sözünü demək və gəncləri mənən sınmaqdan qorumaq Möhsün Həmid oğlunun üzərinə düşür.

Möhsün Axundov təkcə öz nəslinin və Qovların deyil, dərs dediyi kəndlərin əhalisinin də güvənc yeri, insanların məsləhət aldığı etibarlı şəxslərdən idi. Nüfuzlu bir şəxs kimi el-oba, ictimaiyyət arasında ən müşkül məsələlər onun timsalında tezliklə həllini tapardı. Onun müəllim dostları Cahangir Musayev, Rəhim Muradov və başqaları ilə dostluqları nəsildən-nəslə keçib və bu gün də davam etməkdədir.

Bir ömürdə sanki bir neçə ömür yaşayan, haqsız yerə repressiyalara məruz qalmış atasının, əmilərinin bəraət almaları üçün böyük əsəbi gərginliklər keçirən Möhsün müəllimin səhhətinə balta çalınırdı. Yeganə təsəllisi ailəsində böyüyən 3 oğlan və 4 qız övladının olması idi. Möhsün müəllim inanırdı ki, əməllərini övladları layiqincə davam etdirəcəklər. Övladlarının hamısı ali təhsil alıb layiqli ziyalı kimi yetişiblər.

Ölümündən uzun illər keçməsinə baxmayaraq, bu gün də işlədiyi məktəbdə, rayon ziyalıları arasında Möhsün Həmid oğlu Axundovun yeri görünür, qədirbilənlər tərəfindən hörmət və ehtiramla yad edilir.  

Malik NOVRUZOV

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
12 Mart 2010 - ¹10
Azərbaycan qadınlarının bir qrupunun "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
 
Azərbaycan qadınlarının bir qrupuna fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
 
Bakının on məktəbinin direktoru vəzifəsindən azad edildi
 
"Azərbaycan müəllimi" qəzetinin yeni saytı (www.muallim.edu.az) istifadəyə verildi
 
Qəbələdə daha iki məktəb binası tikildi
 
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 
De-institutlaşdırma və alternativ qayğı Dövlət Proqramının icrası ilə bağlı təqdimat dinlənildi
 
Əməkdaşlıq barədə Anlaşma Memorandumu imzalandı
 
Həmyerlimiz beynəlxalq Eynşteyn mükafatına layiq görüldü
 
Səfir Azərbaycan Dillər Universitetində olub
 
Müasir elmi problemlər araşdırılır
 
Qələbənin 65 illiyi ilə əlaqədar tədbir keçirilib
 
Pascal dilində qrafikqurma operatorlarının öyrədilməsi metodikası
 
Naxçıvan və İrəvanın işğal dönəminin tarixinə dair monoqrafik tədqiqat
 
Almaniyalı professor BSU-da mühazirə oxuyub
 
Tələbələrin elmi-tədqiqat işlərinə həsr olunmuş konfrans keçirilib
 
"Təbiəti qoruyaq" mövzusunda "dəyirmi masa"
 
Görkəmli kinoşünasın yubileyi qeyd edilib
 
"Təhsilin əsasları" fənninin ilk semestrdə tədrisi nə göstərir
 
Məktəbdə "Məzun günü"
 
Yetirmələri tərəfindən daim xatırlanmağın sevinci
 
Yeri görünən insan
 
"Sağlam həyat tərzi və idman" devizi altında
 
Qızlar arasında voleybol yarışı keçirilib
 
Pəhləvanlarımız finalda erməni rəqiblərinə qalib gəliblər
 
Uşaqlar bacarıqlarını nümayiş etdirəcəklər
 
Məktəblilər arasında ekoloji breyn-rinq yarışması
 
Dünya universitetləri: Paris Ali Normal Məktəbi
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov