Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

     
 
 XƏBƏRLƏR
 
 
 
RƏSMİ
 
 
 HEYDƏR ƏLİYEV FONDU
 
 
 
QANUNVERİCİLİK
 
 
 
TƏHSİL NAZİRLİYİNDƏ
 
 
 
PEDAQOJİ YAZILAR
 
 
 MÜSAHİBƏLƏR
 
 
 
İDMAN
 
 
 
FOTOQALEREYA
 
 
 ARXİV
 
 
 ƏLAQƏ

 
 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 

Dünya universitetləri

internetdə

saytda

 

Fotoqalereya

 
 
 
 
 
 
 
 
 

ARXİV

14 May 2010 - ¹18

 

Fəaliyyətimizin əsas hədəfi təhsilin keyfiyyətini yüksəltməkdir

Bookmark and Share

Son illər Azərbaycan təhsili özünün inkişaf mərhələsini yaşayır. Ölkə rəhbərliyinin diqqət və qayğısı nəticəsində təhsil müəssisələrinin maddi-texniki bazası gündən-günə gücləndirilir, bu sahəyə büdcə ayırmaları artır. Həm dövlət xətti ilə, həm də Heydər Əliyev Fondunun "Yeniləşən Azərbaycana yeni məktəb" proqramı çərçivəsində son bir neçə ildə ölkədə xeyli sayda yeni məktəb inşa edilibdir. Özü də yeni məktəblər təkcə Bakı şəhərində, rayon mərkəzlərində deyil, hətta ucqar kəndlərdə də tikilir. Təhsilin səviyyəsi də getdikcə yüksəlməkdədir. Hər il qəbul imtahanlarının nəticələri təhlil edilərkən orta məktəblərdə əldə edilən nəticələrin daha da yaxşılaşdığını müşahidə etmək mümkündür.

Təhsilimizin bu inkişaf tempi Siyəzən rayonunda da hiss olunur. Bu baxımdan rəhbəri olduğum Siyəzən şəhər 6 nömrəli orta məktəbi də fərqlənir. Məktəbimiz 2009-cu ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin vəsaiti hesabına tikilib istifadəyə verilibdir. Üçmərtəbəli 640 yerlik məktəbdə 43 sinif otağı var. Hazırda məktəbimizdə 380 şagird təhsil alır. 47 nəfərlik müəllim kollektivi çalışır. Məktəbin maddi-texniki bazası dövrün tələblərinə tam cavab verir. Belə ki, məktəbimizdə 17 dəst kompüter quraşdırılıb, bütün tədris avadanlıqları yenisi ilə əvəz olunub. Məktəbin kompüter otağı yüksək sürətli İnternetə qoşulub. Təhsil ocağımızda son vaxtlar xeyli diqqətçəkən uğurlar qazanılıb. Həmin uğurların əldə edilməsində məktəbimizin təcrübəli müəllimlərinin  xüsusi rolu vardır. Onlardan biri - respublikanın əməkdar müəllimi Yusif Yusifov kimya fənnini tədris edir. Onun şagirdləri tez-tez respublika fənn olimpiadalarında yüksək nəticələr əldə edirlər. Onların çoxunun sorağı respublikanın ali təhsil ocaqlarından gəlir. Yusif müəllimin hazırladığı dərs vəsaitləri, abituriyentlər üçün vəsait və test topluları ali məktəblərə hazırlaşan şagirdlərin stolüstü kitablarına çevrilib.

Məktəbimizin digər təcrübəli müəllimi Əjdər Hüseynov Azərbaycan dili və ədəbiyyatı fənnini tədris edir. Görkəmli yazıçı və elm xadimi Mir Cəlal Paşayevin tələbəsi olan Əjdər Hüseynovun 2 dərs vəsaiti ("Əruzu necə öyrətməli?" və "Əruz testləri") Təhsil Nazirliyinin qərarı ilə ali məktəblərin filologiya fakültələri üçün tövsiyə olunub.

Məktəbimizin digər təcrübəli müəllimi Sima Məmmədova Pedaqoji Universiteti 30 ildir bitirib. O, gözəl yazıçı, alim, ictimai xadim İsmayıl Şıxlının sevimli tələbələrindən olub. Sima müəllim həm də Azərbaycan Müəllimlər İnstitutu Sumqayıt filialında dərs deyir. O, məktəbimizdəki gənc müəllimlərə daim öz tövsiyələrini verir.

Məktəbimizdə ingilis dilinin tədrisinə xüsusi diqqət yetirilir.  Bu dili təcrübəli müəllim Qəmər Hüseynova tədris edir. 

Məktəbimizin əldə etdiyi uğurlarda müəllimlərimizdən İsfixan Cəfərov (kimya), Atakişi Kərimov (biologiya), Bayramqulu Kərimov (coğrafiya), Yalçın Abdullayev (tarix), Şura Əhmədova (dil-ədəbiyyat), Nataşa Şepilova (rus bölməsində dil-ədəbiyyat), Naibə Abdullayeva (rus bölməsində riyaziyyat) və digərlərinin də əməyini qeyd etmək istərdim.     

Bu təhsil ocağı təkcə yüksək səviyyəli, keyfiyyətli tədrisi ilə seçilmir. Burada müstəqil Azərbaycanın tarixində qalan hadisələr, müxtəlif tədbirlər də yüksək səviyyədə qeyd olunur. Bu işdə məktəbin təşkilatçısı Xalidə Fərzəliyeva və uşaq-gənclər təşkilatının sədri Gülnar Əliyevanın əməyi xüsusi qeyd olunmalıdır. Məhz onların təşkilatçılığı ilə hər il məktəbimizdə Müstəqillik Günü, Dünya Azərbaycanlılarının Həmrəylik Günü, Novruz bayramı ilə bağlı tədbirlər təşkil edilir. Şagirdlərimiz hər il tariximizin qanlı səhifələri olan 20 Yanvar, Xocalı faciələri ilə bağlı anım mərasimlərini də yüksək səviyyədə keçirirlər.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən bu il ölkəmizdə "Ekologiya ili" elan olunduğundan biz də bu işə öz töhfəmizi verməyə çalışırıq. İlin əvvəlindən məktəbin təkcə daxilini deyil, ətrafını da təmiz saxlamağa səy göstəririk. İl ərzində məktəbin həyətində və ətrafında ağac və gül kolları əkilibdir. Ümumiyyətlə, məktəb kollektivinin yaşıllıqlara böyük rəğbət bəslədiyini məktəbimizin yaxınlığından keçən hər bir insan hiss edə bilər.

Respublikamızda bədən tərbiyəsi və idmanın inkişafına böyük diqqət yetirilir. Bu məqsədlə respublikanın müxtəlif bölgələrində olimpiya-idman kompleksləri tikilir, idman infrastrukturu yaradılır. Siyəzən şəhər 6 nömrəli orta məktəbi də bu proseslərdən kənarda qalmamağa çalışır. Təbii ki, biz, ilk növbədə, məktəbimizdə fiziki tərbiyə fənninin yüksək səviyyədə tədris edilməsinə çalışırıq. Bu işdə məktəbimizin fiziki tərbiyə müəllimi Şahin Kərimlinin rolunu xüsusi qeyd etmək istərdim. Məhz onun təşkilatçılığı ilə məktəbimizin şagirdləri tez-tez "İpək yolu" boks yarışlarında iştirak edir və uğurlu nəticələr əldə edirlər. 

Rayonun Gənclər və İdman İdarəsi də məktəbimizlə müntəzəm əlaqə saxlayır. Şagirdlərimiz idarə tərəfindən təşkil olunan "Cəsurlar", "Şahin" idman oyunlarında fəal iştirak edirlər. Onlar həmçinin "Bilik yarışı" intellektual oyununda, "Heç kim unudulmur, heç nə yaddan çıxmır" mövzusundakı inşa müsabiqəsində də həvəslə iştirak edir və uğurlu nəticələr qazanırlar. Məsələn, məktəbimizin 7-ci sinif şagirdi Əfsanə Bayramova bu il keçirilən inşa yazı müsabiqəsinin qalibi olubdur. Bu kimi müsabiqələrdə yaxşı nəticələr əldə edən şagirdlərimizin aldıqları tərifnamələr məktəbdə ayrılmış xüsusi güşədə sərgilənir.

Respublikamızın müharibə şəraitində olması da yaddan çıxarılmır. Bu baxımdan, məktəbimizdə gənclərin çağırışaqədərki hazırlıq dərslərinə xüsusi diqqət yetirilir. Eyni zamanda şagirdlərimiz mütəmadi olaraq hərbi-idman xarakterli oyunlara da qatılırlar. Bütün bunlar təbii ki, gənclərimizin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsinə xidmət edir.  

Məktəbimizin şagirdləri rayon olimpiadalarında da fəal iştirak edirlər. Məsələn, bu il keçirilən olimpiadanın ikinci turunda məktəbimizin 10-cu sinif şagirdləri Nicat Həşimov tarix, Səfər Rufullayev riyaziyyat, Şərbət Nəzərov kimya, rus bölməsi üzrə 11-ci sinif şagirdləri Nicat Nuriyev fizika, Şəfəq Ramazanova isə informatika fənni üzrə qalib olublar. 

Təbii ki, müasir dövrdə şagirdlərin təhsil səviyyəsi ilə yanaşı, psixoloji durumlarının normal olması da önəmli amillərdəndir. Məktəbimizdə bu iş psixoloq Könül Məmmədova tərəfindən təşkil edilir. O, tez-tez müxtəlif dərslərdə olur, psixoloji təhlillər aparır, şagirdlərin idraki durumu ilə bağlı məlumatlar toplayır. Sonradan bu məlumatlar ümumiləşdirilir və şagirdlərlə işin yüksək səviyyədə qurulması üçün müəllimlərə tövsiyələr verilir. Psixoloqumuz məktəbimizin çətin tərbiyə olunan, stress keçirmiş, zəif oxuyan uşaqlarının problemlərinin həllinə də yardımçı olur. Kollektivimiz təhsilin keyfiyyətini daha da yüksəltmək üçün bütün imkanlardan istifadə edir.     

Yeganə İSMAYILOVA,
Siyəzən şəhər 6 nömrəli
orta məktəbin direktoru

 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Xəbərlər" bölməsinə get

Səhifənin başına qalx

 

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 

14 May 2010 - ¹18

Azərbaycan Dövlət İqtisad Universitetinin 80 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Təlim kurslarının təşkili haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri
 
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü və Heydər Əliyev Fondunun fəaliyyətə başlamasının 6 illiyi münasibətilə təntənəli mərasim keçirilib. Prezident İlham Əliyev mərasimdə iştirak edib.
 
Astanadakı L.Qumilyov adına Avrasiya Milli Universitetində Bakı Dövlət Universiteti günlərinin açılışı olub
 
Naxçıvan Dövlət Universitetində xarici dillərin tədrisindən qonaqlar razı qalıblar
 
Bakıda İslam Dünyası Universitetləri Federasiyasının V baş konfransı keçirilir
 
Məktəblilərin III İntellekt olimpiadası keçirilib
 
Ali məktəb tələbələri arasında informatika üzrə ümumrespublika olimpiadası
 
Rəsm müsabiqəsinin qalibləri mükafatlandırıldılar
 
Mayın 13-də təhsil naziri Misir Mərdanov İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Məmmədbaqir Bəhrami və Özəl İslam Universitetinin rektoru, doktor Abdullah Cassabinin rəhbərlik etdikləri nümayəndə heyəti ilə görüşüb.
 
Təhsil Nazirliyi ilə YUNİSEF arasındakı əməkdaşlıq daha da inkişaf etdiriləcək
 
Norveçli diplomatlar Azərbaycan Dillər Universitetində olublar
 
Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış
 
Braziliyada təhsil
 
Azərbaycanda milli qiymətləndirmə təcrübəsi
 
Builki buraxılış imtahanlarının keçirilmə tarixləri
 
"Heydər Əliyev və Azərbaycanın inkişafı" mövzusunda elmi-praktik konfrans
 
Fəaliyyətimizin əsas hədəfi təhsilin keyfiyyətini yüksəltməkdir
 
"Açıq dərs" yüksək qiymətləndirildi
 
Qəbələnin Vəndam qəsəbə 1 nömrəli orta məktəbində seminar keçirilib
 
"Azəri inciləri" Türkiyədən qayıdıb
 
Kimyəvi birləşmələrdə rabitə saylarının riyazi ifadəsi
 
Şərəfli həyat yolu
 
Liseydə şagird elmi-praktik konfransı 
 
Azərbaycan gəncləri Avropa Tələbə Hərəkatında təmsil olunacaqlar
 
ADPU-da Cəfər Xəndanın 100 illik yubileyi qeyd olunub
 
Sumqayıt Dövlət Universitetində respublika elmi konfransı
 
Məktəbdə yubiley tədbiri
 
"Sevgi dolu alim və pedaqoq"
 
"Fizika gecəsi" keçirilib
 
Böyük sənətkarın 100 illik  yubileyi qeyd edildi
 
Tələbə liqasının püşkü atıldı
 
Unibank Gəncədə uşaq futboluna dəstək verəcək
 
Bağçada ekologiya mövzusunda "açıq məşğələ"
 
"Yol hərəkəti qaydaları və mən"
 
"Azərbaycan xalq ədəbiyyati" yeni formada
 
Talassemiyalı uşaqlar üçün qanvermə aksiyası keçirilib
 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 

Copyright 2010 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov