Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

19 Mart 2010 - ¹11

 

Albert Eynşteynin sirri

Bookmark and Share

1955-ci il  aprelin 18-də məşhur Nisbilik nəzəriyyəsinin müəllifi Albert Eynşteynin ürəyi dayanır. Öz vəsiyyətinə görə  onu gizlincə dəfn edirlər. Lakin belə bir əfsanə mövcuddur ki, cənazə ilə bərabər ölümündən qabaq yandırdığı bəzi əlyazmalarının külü də basdırılır. O, hesab edirdi ki, bu biliklər hələlik bəşəriyyətə ancaq ziyan gətirə bilər. Bəs bu hansı işlər imiş? Təəssüf ki, bu sualın cavabını dahi fizik əbədi olaraq özü ilə aparmışdı. Məlumdur ki, Albert Eynşteyn nüvə silahının yaradılmasına qarşı mübarizə aparmışdır. Onun bu mübarizəsi ömrünün son dövrlərində, Vahid sahə nəzəriyyəsinin yaradılması üzərində işləyərkən daha da aktivləşmişdi. Bu nəzəriyyənin mahiyyəti ondan ibarətdir ki, üç fundamental qüvvənin -elektromaqnit, qravitasiya və nüvə qüvvələrinin birgə təsirini yeganə vahid bir tənlik vasitəsilə ifadə etmək mümkün olsun. Ola bilsin ki, Eynşteyni öz zəhmətini məhv etməyə məcbur etmiş səbəb də elə bu sahədə edilmiş gözlənilməz bir kəşf olmuşdur. Lakin dahi fizikin bu kəşfinin içində gizlənmiş olan təhlükəni sezənə kimi Amerika hərbi dairələri artıq bu nəzəriyyənin bəzi tətbiqlərini həyata keçirməyə müyəssər olmuşdular.

Bu istiqamətdə aparılmış bir neçə eksperiment həqiqi mənada faciə ilə nəticələnmişdi. Müharibə dövrü olduğuna görə hərbi mütəxəssislər gəmi və təyyarələri düşmən tərəfin lokatorları üçün "görünməz"  etmək sahəsində ciddi işlər aparırdılar. Belə bir ideya yaranmışdı: elə yüksək gərginlikli elektromaqnit sahəsi yaratmaq lazımdır ki, işıq şüaları barama kimi bükülüb obyekti həm insan gözü üçün, həm də cihazlar üçün görünməz etsin. Bu sahədə bəzi hesabatların aparılması ən güclü alim kimi Eynşteynə tapşırıldı.

Sonradan isə XX əsrin ən müəmmalı hadisələrinə çevrilən hadisələr baş verməyə başladı. 1943-cü ildə Filadelfiyada "Eldric" hərbi gəmisi ilə əlaqədar anlaşılmaz hadisələr baş verdi. Mövcud versiyaya görə, "görünməzlik generatoru" quraşdırılmış gəmi sadəcə gözdən itməmişdi. O, sanki digər bir ölçüyə keçərək tamam yox olmuş və bir müddətdən sonra ağlını itirmiş heyəti ilə peyda olmuşdu. Lakin əsas məsələ gəminin itməsində yox, hərbi gəmi ilə aparılmış eksperimentin onun heyətinə göstərdiyi müəmmalı təsirindədir. Dənizçilər özlərini qəribə aparmağa başladılar: bəziləri "donaraq" vaxtın real axınından uzaqlaşır, digərləri sanki havada "əriyirdilər" ki, bir daha du dünyaya dönməsinlər...

Bu gün artıq alimlər üçün aksiomdur ki, qravitasiya kollapsına (qravitasiya qüvvələrinin təsiri altında böyük cisimlərin sıxılması) qapanmış əyrilmiş fəza "Şvarstşild sferası" və yaxud "qara deşiklər" əmələ gətirir ki, burada tam bir kainat yerləşə bilər. Bizim zəmanədə paralel dünyalar ideyası artıq qəbul olunmuşdur. Bir çox alimlər isə iddia edirlər ki, ora kosmosa uçmadan da düşmək mümkündür. Oraya Yeri tərk etmədən, güclü energetik təsirlə fəzanı "deşərək" keçmək mümkündür.

Bəlkə də Albert Eynşteyn özü ilə qəbirə elə bu sirri - digər ölçülərə keçidin reallığı sirrini aparmışdır? Hər halda bu versiya çox işi aydınlaşdırır. Misal üçün, italyan tədqiqatçısı Luçano Bakkonenin apardığı eksperimentin qeyri-adi nəticələri elə bununla izah oluna bilər. Xüsusi cihazlar vasitəsilə göydə gözlə görünməyən bəzi varlıqların şəklini çəkmiş Bakkone bu "kritterlər"i-həyatın xüsusi forması olan efir forması adlandıraraq onların bizim dünyaya paralel fəzadan düşdüyünü iddia edir. Nəzərə alsaq ki, hər nüvə partlayışı zamanı yüksək enerji ayrıldığına görə, digər dünyaya keçid mümkündürsə, onda aydın olur ki, "kritterlərin" Yerə gəlməsi üçün kifayət qədər imkan yaranmışdır. Yalnız 1955-ci ildən 1973-cü ilə kimi SSRİ, ABŞ və Böyük Britaniyada 960 nüvə sınaqları aparılmışdır.

