Aprelin 28-də Azərbaycan Dövlət Pedaqoji
Universitetində magistrantların 5-ci elmi
konfransı keçirildi. Konfrans ulu öndər Heydər
Əliyevin anadan olmasının 87-ci ildönümünə həsr
olunmuşdur.
Tədbiri giriş sözü ilə acan ADPU-nun elmi işlər
üzrə prorektoru Vilayət Əliyev iştirakçıları
salamlayaraq, konfrans münasibətilə təbrik etdi.
O, sivil cəmiyyətdə yaşadığımızı və bu
cəmiyyətdə yer tutmaq ücün elmin sirlərini
dərindən öyrənməyi və daim axtarışda olmağı
gənclərin nəzərinə çatdırdı. Magistrantlara
işlərinin təkmilləşdirilməsi ilə bağlı
tövsiyələr edildi.
Sonra Tələbə Elmi Cəmiyyətinin sədri, dosent
Əli Zalov ölkəmizdə gənclərin inkişafı üçün
yetərincə şəraitin olduğunu və bu şəraitdən
maksimum dərəcədə yararlanmağın vacibliyini qeyd
etdi.
Tədbirdə digər çıxış edənlər mövcud problemlərə
dair fikir mübadiləsi apardılar.
Niyazı RƏHİMOV |