Azərbaycan Respublikası Prezidentinin
23.02.2010-cu il tarixli 754 ¹-li Sərəncamını
elan edirəm:
"Azərbaycan Dövlət Neft Akademiyasının 90 illik
yubileyinin keçirilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
2010-cu ilin noyabr ayında ölkəmizin qocaman ali
təhsil müəssisələrindən olan Azərbaycan Dövlət
Neft Akademiyasının yaradılmasının 90 illiyi
tamam olur.
Fəaliyyətə başladığı vaxtdan etibarən ötən
müddət ərzində Azərbaycan Dövlət Neft
Akademiyası respublikamızda və onun
hüdudlarından kənarda neft, qaz və neft-kimya
sənayesi üçün yüksək ixtisaslı mühəndis kadrları
hazırlayan ali təhsil ocağına və
elmi-tədqiqatlar mərkəzinə çevrilmişdir.
Ölkəmizdə neft sənayesi ilə bağlı sahələrin
mütəxəssislərlə təminatı istiqamətində
xidmətlərini nəzərə alaraq, Azərbaycan Dövlət
Neft Akademiyasının 90 illik yubileyinin
layiqincə keçirilməsini təmin etmək məqsədilə
QƏRARA ALIRAM:
1. Azərbaycan Respublikasının Təhsil Nazirliyi
Azərbaycan Dövlət Neft Akademiyasının 90 illik
yubileyinə həsr olunmuş tədbirlər planını
hazırlayıb həyata keçirsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti
bu Sərəncamdan irəli gələn məsələləri həll
etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 23 fevral 2010-cu il,
¹ 754
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamının yerinə yetirilməsi ilə əlaqədar
ƏMR EDİRƏM:
1. "Azərbaycan Dövlət Neft Akademiyasının 90
illik yubileyinin keçirilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin 23 fevral
2010-cu il tarixli 754 N-li Sərəncamının icrası
ilə əlaqədar Təhsil Nazirliyinin Tədbirlər
planı" təsdiq edilsin.
2. Nazirliyin Aparatının rəhbərinə
(İ.Pirməmmədov), Ali və orta ixtisas təhsili
(İ.Mustafayev), İqtisadiyyat (Ş.Əliyev), Tərbiyə
və məktəbdənkənar müəssisələrlə iş (A.İbrahimov)
şöbələrinə tapşırılsın ki, yubileylə bağlı
tədbirlərin həyata keçirilməsini təmin etsinlər.
3. Əmrin icrasına nəzarəti öz üzərimə
götürürəm.
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının
təhsil naziri
18 mart 2010-cu il
¹
314 |