Samux rayonunun Çobanabdallı kəndində 40 il
əvvəl inşa edilmiş və son illər istifadəyə tam
yararsız olan uşaq bağçası əsaslı təmirdən sonra
istifadəyə verilmişdir.
Bağçanın təmirinə BP-nin, kənd icmasının,
bələdiyyənin birlikdə 20900 manat vəsaiti
xərclənmişdir.
Açılış mərasimində çıxış edənlər belə bir
xeyirxah işin həyata keçirilməsini yüksək
dəyərləndirmiş və təşkilatçılara
minnətdarlıqlarını bildirmişlər.
Açılışı bildirən lent kəsilmiş, iştirakçılar
uşaq bağçasını gəzərək yaradılan şəraitlə
yaxından tanış olmuşlar.
AzərTAc |