Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

07 May 2010 - ¹17

 

"Azərbaycanda təhsilin inkişafı dövlət siyasətinin əsas prioritetlərindən biridir" Azərbaycan Respublikası təhsil nazirinin müavini İsgəndər İsgəndərovla müsahibə

Bookmark and Share

- İsgəndər müəllim, bildiyimiz kimi, son illər digər sahələrdə olduğu kimi, təhsil sahəsində də inkişaf, yeniliklər müşahidə edilir. Bu baxımdan, təhsilə dövlət qayğısı haqqında nə deyə bilərsiniz?

- Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uzaqgörən siyasəti və genişmiqyaslı islahatçı fəaliyyəti, müstəsna təşkilatçılığı sayəsində son illərdə qazanılmış nailiyyətlər birmənalı şəkildə ulu öndər Heydər Əliyevin dövlətçilik ideyalarına sadiqliyinin parlaq təcəssümü olmaqla, hər bir Azərbaycan vətəndaşının qəlbində milli iftixar və ölkəmizin işıqlı gələcəyinə dərin inam hisslərini daha da gücləndirmişdir. Danılmaz faktdır ki, qısa müddət ərzində Azərbaycanın bütün sahələrdə sürətli inkişafı ölkə Prezidenti cənab İlham Əliyevin yeni idarəetmə modeli sayəsində mümkün olmuşdur. Təsadüfi deyildir ki, dünyanın nüfuzlu ekspertləri və iqtisadçıları Azərbaycanın dinamik inkişafının səbəblərini də məhz İlham Əliyevin proqramlarla idarəetmə modelinin nəticəsi kimi qiymətləndirirlər. Təhsil xərclərinin ilbəil artması Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təhsili dövlət siyasətinin əsas prioritetlərindən biri hesab etməsi ilə birbaşa bağlıdır. Möhtərəm Prezident vurğulayıb: "Biz maddi dəyərlərimizi, iqtisadi potensialımızı insan kapitalına çevirməliyik". Bu mənada "Təhsil əsri" elan edilən XXI əsrdə yüksək intellektə malik insan kapitalının formalaşması və güclü iqtisadiyyatın qurulmasında təhsilin rolu heç vaxt indiki qədər aktual olmamışdır.

Son illərdə təhsil xərclərinin artmasının əsasında da həmin konseptual müddəalar dayanır. Təhsilə ayrılan büdcə 2003-cü illə müqayisədə 5 dəfədən çox artaraq 2008-ci ildə 1,1 milyard manata çatmış, 2009-cu ildə isə 1,3 milyard manat təşkil etmişdir. Dövlət başçısı tərəfindən son illərdə təhsil sahəsində 150-dən çox sərəncam imzalanmışdır. Təhsil tariximizdə ilk dəfə olaraq Azərbaycan Respublikası Prezidentinin sərəncamlarına əsasən "Ən yaxşı ümumtəhsil məktəbi və ən yaxşı müəllim mükafatlarının təsis edilməsi haqqında" 4 sentyabr 2007-ci il tarixli Sərəncamı imzalanmış, 2008 və 2009-cu illərdə "Ən yaxşı ümumtəhsil məktəbi" və "Ən yaxşı müəllim" müsabiqələri keçirilmiş, həmin illərdə "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsinin qalibi olmuş 50 məktəbin hər birinə 10000 manat, "Ən yaxşı müəllim" müsabiqəsinin qalibi olmuş 100 müəllimin hər birinə 5000 manat məbləğində birdəfəlik pul mükafatı verilmişdir. Bu müsabiqə məktəb və müəllimlər arasında sağlam rəqabəti, innovativ fəaliyyəti gücləndirməklə təhsilin keyfiyyətinin yüksəlməsinə müsbət təsir göstərmişdir.

Azərbaycanda təhsilə, təhsil işçilərinə diqqət və qayğının parlaq təzahürüdür ki, son illərdə elm və təhsilin inkişafındakı xidmətlərinə görə 1000-dən çox təhsil işçisi yüksək dövlət mükafatlarına, fəxri adlara və fərdi təqaüdlərə layiq görülmüşdür. Yalnız 2009-cu ildə təltif edilən təhsil işçiləri 312 nəfər olmuşdur.

- Hazırda təhsil sektorunun ayrı-ayrı sahələri üzrə çoxsaylı inkişaf proqramları həyata keçirilməkdədir. Həmin proqramlar hansı sahələri əhatə edir?

- Məhz dövlət başçısının təhsilə diqqət və qayğısının nəticəsidir ki, təhsil tariximizdə ilk dəfə olaraq 16 inkişafyönümlü dövlət proqramı təsdiq olunmuş və uğurla həyata keçirilməkdədir. Təhsilin ayrı-ayrı sahələrinin inkişafı üzrə real vəziyyətin təhlili əsasında hazırlanıb təsdiq edilmiş bu proqramların reallaşdırılması nəticəsində təhsil infrastrukturunun müasir tələblərə uyğun qurulması, təhsilin məzmununun yeniləşdirilməsi, yeni dərslik siyasətinin reallaşdırılması, təhsilalanların nailiyyətlərinin qiymətləndirilməsi üzrə yeni model və mexanizmlərin tətbiqi, əmək bazarının tələbatına uyğun kadr hazırlığı və təminatının yaxşılaşdırılması, təhsil müəssisələrinin informasiya-kommunikasiya texnologiyaları ilə təmin edilməsi və təhsil sisteminin informasiyalaşdırılması, məktəbəqədər, texniki peşə, ali təhsil, xaricdə təhsil, istedadlı uşaqların inkişafı, xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsilinin təşkili, de-institutlaşdırma və digər bu kimi sahələrdə əhəmiyyətli nailiyyətlər əldə olunmuşdur.

Son 20 ildə heç bir məktəbəqədər təhsil müəssisəsi tikilmədiyi halda, son 2 ildə ilk dəfə olaraq ölkə üzrə 28 yeni uşaq bağçası tikilib istifadəyə verilmiş, 31 məktəbəqədər təhsil müəssisəsi əsaslı təmir edilmiş, müasir avadanlıqlarla təchiz olunmuşdur. Həyata keçirilən tədbirlər nəticəsində Bakı şəhərində bağçalara cəlb olunmuş uşaqların sayı 6 min nəfər artmış, təhsilin bu pilləsi üzrə əhatə səviyyəsi 26 faizi ötmüşdür. Müstəqillik tariximizdə ilk dəfə olaraq uşaq bağçaları üçün müasir tələblər səviyyəsində 137 adda təlim vəsaitləri hazırlanıb müəssisələrə çatdırılmışdır.

Məktəbəqədər təhsil sahəsində "Azərbaycan Respublikasında məktəbəqədər təhsilin yeniləşdirilməsi Proqramı(2007-2010-cu illər)"nda nəzərdə tutulmuş tədbirlərin icrasının davam etdirilməsi, monitorinq və qiymətləndirmə sisteminin yaradılması, beşyaşlıların məktəbə hazırlığının genişləndirilməsi, maddi-texniki və tədris bazanın möhkəmləndirilməsi istiqamətində tədbirlərin davam etdirilməsi həyata keçiriləcək əsas tədbirlər kimi müəyyənləşdirilmişdir.