Əlbəttə ki, bütün bunlar yalnız hipotezadır. ABŞ-da "Fenomen" komissiyasının ekspertləri tərəfindən bu mövzunun təhqiqatı aparılır. Artıq Eynşteynin nəzəri işlərinin real tətbiqini göstərən faktlar aşkar edilmişdir. Bunlar yalnız digər fəzalara keçidlə məhdudlaşmayıb, həmçinin vaxt maşınının işləyən modelinin yaradılması istiqamətində də ciddi addımların atıldığını göstərir.

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
19 Mart 2010 - ¹11
Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrik 
 
Üzeyir Hacıbəyovun 125 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Azərbaycan nümayəndə heyəti Boloniya prosesinə qoşulmuş ölkələrin yubiley konfransında iştirak edib
 
Qrant Sazişi imzalandı
 
Azərbaycanın təhsil işçiləri Türkiyədə beynəlxalq seminarda təqdimatla çıxış ediblər
 
Fənn olimpiadalarının yekun turu keçirildi
 
Marneulidəki məktəb binası Heydər Əliyev Fondunun dəstəyi ilə əsaslı təmir olunub
 
Kaliforniya məktəblərində "Novruz" mövzusunda xüsusi dərslər keçilib
 
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 
Aybəniz Vəkilovanın Səməd Vurğunla bağlı xatirələri
 
Naxçıvan Özəl Universitetində Novruz şənliyi
 
Azərbaycan Dillər Universitetindən əsgərlərə Novruz sovqatı
 
"Novruz bayramında ikiqat sevinirəm” Əməkdar müəllimlə bayramqabağı söhbət
 
Məktəblilər Novruz bayramı haqqında nə bilirlər?
 
"Məktəb mənim işim, evim və istirahət yerimdir"
 
"Üzeyir bəy dərsdə tələbkar, həm də çox zarafatcıl idi"
 
177 nömrəli məktəbdə Novruz şənliyi
 
Taksonomiyalardan standartlara
 
Təhsil müəssisələrinin akkreditasiyası hər beş ildə bir dəfə həyata keçiriləcək
 
Novruzu anamla birgə keçirmək istəyirəm
 
"Təhsil sistemində psixoloji xidmətin təkmilləşdirilməsi" mövzusunda  elmi-praktik konfrans
 
Qələbənin 65 illiyinə həsr edilmiş tədbir
 
Kamallı kəndində 220 yerlik yeni məktəb binası tikilir
 
Yubilyar minnətdarlıq etdi
 
Nobel və onun vəsiyyəti ilə verilən mükafat
 
Mütəxəssislər yeni fənn kurikulumlarına əsasən keçilən dərsləri yüksək qiymətləndirdilər
 
"İntellekt marafonu - 2010"un seçim turu keçirildi
 
Tələbələr arasında informatika üzrə respublika olimpiadası keçirilir
 
"Ən yaxşı tələffüz edən tələbə" müsabiqəsi keçirildi
 
Narkomanlığa "yox" deyək
 
Nəriman Həsənzadənin Nizami poeması
 
İxtisasartırma kursunun növbəti buraxılışı
 
"Regionlarda informasiya mədəniyyətinin formalaşdırılması" mövzusunda "dəyirmi masa"
 
Sumqayıt məktəblilərinin növbəti  şeirlər məcmuəsi çapdan çıxıb
 
"Bir şagird - bir kompüter" layihəsi üzrə İKT-nin imkanlarından tam istifadə olunur
 
"Bu kabineti kiçik bir tarix muzeyi də adlandırmaq olar"
 
Heydər Əliyev Fondunun dəstəyi ilə Qubadakı kütləvi məzarlıqda "Soyqırımı memorial kompleksi" ucaldılacaq
 
Azərbaycan ali məktəblərində təhsil alan ARDNŞ təqaüdçüləri magistraturada oxumaq üçün Fransaya göndəriləcəkdir
 
Azərbaycan Respublikasının ümumtəhsil məktəbləri  üçün kimya fənni kurikulumu (VII-XI siniflər)
 
Məktəbin kitabxanasında işlər yaxşı təşkil olunub
 
Alimin yubileyi qeyd edilib
 
Sinif müəllimləri üçün əlavə vəsait
 
Şagirdlər İKT-dən istifadə bacarıqlarını artırırlar
 
Məktəbli rəssamın fərdi sərgisi
 
Dahilərin həyatından
 
Albert Eynşteynin sirri
 
Boks üzrə açıq respublika birinciliyi
 
İdman  məktəbinin  son  nailiyyətləri
 
Dünya universitetləri: Toronto Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov