Martın 6-da Ucar şəhər Mədəniyyət Evində
Azərbaycan Respublikasının Qızıl Aypara
Cəmiyyətinin yaranmasının 90 illiyi və "Ekologiya
ili" ilə əlaqədar Ucar şəhər 2 nömrəli orta
məktəbin 6-cı sinif şagirdi Əhmədov İslam Aslan
oğlunun fərdi rəsm sərgisi keçirilib.
Tədbirdə çıxış edən rayon icra haki
miyyəti başçısının müavini Nazir Mirzəliyev
rayonda aparılan abadlıq işlərindən və Prezident
İlham Əliyevin 2010-cu ili "Ekologiya ili" elan
etməsindən danışaraq balaca rəssamın bu mövzuya
da toxunduğunu qeyd edib.
Rayon təhsil şöbəsinin müdiri Fuad İsrafilov
istedadlı şagirdlərin üzə çıxarılmasında belə
tədbirlərin böyük əhəmiyyəti olduğunu bildirib.
Azərbaycan Respublikası Qızıl Aypara
Cəmiyyətinin Mingəçevir regional mərkəzinin
koordinatoru Aydın Nəsibovun sərgi haqqında
söylədiyi fikirləri balaca rəssamın sənət
uğurundan xəbər verir. Azərbaycan Respublikası
Qızıl Aypara Cəmiyyətinin Ucar rayon bölməsinin
sədri Əlimirzə Mustafayev isə balaca İslamı
müxtəlif hədiyyələrlə sevindirib. Çıxış edənlər
balaca rəssamı təbrik edib və ona gələcək
işlərində uğurlar diləyiblər.
Nizami MİRZƏ |