Son illərdə Azərbaycanda 450 min şagird yerlik 2000-dək yeni məktəb binası tikilərək istifadəyə verilmişdir. Məktəblərin infrastrukturunun yeniləşdirilməsi sahəsində Heydər Əliyev Fondunun müstəsna xidmətləri olmuş, Fondun təşəbbüsü ilə 300-ə yaxın yeni məktəb, uşaq bağçası, uşaq evi, internat məktəbi binası tikilib istifadəyə verilmiş, əsaslı təmir və bərpa olunmuş, müasir avadanlıqlarla təchiz edilmişdir. 450-dən çox məktəb əsaslı təmir edilmiş, müasir avadanlıqlarla təchiz olunmuşdur. 708 məktəb və 10 rayon təhsil şöbəsi müasir avadanlıqlarla təchiz edilmişdir. Azərbaycanda müstəqillik illərində ilk dəfə olaraq 119 məktəb müasir kimya və fizika laboratoriyaları ilə təmin edilmişdir. 600 məktəbin, o cümlədən Bakı şəhərinin 301 ümumtəhsil məktəbinin istilik sistemi əsaslı təmir və bərpa olunmuşdur.

Yeni ümumtəhsil məktəblərinin tikintisi, mövcud məktəblər üçün əlavə korpusların inşası, onların əsaslı təmiri, müasir avadanlıqlarla təminatı, istilik sisteminin bərpası, ümumilikdə infrastrukturun yeniləşdirilməsi nəticəsində ölkə üzrə 1050000 şagirdin (bütün şagirdlərin 75 faizi) təlim şəraiti yaxşılaşdırılmışdır. Məktəb tikintisi sahəsində həyata keçirilən proqramlar nəticəsində son 10 ildə ikinövbəli məktəblərin faizi 73,3-dən 44,5-ə, ikinci növbədə təhsil alan şagirdlərin faizi isə 34-dən 21-ə enmişdir.

- Məzmun və qiymətləndirmə sahəsində hansı yeniliklər tətbiq edilmişdir?

- Əlbəttə, aparılan genişmiqyaslı işlər yalnız təhsil infrastrukturunun yeniləşdirilməsi ilə bağlı olmamışdır. Bu sahədə əhəmiyyətli nailiyyətlərin əldə edilməsi və müasir tələblərə uyğun şəraitin yaradılması məzmun islahatları üçün əlverişli zəmin yaratmışdır. Son illərdə Dünya Bankının maliyyə yardımı ilə həyata keçirilən islahatyönümlü tədbirlərin böyük əksəriyyəti məhz ümumi təhsilin məzmununun yeniləşdirilməsinə və mütərəqqi dünya təcrübəsinə uyğunlaşdırılmasına yönəlmişdir. Əsas məqsəd şagirdlərin idrak fəallığını, ümumi inkişafını ləngidən mövcud "yaddaş məktəbi"ndən "təfəkkür və düşüncə məktəbi"nə keçmək və bu əsasda ümumi təhsilin müasir modelini qurmaqdan ibarətdir.

2008-2009-cu tədris ilində ümumtəhsil məktəblərinin I siniflərində tədrisə yeni fənn kurikulumları və müasir dərsliklərlə başlanmış, bu proses 2009-2010-cu dərs ilində I və II sinifləri əhatə etmişdir. Yeni kurikulumların tətbiqi ilə əlaqədar I siniflərdə işləyən 18 minədək müəllim xüsusi proqram əsasında öyrədici təlim kurslarından keçirilmiş və nümunəvi tədris materialları ilə təmin edilmişdir. Yeni kurikulumun tətbiqi sahəsində 2010-2011-ci dərs ilində I siniflərdə dərs deyəcək müəllimlərin treninqlərdən keçirilməsi, III siniflərdə yeni kurikulumların tətbiqi üzrə hazırlıq işlərinin aparılması, rəhbər pedaqoji kadrların (RTŞ əməkdaşları, metodistlər, məktəb direktorları, onların müavinləri) kurikulumların tətbiqi üzrə təlim kurslarına cəlb olunması, V-XI siniflər üzrə fənn kurikulumlarının təsdiq olunması qarşıda duran vəzifələrdəndir.

Yeni məzmun yeni nəsil dərsliklərinin hazırlanmasını zəruri etmişdir. 2003-2009-cu illərdə milli mənəvi dəyərlər əsasında müasir tələblərə uyğun məzmunda ümumilikdə 35 milyon nüsxə dərslik çap edilmişdir. Təhsil tariximizdə ilk dəfə olaraq yeni kurikulum tətbiq edilən I və II siniflər üçün dərslik komplektləri (şagird üçün dərslik, iş dəftəri, müəllim üçün vəsait) hazırlanmış, Dərslikləri Qiymətləndirmə Şurası tərəfindən qiymətləndirilib müsbət rəy alındıqdan sonra çap edilmişdir.

Dərslik siyasəti sahəsində 2010-2011-ci dərs ilinə ümumilikdə 111 adda, o cümlədən I siniflər üçün 14 adda, III siniflər üçün kurikulum əsasında 40 adda dərslik və müəllim üçün vəsaitin hazırlanması və Dərslikləri Qiymətləndirmə Şurası tərəfindən qiymətləndirildikdən sonra çap etdirilməsi, VI, VIII-XI siniflər üçün 57 adda dərsliklərin nəşri üzrə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur.

İstedadlı uşaqlarla iş sahəsində respublikanın 8 bölgəsində (Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərləri, Şəki, Lənkəran, Quba, Ağdaş rayonları) liseylərin yaradılması, Bakı şəhərində Beynəlxalq Mendeleyev Olimpiadasının keçirilməsi, fənlər üzrə istedadlı şagirdlərin müəyyənləşdirilməsi məqsədilə seçim tədbirlərinin təşkili məsələləri üzrə tədbirlər həyata keçiriləcəkdir. Dünya və beynəlxalq fənn olimpiadalarında Azərbaycan məktəbliləri 11 qızıl, 28 gümüş, 60 bürünc olmaqla, ümumilikdə, 99 medal qazanmışlar. Əhalisinin sayının az olmasına baxmayaraq, medalların sayına görə Azərbaycan dünya ölkələri arasında ilk onluqda yerini qoruyub saxlamışdr.

2009-cu ildə Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən uşaq-gənclər idman məktəblərinin yetirmələri respublika birinciliyi, çempionat və digər yarışlarda 287 qızıl, 194 gümüş, 1181 bürünc olmaqla, ümumilikdə 1662 medal, Avropa, dünya birinciliyi və çempionatlarında və digər beynəlxalq yarışlarda 57 qızıl, 51 gümüş, 60 bürünc olmaqla, ümumilikdə 168 medal qazanmışlar.

- Müasir dövrdə təhsil prosesini İKT-siz təsəvvür etmək mümkün deyildir. Bu sahədə hansı addımlar atılmışdır?

- Təhsilin informasiyalaşdırılması sahəsində əhəmiyyətli nailiyyətlər əldə edilmişdir. Dövlət Proqramları çərçivəsində ölkənin ümumtəhsil məktəbləri İKT ilə təmin edilmiş, hər 20 şagirdə bir kompüter nisbəti təmin olunmuşdur. Halbuki 2004-cü ildə hər 1063 şagirdə bir kompüter düşürdü. 500 təhsil müəssisəsi Azərbaycan Təhsil Şəbəkəsinə (İntranet) və İnternet şəbəkəsinə qoşulmuş, inzibati, pedaqoji və texniki heyət əhatə olunmaqla, 40 min nəfər müvafiq treninqlərdən keçərək İKT bacarıqlarına yiyələnmişdir. Təhsil tariximizdə ilk dəfə olaraq fənlər üzrə elektron tədris resursları hazırlanıb məktəblərə verilmiş, 20 məktəbdə "Elektron Məktəb" layihəsi həyata keçirilməyə başlanmışdır. I-X siniflər üçün "İnformatika" dərslikləri hazırlanmış, bütün siniflərdə informatikanın tədrisinə başlanmışdır.

Təhsillə bağlı məlumat və resursların toplanması, onların təhlükəsizliyinin təmin edilməsi məqsədilə Məlumat və Resurs Mərkəzi, ictimaiyyəti təhsil sahəsindəki yeniliklərlə operativ məlumatlandırmaq və elektron tədris resurslarından istifadəni təmin etmək məqsədilə Milli Təhsil Portalı, təhsil sahəsində çevik idarəetmə sisteminin yaradılması məqsədilə Milli Təhsil Məlumat Bazası yaradılmışdır.

Bir şagirdə bir kompüter konsepsiyasının reallaşdırılması məqsədilə "İntel" şirkəti ilə birlikdə 400 şagirdə noutbuklar verilmişdir. "Xalq kompüteri" layihəsi çərçivəsində isə 5000 müəllim kompüterlə təmin olunmuşdur.

Təhsilin informasiyalaşdırılması sahəsində Azərbaycan Təhsil Şəbəkəsinə (İntranet) və İnternet şəbəkəsinə əlavə 500 təhsil müəssisəsinin qoşulması və onların yüksək sürətli İnternetə çıxışının təmin edilməsi, 25 min nəfər pedaqoji, 4 min nəfər inzibati-idarəetmə və 500 nəfər texniki heyətin İKT üzrə treninqlərdən keçirilməsi, "Bir müəllim-bir kompüter", "Bir şagird - bir kompüter" layihəsinin əhatə dairəsinin genişləndirilməsi, "Elektron məktəb" layihəsinə əlavə məktəblərin cəlb edilməsi əsas perspektivlər kimi müəyyənləşdirilmişdir.

- Təhsil sistemində kadr təminatı və ixtisasartırma təhsili sahəsində də müəyyən yeniliklər baş verməkdədir. Bu yeniliklər barədə də məlumat verməyinizi xahiş edirik.

- Kadr təminatı sahəsində 2005-2009-cu illəri əhatə edən Proqram başa çatdırılmış, ümumilikdə 6179 müəllim stimullaşdırıcı tədbirlər tətbiq edilməklə respublikanın ucqar kənd məktəblərinə göndərilmişdir. Beləliklə, ucqar kənd məktəblərində kadra olan kəskin ehtiyac ödənilmişdir. Respublikanın ümumtəhsil məktəblərinə müəllimlərin işə qəbulu sahəsində yeni mexanizmlərin tətbiqinə başlanmış, Bakı şəhərində müəllimlərin işə qəbulu elektron vasitələr əsasında, ikimərhələli müsabiqə mexanizmi tətbiq olunmaqla həyata keçirilmişdir.

Pedaqoji kadr təminatı sahəsində ölkənin ümumtəhsil məktəblərində kadr təminatı vəziyyətinin monitorinqinin aparılması, nəticələrin təhlili və təkliflərin hazırlanması, beynəlxalq təcrübə nəzərə alınmaqla ölkə səviyyəsində müəllimlərin işə qəbulu sahəsində elektron vasitələrdən istifadə edilməklə yeni mexanizmlərin tətbiqi, hazırda işləyən müəllimlərin və rəhbər pedaqoji işçilərin peşəkarlıq səviyyələrinin qiymətləndirilməsi üzrə mexanizmin hazırlanıb tətbiq edilməsi əsas prioritetlər kimi müəyyənləşdirilmişdir.

Modul-kredit sisteminə əsaslanan, rəqabət mühitinin yaradılmasını, proqramların akkreditasiyasını, stimullaşdırıcı vasitələrin tətbiqini, karyera inkişafını nəzərdə tutan yeni ixtisasartırma təhsili modeli hazırlanmışdır.

Əlavə təhsil sahəsində modul-kredit sisteminə əsaslanan ixtisasartırma təhsilinin tətbiqi istiqamətində normativ-hüquqi bazanın təkmilləşdirilməsi, ixtisasartırma proqramlarının akkreditasiyasını aparmaq üçün Təhsil Nazirliyinin nəzdində Akkreditasiya Şurasının yaradılması, 2010-2011-ci tədris ilində ümumtəhsil məktəblərinin I siniflərində işləyəcək müəllimlərin yeni model üzrə ixtisasartırmadan keçirilməsinin təmin edilməsi, ixtisasartırma təhsili sistemi üçün monitorinq və dəyərləndirmə mexanizminin hazırlanması, xidmətlərin təklifi sahəsində rəqabət mühitinin yaradılması, ixtisasartıma təhsilində məcburilik prinsipinin təmin edilməsi, eyni zamanda təhsilalanlar üçün stimullaşdırıcı tədbirlərin nəzərdə tutulması mexanizmlərinin hazırlanması, ali təhsil müəssisələrinin professor-müəllim heyətinin ixtisasının artırılması üzrə yeni mexanizmin yaradılması kimi məsələlər təxirəsalınmaz vəzifələr kimi müəyyənləşdirilmişdir.

- Texniki peşə təhsilinin inkişaf etdirilməsi də qarşıda duran vəzifələrdən biridir. Bununla əlaqədar Dövlət Proqramı da qəbul olunub. Hazırda texniki peşə təhsili sahəsində Dövlət Proqramının icrası ilə bağlı hansı tədbirlər həyata keçirilir?

- Texniki peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramına əsasən Qəbələdə Turizm və Otelçilik üzrə Peşə Tədris Mərkəzi yaradılmış, 8 texniki peşə təhsili müəssisəsi əsaslı təmir edilmiş və müasir avadanlıqla təmin olunmuşdur. İsmayıllı rayonunda Turizm və Otelçilik üzrə Peşə Tədris Mərkəzinin tikintisi aparılır. Son 20 ildə müxtəlif peşələr üzrə ilk dəfə olaraq 7 adda dərslik hazırlanmış və çap edilmişdir. YUNESKO, Avropa Komissiyası, Cənubi Koreyanın DAEWOO şirkəti, Heydər Əliyev Fondu, "Azərsun" Holdinq şirkəti, "KÜR" MMC ilə birgə layihələrin icrasına başlanmışdır.

Texniki peşə təhsili sahəsində müəyyən edilmiş ixtisaslar üzrə standartların və kurikulumların, yeni dərsliklərin, ixtisas klassifikatorunun hazırlanması, məzunların bacarıqlarının əmək bazarının tələblərinə müvafiq qiymətləndirilməsi məqsədilə yeni qiymətləndirmə mexanizminin işlənib hazırlanması, Avropa Komissiyası ilə birlikdə həyata keçirilən layihə çərçivəsində İsmayıllı Turizm Peşə Məktəbinin tikintisinin başa çatdırılması, beynəlxalq təşkilatlarla birgə nəzərdə tutulmuş layihələrin icrası tədbirlərinin həyata keçirilməsi, müəssisələrin maddi-texniki bazasının gücləndirilməsi işinin davam etdirilməsi nəzərdə tutulmuşdur.

- İsgəndər müəllim, "Təhsil haqqında" yeni Qanunun qəbul edilməsindən müəyyən müddət keçmişdir. Qanunun icrası istiqamətində hansı addımlar atılmışdır?

- Son illərin ən mühüm hadisələrindən biri, əlbəttə, "Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun qəbul edilməsi olmuşdur. Qanunun qəbul edilməsi zərurəti, ilk növbədə, ölkədə və dünyada dinamik inkişaf tendensiyaları, o cümlədən təhsil sahəsində əsaslı dəyişikliklərin olması, Azərbaycanın keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyması, Avropa və dünya təhsil məkanına inteqrasiya istiqamətində mühüm addımlar atması ilə bağlı idi. Təbiidir ki, bütün bu proseslər təhsil qanunvericiliyində, ən vacibi isə "Təhsil haqqında" yeni Qanunda öz əksini tapmalı idi. Bu səbəbdən, düşünürəm ki, qəbul edilmiş Qanun ölkəmizdə təhsil siyasəti və strategiyasının əsas istiqamətlərini əks etdirməklə yanaşı, ilk növbədə, xalqımıza, Azərbaycanda təhsilin inkişafına xidmət edəcək milli təhsil sisteminin dünya, Avropa təhsil sisteminə inteqrasiyasını təmin edəcəkdir.

Qanunda 5 yaşlıların məktəbəqədər təhsilə cəlbinin zəruriliyi, hər təhsil pilləsinə qəbul zamanı məzunların əvvəlki təhsil pilləsindəki nəticələrinin nəzərə alınması, ixtisasartırma təhsilinin nəticələrinin stimullaşdırılması, yaş senzinin müəyyənləşdirilməsi, təhsil müəssisələrinin maliyyələşdirilməsinin hər təhsilalana düşən xərc normaları nəzərə alınmaqla həyata keçirilməsi, ali təhsilin üçpilləli strukturu və digər yeni məsələlər öz əksini tapmışdır. Qanunun icrası istiqamətində Təhsil Nazirliyi tərəfindən 35 adda normativ sənəd hazırlanaraq Nazirlər Kabineti tərəfindən təsdiq edilmişdir. 

www.yap.org.az

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Müsahibələr" bölməsinə get

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
07 May 2010 - ¹17
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının 80 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Azərbaycan Dövlət Neft Akademiyasının 90 illik yubileyinin keçirilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Prezident İlham Əliyev Cəlilabadda şahmat məktəbinin açılışında iştirak edib
 
Montana ştatı Dövlət Universitetinin tələbəsi Heydər Əliyev adına illik mükafata layiq görülüb
 
"Heydər Əliyev məktəbi"nin növbəti məşğələsi
 
Təhsil müəssisələrində ümummilli lider Neydər Əliyevin anadan olmasının 87-ci ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilir
 
Heydər Əliyev milli təhsil sisteminin qurucusudur
 
Bakı Slavyan Universitetində I Beynəlxalq elmi konfrans öz işinə başlayıb
 
Milli təhsilimizin himayədarı
 
Təhsil Nazirliyinin kollegiya iclasında
 
Beynəlxalq Mendeleyev Olimpiadası başa çatdı
 
"Ulu öndər Heydər Əliyevi düşünərkən..." inşa müsabiqəsinin qalibləri mükafatlandırıldılar
 
İstedadlarla işə həsr olunan konfransın yekun toplantısı
 
Mayın 4-də təhsil naziri Misir Mərdanov Fransa Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Qabriel Keller ilə görüşüb
 
Akademik Zərifə Əliyevanın xatirəsinə həsr olunmuş elmi-praktik konfrans
 
"Azərbaycanda təhsilin inkişafı dövlət siyasətinin əsas prioritetlərindən biridir" Azərbaycan Respublikası təhsil nazirinin müavini İsgəndər İsgəndərovla müsahibə
 
Naxçıvan Dövlət Universitetində xalq şairi, Sosialist Əməyi Qəhrəmanı Rəsul Rzanın anadan olmasının 100 illiyi ilə bağlı elmi konfrans keçirilmişdir
 
Şeir və mahnı müsabiqəsinə yekun vuruldu
 
"Biz qələbənin varisləriyik"
 
Bakı Dövlət Universitetində elmi-praktik konfrans
 
Vətən sevgisi ilə döyüşənlər
 
Qələbədə payı olanlar
 
Qələbənin 65 illiyi Xalq Təhsili Muzeyində qeyd edildi
 
Veteranlar göstərdikləri şücaətlərdən danışdılar
 
Acı uşaqlıq xatirələrimdən
 
Balaca rəssamın fərdi sərgisi
 
İdmanda birinci, dərslərdə əlaçı
 
Ağcabədidə məktəblərarası futbol birinciliyinə yekun vurulub
 
Dünya universitetləri: Honq Konq Elm və Texnologiya Universiteti
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov