Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

2 Aprel 2010 - ¹12

 

ATU-nun professoru məktəb VMA-nın prezidenti seçildi

Bookmark and Share

Martın 17-də daha bir təhsil ocağında - paytaxtın S.Hacıyev adına 5 nömrəli orta məktəbində Valideyn-Müəllim Assosiasiyası təsis olundu. Bu münasibətlə keçirilmiş konfransda məktəbin 150-dək valideyni və Azərbaycan Milli VMA-dan, Ombudsman aparatından, digər məktəblərdən qonaqlar iştirak edirdilər.

Öncə məktəbin direktoru Nərminə Gündüzlü konfrans nümayəndələrini və qonaqları salamlayıb, yaradılmasına xeyli müddətdən bəri hazırlıq işləri gördükləri assosiasiyanın təsis konfransının baş tutması münasibəti ilə onları təbrik etdi.

VMA-nın yaradılması üzrə təşkilat komitəsinin sədri Günel Musəvi konfransı açıq elan etdikdən və Dövlət himni ifa olunduqdan sonra Azərbaycan Milli Valideyn-Müəllim Assosiasiyasının icraçı direktoru Təranə Şərifova  çıxış edərək təsis olunacaq qurumun əhəmiyyətindən, VMA-nın yaradılması istiqamətində son illər ölkəmizdə görülmüş işlərdən danışdı. Ölkənin 1000-dək məktəbində bu gün VMA-nın uğurla fəaliyyət göstərdiyini diqqətə çatdıran T.Şərifova onların qarşısında duran vəzifələrdən söz açdı, VMA-ların təhsil sistemində şəffaflığın yaradılmasına böyük töhfə verdiyini vurğuladı. O, paytaxtdakı 18 nömrəli məktəbdə 2003-cü ildə təsis olunmuş VMA-nın müsbət işini nümunə gətirərək, onun təşəbbüsü ilə məktəbdə təklif-tövsiyə qutusunun qoyulduğunu, həmin qutuya atılan təklif və tövsiyələrin diqqətlə araşdırılaraq nəzərə alındığını söylədi.

Sonra konfransın işçi heyəti seçildi, gündəliyi təsdiq olundu. Gündəlikdəki birinci məsələ - məktəbdə Valideyn-Müəllim Assosiasiyasının yaradılması, onun əsasnaməsinin təsdiqi barədə təşkilat komitəsinin sədri Günel Musəvi məlumat verdi.

Daha sonra məktəbin fəaliyyətindən, valideynlərlə əlaqəsindən bəhs edən təqdimat oldu. Konfrans iştirakçılarına VMA-nın əsasnaməsinin bəzi müddəaları, xüsusən də onun rəhbər orqanlarının, assosiasiya üzvlərinin vəzifələrini əks etdirən müddəaları təqdim edildi, müvafiq izahatlar verildi. Əsasnamə səsə qoyularaq qəbul edildi.

Konfransda habelə, məktəb VMA-nın rəhbər orqanları - 21 nəfərdən ibarət rəyasət heyəti, prezidenti və vitse-prezidenti, 5 nəfərlik nəzarət-təftiş komissiyası seçildi. Keçirilən açıq səsvermə nəticəsində məktəbin fəal valideynlərindən biri olan Azərbaycan Tibb Universiteti Əczaçılıq kafedrasının müdiri, professor Məhbubə Vəliyeva VMA-nın prezidenti, məktəbin tərbiyə işləri üzrə direktor müavini Zafta Şirinova vitse-prezidenti oldu. M.Vəliyeva konfransda çıxış edərək göstərilən etimada görə məktəbin rəhbərliyinə, müəllim və valideynlərə təşəkkürünü bildirdi, bu etimadı doğrultmağa, VMA-nı məktəbin bütün fəaliyyətində yaxından iştirak edən işçi bir quruma çevirməyə çalışacağını söylədi.

Konfransın qərarı ilə məktəbin fəal valideyni, tanınmış pedaqoq-alim, professor Yəhya Kərimova "Fəxri valideyn" adı verildi. Məktəbin direktoru N.Gündüzlü nəfis şəkildə hazırlanmış "Fəxri valideyn" diplomunu, təbrik ünvanını və xüsusi hədiyyəni valideynlər adından Yəhya Kərimova təqdim etdi. Y.Kərimovun məktəblə əlaqəsindən bəhs edən "Bizim Yəhya müəllim" adı altında fotogörüntülər nümayiş etdirildi.

Konfransda söz alan professor Y.Kərimov ona "Fəxri valideyn" adı verildiyinə görə məktəbin kollektivinə minnətdarlığını bildirdi, özünün də üzv olduğu VMA idarə heyətinin işi, gələcək fəaliyyəti, müasir dövrdə məktəblə əlaqə kontekstində valideynlərin öhdəsinə düşən vəzifələrlə bağlı fikir və qənaətlərini bölüşdü, tövsiyələrini verdi.

Məktəbin IX sinif şagirdi Eldanə Əliyeva çıxış edib VMA-nın yaradılmasını şagirdlərə göstərilən diqqət kimi dəyərləndirdi, məktəblə valideynlərin sıx əlaqəsinin son nəticədə onlara fayda verəcəyinə inamını ifadə etdi. 

Yusif ƏLİYEV

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
2 Aprel 2010 - ¹12
Azərbaycanlı müəllim Avropanın 20 ən yaxşı innovativ müəllimi sırasına daxil oldu
 
Məktəblilərin 44-cü Beynəlxalq Mendeleyev Olimpiadası Bakıda keçiriləcək
 
Təhsil Nazirliyi növbəti yoxlama imtahanları keçirəcək
 
Gəncədə şərqşünas alim Aida İmanquliyevanın xatirə otağı yaradılıb
 
Zərdabda daha bir məktəb binası inşa olunur
 
Amerikalı şagirdlər Bakı Şəhəri üzrə Təhsil İdarəsində olublar
 
Azərbaycan dili Fransada tədris edilir
 
Şagirdlər bilik və bacarıqlarını nümayiş etdiriblər
 
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 
Təhsil Nazirliyində müşavirə
 
Doktorantların və gənc tədqiqatçıların XIV Respublika elmi konfransında fərqlənmiş iştirakçılar mükafatlandırıldılar
 
"Erməni genosidi" mövzusunda rəsm müsabiqəsinə yekun vuruldu
 
Azərbaycan Müəllimlər İnstitutunun bir qrup əməkdaşına mükafatlar təqdim olunub
 
Təhsil müəssisələrində soyqırımı qurbanlarının xatirəsi anıldı
 
Neft-kimya sənayesinin elmi-texnoloji təminatına böyük töhfələr verən institut
 
Dünya ölkələrində milli mühasibat uçotu sistemləri və Azərbaycanda beynəlxalq uçot standartlarının tətbiqi
 
Zəhmətin bəhrəsi, illərin töhfəsi...
 
"Şagirdlərimdən çox razıyam"
 
"Şagird nailiyyətlərinin monitorinqi və qiymətləndirilməsi" mövzusunda seminar
 
ATU-nun professoru məktəb VMA-nın prezidenti seçildi
 
Nazim Hikmət irsinə dünyəvi baxış
 
Milli Qəhrəmanın xatirəsi anılıb
 
Sumqayıt Dövlət Universitetinin tələbəsi dünya çempionu oldu
 
Rumıniyada azərbaycanlı gənclərin kitablarının təqdimatı olub
 
Şahmat üzrə ölkə çempionatı
 
Sinqapur Milli Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov